Hal-hazırda Ayna qəzetinin 26.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Quşçuluqla bağlı 12 layihənin maliyyələşdiriləcəyi iyulda açıqlanacaq
Quşçuluqla bağlı 12 layihənin maliyyələşdiriləcəyi iyulda açıqlanacaq
Şənbə, 26.06.2010

mətn ölçüsü  

Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ölkədə quşçuluğun inkişaf etdirilməsi ilə bağlı təqdim olunan 12 layihənin 40 milyon manata qədər ümumi dəyəri var ki, bunların da güzəştli kreditə olan tələbatı 26 milyon manatdır. Əgər iqtisadi cəhətdən bu layihələrin əsaslandırılması təsdiqlənəcəksə, həmin layihələrin maliyyələşməsi yaxın müddətdə baş tutacaq. Beləliklə, Azərbaycanda quş əti istehsalında çox ciddi addımlar atılacaq.

Bununla bağlı Azərbaycanda 12 yeni quşçuluq təsərrüfatı yaradılacaq. Onlardan 6-sı Abşeron, 3-ü Aran, 1-i Dağlıq Şirvan, 1-i Gəncə-Qazax, 1-i isə Şəki-Zaqatala iqtisadi rayonunda yerləşəcək. Qeyd etdiyimiz kimi, artıq bununla bağlı İqtisadi İnkişaf Nazirliyi SKMF-yə layihələr daxil olub.

Azərbaycan quş ətinə tələbatın 74 faizini daxili imkanlar, 26 faizini idxal hesabına ödəyir. Yaxın gələcəkdə isə bu tələbatın 100 faiz daxili imkanlar hesabına ödənməsi planlaşdırılır.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev mətbuata bildirir ki, bu sahənin inkişafı həm prioritetdir, həm də Azərbaycanın bu sahədə böyük təcrübə və vərdişləri var. Layihəyə görə, yeni quşçuluq təsərrüfatlarının yaradılması ilə yanaşı, onların yem bazasının möhkəmləndirilməsi və kadr potensialının gücləndirilməsi nəzərdə tutulur. Maliyyələşdiriləcək layihələr iyulun 2-də elan ediləcək. Fond müxtəlif istiqamətdə layihələrin qəbulunu bundan sonra da davam etdirəcək.

Onu da deyək ki, bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu 500-ə yaxın sahibkara 42,5 milyon manat güzəştli kredit verib. Ümumilikdə isə 2010-cu ildə sahibkarlara 115 milyon manat ayrılması planlaşdırılır. Güzəştli kreditlər üzrə prioriet sahələr kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlıdır.

Fondda deyirlər ki, soyuducu anbarlar, taxıl ehtiyatı kompleksləri, süd və ət emalı müəssisələrinin yaradılması ilə bağlı layihələr bundan sonra da maliyyələşdiriləcək.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
72 faizi neft gəlirlərinə söykənən büdcəmiz...
Məvaciblərin artırılmasına isə pul ayrılmadı

Virusoloji şöbələrin yaradılmasına 77 milyon dollar xərclənəcək
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatına əsasən, su basmış kəndlərdə 178 baş iribuynuzlu malın cəsədi, 205 baş xırdabuynuzlu heyvan cəsədi, 24 mindən çox quş cəsədi xüsusi ayrılan yerlərdə dezinyeksiya edilib basdırılıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər