Hal-hazırda Ayna qəzetinin 26.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Qətlin təfərrüatları açıqlandı
Qətlin təfərrüatları açıqlandı
Hadisə qız üstündə yaranan mübahisədən baş verib...
Şənbə, 26.06.2010

H.Zeynalov mətn ölçüsü  

Xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinən paytaxt sakini Əsgər Məmmədovun məhkəməsi başladı. İttihama görə, Əsgər Məmmədov 2009-cu il avqustun 19-da Yasamal rayonu, Şaiq küçəsi 182 ünvanında Gürcüstan vətəndaşı, 21 yaşlı Anar Vəliyevi ürəyindən bıçaqlayaraq, qətlə yetirib.

Yasamal rayon Prokurorluğu Məmmədovu Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə ittiham edərək, cinayət işinin baxılmasını bu ilin fevralında məhkəməyə göndərib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə start götürən prosesdə zərərçəkmiş tərəf cinayət işinin düzgün aparılmadığını əsas gətirərək, cinayət işinin yenidən prokurorluğa qaytarılmasını və təqsirləndirilən şəxsə CM-nin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2) maddəsi ilə ittiham verilməsi barədə vəsatət qaldırıb. Həmin vaxt prosesə sədrlik edən hakim zərərçəkmiş tərəfin vəsatətini təmin edərək, cinayət işinin yenidən araşdırılması üçün aidiyyəti üzrə prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Bakı şəhər Prokurorluğunda iş yenidən araşdırılıb və təqsirləndirilən şəxsin ittihamını ağırlaşdıraraq, cinayət işi yenidən məhkəməyə göndərilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə başlanan prosesdə şahid qismində Tamella Şıxəliyeva ifadə verərək bildirdi ki, təqsirləndirilən Əsgər Məmmədov onların qonşusudur:

"Mən Əsgəri həyətdə gördüm. Su kranında əl-üzünü yuyurdu. Nəsə üzü də şişmişdi. Soruşdum nə olub? Dedi ki, heç nə, məni bir az vurublar. Bayıra çıxanda həyətə 5-6 nəfərin toplaşdığını gördüm. Onlardan nə olduğunu soruşanda bildirdilər ki, bura bir oğlan gəlib, "Kazbek" axtarır. Sonra da həmin oğlanla Əsgər mübahisə edib, o da Əsgəri yumruqla vurub. Sonradan mənə məlum oldu ki, həmin oğlanın mənim qızım Laləyə görə dalana gəldiyini başa düşüb və onu vurub. Bizə prokurorluqda məlum oldu ki, həmin oğlan İlham Ramazanovdur. Onun da mənim qızıma görə dalana gəldiyini bildik".

T.Şıxəliyeva daha sonra qeyd etdi ki, onların yaşadıqları dalana son vaxtlar çoxlu şəxslər gəlir:

"Artıq dalanın sahibi-yiyəsi yoxdur. Kim istəyir ora gəlir. Elə adamlar gəlir ki, biz onları tanımırıq. İlham Ramazanov da həmin gün ora gəlib. Onunla da Əsgər mübahisə edib. O da gedib rəhmətliyi qızışdırıb ki, məni filan yerdə döyüblər, rəhmətlik də ora gəlib. Əgər İlham Ramazanov ora gəlməsəydi, gedib rəhmətliyi göndərməsəydi, belə bir ağır cinayət törədilməzdi".

Təqsirləndirilən Əsgər Məmmədov isə bildirdi ki, İlham Ramazanovun Lalə Şıxəliyevaya görə dalana gəldiyini başa düşüb. Onun sözlərinə görə, sonradan anlayıb ki, heç də belə olmayıb. Daha sonra prosesdə təqsirləndirilən şəxsin qardaşı Ələsgər Məmmədov ifadə verərək bildirdi ki, hadisənin şahidi olmayıb. Lakin zərərçəkmiş tərəfin nümayəndəsi Fərhad Vəliyev bildirdi ki, təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi sərbəst ifadəsində qardaşı Ələsgərin hadisəni törədərkən yanında olduğunu qeyd edib.

Ələsgər Məmmədov isə nümayəndənin dediklərini təkzib edərək, evdə olduğunu bildirdi. Onun sözlərinə görə, qardaşı cinayəti törədəndən sonra həyətə düşüb: "Səs-küyə çölə çıxdım. Qardaşımın cinayət törətdiyini eşitdim. Mən qardaşımı itələyib içəri saldım. Yaralı şəxsi isə başqa şəxslər apardılar". Zərərçəkmiş şəxsin nümayəndəsi Fərhad Vəliyev hakimlərin diqqətinə çatdırdı ki, hadisə zamanı istifadə olunan bıçaq Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən götürülüb. Nümayəndə qeyd etdi ki, maddi sübut kimi götürülən həmin bıçaq istintaq orqanı tərəfindən itirilib. Nümayəndə bu məsələ üçün tədbir görülməsini hakimlərdən xahiş etdi. Hakim isə bildirdi ki, sonda qiymət veriləcək. Hakim daha sonra bildirdi ki, hadisənin əsl şahidi olmuş Əziz Şıxəliyevin məhkəməyə məcburi gətirilməsi üçün tədbirlər görüləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Radikallara hökm oxundu
Terrorçu şəbəkə ilə əlaqədə olan 31 nəfər cəza aldı

Kafedə planlaşdırılan qətl
Rusiyada ağır cinayət törədən şəxs Azərbaycanda məhkum edildi

"Reket əsgər"lərin cəzası dəyişdirilmədi
Hədə-qorxu ilə pul toplayan hərbçilərin apellyasiya şikayəti təmin edilmədi

"Başını kəsib soyuducuya qoydum..."
"Sellofan sərdim, ləyən gətirdim ki, qanı ətrafa yayılmasın"

Satqın əsgərlərin apellyasiya şikayəti təmin edilmədi
Onlarsa bəraət hökmü çıxarılmasını istəyirdilər

Dost qatilinə hökm oxundu
Qobustan sakini 8 illiyə barmaqlıq arxasına göndərildi

Qətl törətdi, məhkum edildi İndi 10 il oturub gözləyəcək
Həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Şəmkir rayon sakini Şöhrət Əsgərova hökm oxundu.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər