Qətl törətdi, məhkum edildi İndi 10 il oturub gözləyəcək
|
Şənbə, 26.06.2010
|
|
Həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Şəmkir rayon sakini Şöhrət Əsgərova hökm oxundu. İttihama görə, 2010-cu il fevralın 4-də Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Şöhrət Əsgərov münaqişə zəminində həmkəndlisi Tural Hacıyevi bıçaqla qətlə yetirib.
Şəmkir RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərov yaxalanıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edildi.
|
|
|
|
|
|
|