Radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşından ibarət mütəşəkkil dəstənin üzvlərinə hökm oxundu.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Asif Əmikişili, Rəşid Mustafayev 15 il, Emil Şıxəliyev 14 il, Mahir Allahverdiyev, Firdovsi Quliyev 13 il, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərov 12 il, İbadət Alazov, Teymur Axundov 11 il, Kamran İlyasov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskar 10 il, Ceyhun Əliyev, Zeynal Əkbərov, Mahir Abdullayev 9 il, Mehdi Kərimov, Tural Həsənov, Emin Cami 8 il, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayev 7 il, Ramil Fərzəliyev, Namiq Məmmədov 6 il, Elçin Canağayev 5 il, Vüqar Abdullayev, Arif İbrahimov, Fuad Mövsümov, Rəşad Mahmudov 4 il, Bəxtiyar Mustafayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan qrup qanunazidd silahlı birləşmə yaradaraq, dövlət əleyhinə hərəkətlər etməyi planlaşdırıb. Qrup Bakı-Novorossiysk neft boru kəmərini partlatmağı da planlaşdırıb. Saxlanılan zaman onlardan külli miqdarda silah-sursat aşkarlanaraq götürülüb.