Hal-hazırda Ayna qəzetinin 26.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prezident Lənkəranda və Lerikdə idi
Dövlət başçısı müəssisələrin açılışında iştirak edib, görülən işlərlə tanış olub
Şənbə, 26.06.2010

X.Səfərov mətn ölçüsü  

Prezident İlham Əliyev dünən Lənkəran və Lerik rayonlarında səfərdə olub. Bununla bağlı Lənkəranın mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb. Prezident əvvəlcə Lənkəranın Sutəmurdov kəndində tikilmiş konserv zavodunun açılışında iştirak edib. Konserv zavodu "Gilan-Holdinq" Şirkətlər Qrupu tərəfindən inşa edilib.

Ümumi sahəsi 10 ha, tikinti sahəsi 1 ha olan obyektin tikintisinə 2008-ci ilin mayında başlanıb və işlər bu ilin martında başa çatdırılıb. Zavodun işə düşməsi ilə yerli əhali üçün yeni iş yerləri yaranacaqdır. Zavodda 300 nəfərə yaxın adam işlə təmin oluna bilər. Onlardan 200 nəfəri daimi, 100 nəfəri isə mövsümi işlə təmin ediləcək. Müəssisə saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Zavodda 5000 litr/saat şüşə xətti, 25 qramlıq popsion dolum xətti (hər növ cem və bal qablaşdırmaq üçün), turşu və meyvə şirəsi xətti, 1 ədəd 16 tonluq və 1 ədəd 10 tonluq buxar qazanları və 100 ton/saat sutəmizləyici filtrlər quraşdırılıb. Burada ərazisi 1000 m2, həcmi 4000 m3 və tutumu 2000 ton olan soyuducu anbar quraşdırılıb.

Soyuducu anbarda 1 ədəd (-350C), 2 ədəd (-180C) və 6 ədəd (-50C) kamera var. Dövlət başçısı İlham Əliyev daha sonra Sutəmurdov kəndində "Gilan TEA" çay fabrikinin açılışına da qatılıb. Fabrikin tikintisinə 2009-cu ilin iyun ayında başlandığı, bu ilin martında isə başa çatdırıldığı bildirilir. Tikinti sahəsi 2000 m2, ümumi sahəsi 1 ha olan fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Burada 60 nəfər işlə təmin oluna bilər.

Hər iki emal müəssisəsinin açılışından sonra ölkə başçısı Lənkəran şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Xatirə Parkına gələrək onun abidəsini ziyarət edib. Sonra prezident daha bir neçə oybektin açılışında iştirak etmək üçün Lerikə yollanmışdır.

APA-nın məlumatına görə, dövlət başçısı öncə Lerikdə Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlət başçısı Lerikdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdikdən sonra rayon ictimaiyyəti ilə görüşüb.

Prezident İ.Əliyev Lerik Mərkəzi Rayon Xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə də tanış olub. Məlumat verilib ki, dördmərtəbəli binanın ümumi sahəsi 2100 kvadratmetdir. 90 çarpayılıq xəstəxana müasir tibbi avadanlıqla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunub. Burada 200-ə yaxın həkim və tibb personalı əhaliyə xidmət göstərəcək.

Səhiyyə ocağında poliklinika, qəbul, infeksion, terapiya, doğuş-ginekologiya, cərrahiyyə, reanimasiya və intensiv terapiya, uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərir. Burada ultrasəslə müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları, ümumi və biokimyəvi laboratoriya, reanimasiya və cərrahiyyə şöbələrində 20 çarpayılıq 12 palata var.

Daha sonra rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olan prezident abadlıq-quruculuq işlərini və turizm potensialını əks etdirən fotostendlərə baxıb.

Prezidentə məruzə edilib ki, rayonun əlverişli coğrafi məkanda yerləşməsi və yüksək turizm potensialına malik olması ilə əlaqədar son illər yeni istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib.

Prezident İ.Əliyev məktəblilərin əl işləri, dekorativ sənət əsərləri və rəsmlərdən ibarət sərgiyə baxıb.

Dövlət başçısı rayonda istehsal olunan kənd təsərrüfatı malları və istehsal müəssisələrinin məhsullarının sərgisinə baş çəkib. Sərgidə mineral sular, arıçılıq məhsulları, musiqi alətləri, taxtadan hazırlanan müxtəlif məişət əşyaları, mebel, Lerikin tarixini əks etdirən və rayon ərazisində aşkarlanan qədim əşyalar, xalq sənətkarlıq nümunələri, habelə qum-çınqıl və kərpic zavodlarının məhsulları nümayiş olunur. Rayonda təbii üsullarla hazırlanmış bitki mənşəli dərmanlar sərgidə maraqla qarşılanıb.

Lerik keçmişdən bəri uzunömürlülər diyarı kimi tanınırdı. Bunu əsas götürən leriklilər Uzunömürlülər Muzeyi yaratmışlar və prezident İlham Əliyev bu muzeyin rəsmi açılış mərasimində iştirak etmişdir. Prezidentə məruzə edilib ki, vaxtilə bu rayonda 500 nəfərdən çox uzunömürlü yaşayırmış. Şirəli Müslümov, Mahmud Eyvazov, Məcid Ağayev kimi uzunömürlülər tək Azərbaycanda deyil, dünyanın çox yerində tanınırdılar. Bu gün Lerikdə yaşı 100-ü keçmiş 20-dən çox sakin var. Bir sözlə, dünyada yeganə olan bir muzeydir. Diyarşünaslıq məzmunu daşıyan bu muzeyin salonlarında yaşı yüzü keçmiş neçə-neçə lerikli barədə maraqlı eksponatlar, fotoşəkillər və digər sənədlər toplanmışdır.





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Lənkəran 5000 turist gözləyir

İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi

"Çay gətir, özü də xoruzquyruğu..."

Bir ucqar cənub şəhərində

"Azərbaycan ordusu və cəmiyyəti hazır olmalıdır"

Bölmənin digər xəbərləri
 
Qara Şəhər - Ağ Şəhər adlanacaq
və paytaxtın müasir mərkəzinə çevriləcək

KİV-də dövlət dili ekspertləri qane etmir
Bu mövzuda elmi konfrans keçirilib

Azərbaycanda 24 min narkoman qeydiyyata alınıb
Bunların 6 mini gənclərdir

Vəzifəlilər intizam məsuliyyətinə cəlb ediliblər
Prokurorluq orqanlarının bəzi vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər.

Bölgələrdə qasırğa, dolu, leysan, çay daşqınları...
Əhaliyə külli miqdarda maddi ziyan dəyib

Avropalılar prokurorlarımıza təlim keçir
Məqsəd - pis rəftara görə iddiaların istintaqını Qərb standartlarına uyğunlaşdırmaqdır

Qəbul imtahanı həyəcanı davam edir
Dünəndən 3-cü ixtisas qrupu imtahana buraxılış vərəqələri almağa başladı

Mətbuat günü münasibətilə əfvin olacağı bəlli deyil
Rəsmilər aydın bir söz deyə bilmirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər