Hal-hazırda Ayna qəzetinin 26.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Azərbaycanlı rejissor Ozcan Dəniz, Mətin Şəntürk və Fateh Ürəklə görüşəcək Nail Naiboğlu növbəti əməkdaşlığa başlayır
Azərbaycanlı rejissor Ozcan Dəniz, Mətin Şəntürk və Fateh Ürəklə görüşəcək
Nail Naiboğlu növbəti əməkdaşlığa başlayır
Şənbə, 26.06.2010

Zəminə Rüstəmova mətn ölçüsü  

Rejissor Nail Naiboğlu iyul ayının ilk günlərində İstanbula səfər edəcək. Onun məqsədi növbəti dəfə türk sənətçiləri ilə işbirliyi qurmaqdır. Rejissorun "Ayna" qəzetinə bildirdiyinə görə, sırada Mətin Şəntürk, Fateh Ürək, Ozcan Dəniz və bir neçə türk sənətçiləri ilə əməkdaşlıq planı nəzərdə tutulub:

"İstanbul səfərinə qədər mənim prodüser Pərviz Oqtayoğlu ilə daha bir layihəmin həlli gözlənilir. Belə ki, iyunun 30-u, Sevgililər Günündə şəhərin əyləncə məkanlarının birində "Cazibədar və yaraşıqlı ulduzlar" adlı şou təşkil edəcəyik. Şouda Azərbaycanın 10 ən cazibədar qadın və 10 ən cazibədar kişi müğənnisi iştirak edəcək. Bu tədbiri orijinallığı ilə fərqləndirməyi düşünürük".

Sözünün davamında N.Naiboğlu bu günlərdə şəhərimizin qonağı olan Kiçik İbo ilə əməkdaşlığının nəticəsindən söz açdı. Bildirdi ki, əvvəlcə müğənni ilə sözləri Baba Vəziroğlunun, musiqisi Kamal müəllimin olan "Dəniz" mahnısının yazılması və onun ekran həlli nəzərdə tutulmuşdu. Lakin sonradan bu sıraya sözləri Güllər Qəmliyə, musiqisi Aybəniz Güllərə məxsus olan "Qayıtmadın" mahnısı ilə klipi də daxil edilib. Rejissorla baş tutan ilk işbirliyi müğənnini ikinci əməkdaşlığa həvəsləndirib. Xatırladaq ki, birinci klipdə Kiçik İbonun tərəf-müqabili rəqqasə Oksana, ikincidə isə Günel adlı gənc aktrisa olub. Montaj işləri bu ayın sonuna yekunlaşacaq. Kliplər həm Azərbaycanda, həm də Türkiyədə yayıma çıxarılacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanlı rəqqasə - festival qalibi

"Məni hər yerə peşəkar rəqqasə kimi dəvət edirlər"

Mel Gibson ailəsindən uzaq gəzir

Oksana Yablonskayanın fortepiano konserti

Namiq Qaraçuxurlu xəbərdarlıq etdi

Bölmənin digər xəbərləri
 
Aysel Teymurzadəni əsəbiləşdirdilər
Sənətçi onun adından istifadə edildiyini deyir

Azərin: "Azərbaycanda konsert fəaliyyəti görmək istəyirəm"
Sənətçi Bakıda səviyyəli konsertə az-az rast gəlib...

Brilyant Dadaşovanın konserti niyə təxirə düşdü?
Bunun səbəbləri açıqlandı

Natəvan Həbibi səhnəyə dəbdəbəli libaslarda çıxacaq
Bu libaslar onun üçün sifariş edilib

Röya: "Heç vaxt pərəstişkarlarımdan xeyir görmədim"
Sənətçi onları intellektual və çalışqan görmək istəyir

Səfurə Əlizadə: "Özünü səhnədə piyan kimi aparan Lenanı tayım hesab etmirəm"
"Eurovision" təmsilçimiz Almaniyanın tənqidini qəbul etmir

Samir Bağırov çəkisini azaldıb
Və Aygün Kazımova ilə duet oxuyur

Tarkan Azərbaycan mahnısı oxuyur
Musiqili əsərə Bakıda təqdimat keçiriləcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər