Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ucqar kəndlərdə işləmək istəyənlərə güzəştlər
Ucqar kəndlərdə işləmək istəyənlərə güzəştlər
Yardım, pulsuz torpaq sahəsi, ipoteka kreditləri...
Şənbə, 03.07.2010

A.Akif mətn ölçüsü  

Nazirlər Kabineti gənc müəllimlərə əlavə güzəştlərlə bağlı qərar qəbul edib. Qərar gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmasını və fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutur. Onlara 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya planlaşdırılır. Yerli icra hakimiyyəti orqanlarına onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərməsi də həvalə olunub. Hazırda Azərbaycanın rayon və kəndlərində müəllim kadrlarına böyük ehtiyac var və bu məsələni həll etmək məqsədi ilə yeni beşillik dövlət proqramı təsdiq edilib.

Təhsil naziri Misir Mərdanov mətbuata bildirib ki, artıq ucqar dağ kəndlərindəki orta məktəblərin kadr təminatı ilə bağlı tədbirlər planı hazırlanıb. Pedaqoji ixtisaslar üzrə ali təhsil diplomu olan və ucqar kəndlərdə işləmək istəyənlərə yüksək əməkhaqqı, torpaq sahəsi və ipoteka kreditləri vəd olunur. Plana əsasən, dövlət sifarişi əsasında ucqar dağ kəndlərindəki məktəblərdə çalışacaq müəllimlərə yaşadıqları yerdən məktəbə gedib-gəlmək üçün nəqliyyat xərcləri də ödəniləcək. Yaşayış şəraitini təmin etmək üçün isə onlar işləyəcəyi müəssisədə əməkhaqqının 2 misli miqdarında birdəfəlik yardım alacaq. Bundan başqa, həmin pedaqoji kadrlar kitab, dəftər və digər tədris ləvazimatları ilə də təmin ediləcək. Misir Mərdanov:

"Ümumilikdə ucqar yerlərdə kadr tələbatını ödəmək məqsədi ilə ali təhsil müəssisələrində oxuyan tələbələrin sayının artırılması nəzərdə tutulur. Eyni zamanda, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar, daha çox tələbat olan istiqamətlər üzrə yeni ixtisasların açılması nəzərdə tutulub".

Ucqar kəndlərə işləməyə gedən müəllimlərlə müqavilələr imzalanacaq. Müqavilənin şərtlərinə görə, gənc mütəxəssislər kənddə ən azı 3 il pedaqoji fəaliyyətlə məşğul olmalıdırlar. Bu müddət ərzində təkcə kommunal xərcləri ödəmək üçün onlara əməkhaqqından əlavə 40 manat nəzərdə tutulub. Əgər dövlət sifarişi ilə ucqar kəndlərə göndərilən pedaqoji işçilərin iş yerləri rayon mərkəzindən 22 kilometr aralıda yerləşərsə, onun maaşı daha 70 manat artırılacaq. Mütəxəssislər 3 ildən sonra həmin kənddə qalıb işləmək istəsələr, güzəştlərə bir az da əlavələr ediləcək.

Dövlət sifarişi əsasında ucqar kəndlərin məktəblərində işləməyin daha bir üstünlüyü var. Belə ki, onlar təyinatlarını müsabiqədənkənar ala biləcəklər. Dağ kəndlərində boş müəllim yerləri barədə məlumatlar və şərtlər yaxın günlərdə Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Saxta diplomlu 172 "müəllim"

Müəllimlərin bayramı, yaş senzi və attestasiya

Kənd müəllimlərinə güzəşt

Müəllim ələbaxım qaldıqca...

Azərbaycanlı rejissor Ozcan Dəniz, Mətin Şəntürk və Fateh Ürəklə görüşəcək Nail Naiboğlu növbəti əməkdaşlığa başlayır

Bölmənin digər xəbərləri
 
Açıq küçə ticarəti şəhəri bürüyüb
Guya polis "xüsusi tədbirlər planı" hazırlayıb

"Avro-2" standartı qüvvəyə mindi
Lakin onun real tətbiqi vaxt tələb edir

Özəl təhsil ocaqları elmi tədqiqatla məşğul olacaqlar
Qanuna dəyişiklik edilərsə, onlar gəlirlərinin 2 faizini bu sahəyə yönəldəcəklər

Plyonkalardan istifadəyə icazə verilir
Lakin Ramil Usubov sürücülük mədəniyyətinin səviyyəsindən narazıdır

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları dəyişdirilir
Şərtlər tam və konkret şəkildə gələn həftə açıqlanacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər