Hal-hazırda Ayna qəzetinin 26.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Quzey Qafqazda savaş dalğası yeni mərhələdə
Quzey Qafqazda savaş dalğası yeni mərhələdə
Sonucu proqnozlaşdırmaq isə çətindir
Şənbə, 26.06.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Rusiyanın siyasi elitasında, hamının etiraf etdiyi kimi, iki cinah arasında soyuq savaş yaşanılmaqdadır. Bu, mühafizəkarlar və modernləşmə düşərgələrinin tərəfdarları arasında yaşanılan sosial, ictimai, siyasi və hərbi təfəkkürə baxışların çarpazlaşmasıdır. Kreml və onun ətrafındakı siyasi gərginlik Rusiyanın bütün əyalətlərində özünün bütün çılpaqlığı ilə daha ağır fəsadlara səbəb olub. İndi Quzey Qafqaz respublikalarında hər gün polis, məhkəmə hakimləri, prokurorlar, əsgərlər, sərhəd xidməti işçiləri, hətta Federal Təhlükəsizlik Xidmətinin məmurları, yerli nomenklatura da terrora məruz qalaraq öldürülürlər. Təkcə 2010-cu ilin ilk beş ayında Quzey Qafqaz regionlarında terror olayları zamanı 400-dən artıq adam öldürülmüşdür. Bu terrorlar meşələrdə, dağlıq ərazilərdə deyil, artıq şəhər və qəsəbələrdə baş verir. Terror eyləmələrinin səbəbləri müxtəlif səviyyələrdə araşdırılsa da, hələlik bunun qarşısını almaq mümkün deyil.

Terror davam edir, daha qəti, daha ciddi...

Rusiya Daxili İşlər Nazirliyi yüksək çinli məmurlarından biri, general-leytenant Aleksandr Smirnıyın etirafına görə, 1999-cu ildən bu günə qədər təkcə DİN Daxili Qoşunlarına məxsus hərbi birliklərin 1366 əsgər və zabiti onlara qarşı törədilmiş terrorla öldürülmüşlər. 7705 nəfər əsgər və zabit isə terror əməliyyatları zamanı ağır yaralanaraq xəstəxanalarda müalicə olunublar. Onların yarıdan çoxu - ömürlük əlil qalmışdır. Bu rəqəm təqribən iki tam komplektləşdirilmiş motoatıcı diviziyanın şəxsi heyətidir. Belə bir hərbi tutumlu birlikdə tank, artilleriya, zirehli texnika hissələri birləşir. 2010-cu il 1 aprel tarixinə olan statistik göstəriciyə əsasən, Quzey Qafqaz regionlarında 1526 milis işçisi onlara qarşı törədilmiş terror olayları səbəbindən aldıqları xəsarətlərə görə məcburi təqaüdə çıxıblar.

Müşahidəçilərin etiraf etdiklərinə görə, Quzey Qafqaza aid Dağıstan, Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey respublikalarının öz daxili işlər nazirliklərinin infrastrukturları mövcud olsa da, Kremlin qərarı əsasında bu regionlara Rusiyanın digər bölgələrindən gətirilən əlavə 10 min nəfərlik daxili qoşun birlikləri yerləşdirilib. Bununla yanaşı, Quzey Qafqaz regionlarında Rusiya Müdafiə, Sərhəd Xidməti və FTX nazirliklərinə məxsus toplam 250 min nəfərdən artıq hərbi qüvvələr də mövcuddur. Bu hərbi qüvvələrin hər birində müxtəlif terror olayları ilə bağlı itkilərin nə qədər olması daim gizli saxlanılır.

2008-ci ildən etibarən Quzey Qafqaz regionlarında baş verən terror olayları - yollara basdırılmış minaların partladılması, xüsusi əməliyyat tədbirləri zamanı polis və hərbçilərə məxsus maşınların, texnikaların, binaların gülləbaran edilməsi nəticəsində federal qüvvələr ağır itkilər verirlər. İndi yerli əhali arasında bu terrorları törədənlərə gizli şəkildə müvafiq dəstək də verilir.

REKLAM

Bunun əsas səbəbi regionlarda federallar tərəfindən müntəzəm olaraq aparılan antiterror əməliyyatları zamanı dinc əhalinin incidilməsi, günahsız vətəndaşların əsir götürülərək gizli həbsxanalarda öldürülmələri və ya onlara verilən ağır işgəncələrə görə ömürlük əlil qalmalarıdır. Faktiki olaraq indi Quzey Qafqaz respublikalarının hamısında yollarda hərbi və polis qüvvələrinə məxsus saysız-hesabsız postlar qurulubdur. Bu blok-postlarda yerli sakinlər daim incidilir və təhqir olunurlar. Onlardan hər addımda rüşvət tələb olunur. Bütün bunlara dözməyənlər yerli qanunlara əsasən intiqam almaq qətiyyətinə malik olduqlarını sübut etməlidirlər.

Güc birlikləri mübarizəni cinayət qanunlarına uyğun aparırlar

Rusiyanın "Memorial" İnsan Hüquqlarını Müdafiə Təşkilatının Quzey Qafqaz regionları üzrə təmsilçilərinin araşdırmalarına görə, federallar faktik olaraq antiterror əməliyyatları zamanı törətdikləri cinayətlərə görə heç bir məsuliyyət daşımırlar. Onlar evlərə daxil olur və vətəndaşların illər boyu tikib-qurduqlarını istədikləri kimi dağıdırlar. Hesabat xatirinə həbs etdikləri insanlara verilən işgəncələrə görə onların öldürülməsi və ya ömürlük əlil qalmalarına görə heç bir hüquqi məsuliyyət tələb olunmur. Bu sırada ən qəddar smyasət isə bu gün də hansı dövlət strukturuna və ya nazirliyə tabeçiliyi bəlli olmayan "Ölüm Eskadronları"nın vəhşi əməlləridir. Bu qüvvələr "terrorizmə və radikal silahlı birləşmələrə qarşı mübarizə" görüntüsü yaradaraq istədikləri regionlarda insanları oğurlayaraq onları aylarla və illərlə gizli həbsxanalarda saxlayırlar. Həbs müddətində isə insanlar ağla gəlməyən işgəncələrə məruz qalırlar. Bütün bunlarla bağlı yerli qanunlara və adət-ənənələrə görə insanlar susmağa məcburdurlar.

Rusiya İnsan Haqları Mərkəzinin sədri Oleq Orlovun qeydləri:

"Bizə rəsmi ərizə ilə daxil olan şikayətlərə görə, 2010-cu ildə Dağıstanda 22, İnquşetiyada 13 və Çeçenistanda isə 93 nəfər sadə vətəndaş hərbçilər tərəfindən girov götürülərək hələ də xüsusi cəza həbsxanalarında saxlanılırlar. Bu həm də antiterror əməliyyatlarının falsifikasiyasıdır. Bunun sadə bir örnəyini hər şeyin sübutu kimi göstərmək olar. Çeçenistanda İslam Umarpaşayev adlı bir vətəndaşı hərbçilər həbs edərək onu dörd ay yarımzirzəmi şəraitində ayaqları və qolları bağlı vəziyyətdə saxlayıblar. Bu müddət ərzində onun sifətini saç-saqqal bürüyüb. İ.Umarpaşayevi zahiri görünüşcə radikal islamçı qiyafəsinə saldıqdan sonra gətirib onu öz evinin qarşısında avtomat silahla öldürüblər. Və bundan sonra rəsmi məlumatda elan edilib ki, İslam Umarpaşayev adlı radikal və vəhhabi bir terrorçunu antiterror əməliyyatları zamanı öldürüblər".

"Rusiya Vətəndaş Təşəbbüsü" təşkilatının sədri Svetlana Qannuşkinanın Avropa Məhkəməsinə təqdim etdiyi sənədlərdə qeyd olunur ki, Quzey Qafqaz regionlarında vətəndaşlar güc nazirlikləri tərəfindən aparılan antiterror əməliyyatları zamanı məhkəməsiz, heç bir qərar olmadan öldürülürlər. Bu, bir dövlət terrorizmidir".

Quzey Qafqazla bağlı əksər tədqiqatçıların fikrincə, regionda terrorizmin geniş şəkildə yayılmasının səbəbləri barədə Rusiya nədənsə çox zaman susmağa üstünlük verir. Burada insanların sosial, iqtisadi, mədəni həyat tərzi Rusiyanın digər regionlarından fərqli olaraq daha ağırdır. Quzey Qafqaz respublikalarında insanların orta aylıq gəlirləri 3-4 min rubl arasındadır. Halbuki bu rəqəm Rusiyaya məxsus qonşu Rostov, Krasnodar, Stavropol, Volqaqrad, Həştərxan və Samara vilayətlərində 22-20 min rubl təşkil edir. Digər tərəfdən, Rusiyanın başqa regionlarında Quzey Qafqaz xalqlarına qarşı məqsədli şəkildə aparılan təbliğatlara görə onlar hər addımda həqarətlə qarşılanırlar. Güc nazirlikləri tərəfindən daim nəzarət altında saxlanılan bu insanlar bərabərhüquqlu Rusiya vətəndaşı hesab olunurlarsa, nədən bu xalqlar "ikinci dərəcəli" səviyyədə qəbul edilməlidirlər?

İşsizlik və korrupsiya Quzey Qafqazda ekstremizmə şərait yaradır

Rusiya Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları İnstitutunun rəhbəri Ella Panfilovanın araşdırmalarına görə, Quzey Qafqaz regionlarında korrupsiyanın qarşısını heç bir qüvvə ala bilməyəcək. Çünki regionların inkişafına görə ayrılan milyardlarla vasaitlər dolayı yolla Moskvadakı Quzey Qafqaz regionları üzrə kurator rolunu oynayan yüksək çinli məmurların ciblərinə axır. Güc nazirliklərinin, xüsusi xidmət orqanlarının da Quzey Qafqazdakı funksiyası ekstremizmə dayaq olan əlavə bir güc mənbəyidir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2


Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər