Hal-hazırda Ayna qəzetinin 26.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Virusoloji şöbələrin yaradılmasına 77 milyon dollar xərclənəcək
Virusoloji şöbələrin yaradılmasına 77 milyon dollar xərclənəcək
Şənbə, 26.06.2010

mətn ölçüsü  

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatına əsasən, su basmış kəndlərdə 178 baş iribuynuzlu malın cəsədi, 205 baş xırdabuynuzlu heyvan cəsədi, 24 mindən çox quş cəsədi xüsusi ayrılan yerlərdə dezinyeksiya edilib basdırılıb.

Bundan başqa, Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin artması daha çox daşqın bölgələrində müşahidə olunur. KTN yanında Dövlət Baytarlıq Xidməti vaksinasiya işləri aparmaq üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına müraciət edib. Yaxın bir ay ərzində Azərbaycana quduzluq əleyhinə vaksinlər gondəriləcək. Hazırda xəstəliyin qarşısının alınması üçün təhlükəsizlik tədbirləri görülür.

Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın sözlərinə görə, artıq müxtəlif yoluxucu xəstəliklərin müayinəsini daha effektli aparmaq mümkün olacaq. Nazirlər Kabineti ilə Amerika Müdafiə Departamenti arasında bağlanan saziş çərçivəsində Dövlət Baytarlıq Xidmətində BSL-2 səviyyəli yeni virusoloji şöbə yaradılıb. Müasir avadanlıqların quraşdırılması 1 milyon dollara başa gəlib.

Təhlükənin Azaldılması üzrə ABŞ Müdafiə Agentliyinin nümayəndəsi Roni Feirklos İctimai televiziyaya açıqlamasında bildirib ki, Azərbaycanla bu sahədə aparılan əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün vacibdir. Onun sözlərinə görə, "Bioloji Təhlükənin Azaldılması" proqramına uyğun olaraq, baytarlıq laboratoriyasında yaradılan virusoloji şöbə müasir avadanlıqlarla təchiz edilib. Ona görə də bundan sonra müxtəlif xəstəliklərin diaqnozu daha dəqiq müəyyən ediləcək: "Əsas olan təcrübə mübadiləsi aparmaqdır".

Proqrama uyğun olaraq, gələcəkdə 12 zona baytarlıq laboratoriyasında da belə şöbələr yaradılacaq. Bunun üçün 76 milyon dollar vəsait ayrılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
72 faizi neft gəlirlərinə söykənən büdcəmiz...
Məvaciblərin artırılmasına isə pul ayrılmadı

Quşçuluqla bağlı 12 layihənin maliyyələşdiriləcəyi iyulda açıqlanacaq
Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) ölkədə quşçuluğun inkişaf etdirilməsi ilə bağlı təqdim olunan 12 layihənin 40 milyon manata qədər ümumi dəyəri var ki, bunların da güzəştli kreditə olan tələbatı 26 milyon manatdır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər