Hal-hazırda Ayna qəzetinin 26.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Azərbaycan klubları startda
Azərbaycan klubları startda
Ölkənin ən güclü komandaları gələn həftədən avrokuboklarda mübarizəyə başlayır
Şənbə, 26.06.2010

Kərim Nəsrullah mətn ölçüsü  

Ötən həftənin ilk günü İsveçrənin Nion şəhərində, UEFA mənzil qərargahında avrokubokların 2010/2011-ci illər mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatması keçirildi. Əvvəlcə daha nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının püşkatması baş tutdu. Püşkatmadan sonra təsnifat mərhələsində mübarizəyə başlayacaq 36 komandanın rəqibləri aydın oldu.

Püşkatma bu il Çempionlar Liqasında ölkəmizi təmsil edən Bakının "İnter" klubunun da rəqibini müəyyən edib. Təəssüf ki, paytaxt klubumuzun bəxti gətirməyib - Polşanın "Lex" komandası ilə qarşılaşmalı olan ölkə çempionumuz çətin sınaq qarşısındadır.

Kaxaber Sxadadzenin başçılıq etdiyi "İnter" Polşa sindromunu qırmağa çalışacaq. Belə ki, klublarımız bir qayda olaraq bu ölkədən olan komandalara uduzurlar. Həm də Polşa və Azərbaycan klubları arasında baş tutan matçların əksəriyyəti birincilərin böyük üstünlüyü ilə başa çatır. Yeri gəlmişkən, "Lex" azərbaycanlı futbol həvəskarlarına yaxşı tanışdır. Bu komanda avrokuboklar çərçivəsində vaxtilə "Karvan" və "Xəzər-Lənkəran"ı mübarizəni dayandırmağa məcbur edib. Futbol biliciləri "Lex"i favorit saysalar da, bu, Azərbaycan çempionunun üstündən indidən qara xətt çəkməyə əsas verməməlidir. İlk matç iyulun 13-də 20:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab qarşılaşması isə 20/21-də baş tutacaq.

Çempionlar Liqasının final matçı 2011-ci il mayın 28-də Londonun məşhur "Uembli" stadionunda keçiriləcək.

Çempionlar Liqasından sonra ikinci nüfuzlu klub turnirinin - Avropa Liqasının 2010/11-ci illər mövsümünün də püşkatması keçirilib. Tədbirdə 106 klubun rəqibləri məlum olub. Mərasimdə 3 Azərbaycan təmsilçilərinin də rəqibi müəyyənləşib. Bəlli olub ki, "Qarabağ" və "Xəzər-Lənkəran" birinci, "Bakı" isə ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq.

"Xəzər-Lənkəran"ın da, "Qarabağ"ın da, belə demək mümkünsə, püşkatmada bəxti gətirib. Klubların hər ikisi avrokubokların debütantları ilə görüşəcək. Lənkəranlılar Moldovanın "Olimpiya", Ağdam klubu isə Makedoniyanın "Metallurq" klubu ilə üz-üzə gələcək. Birinci təsnifat mərhələsinin oyunları iyulun 1-də və 8-də keçiriləcək. "Qarabağ" ilk oyununu Bakıda, "Xəzər-Lənkəran" isə səfərdə keçirəcək. Bu məqsədlə Almaniyadakı hazırlığını başa vuran Lənkəran klubu dünən Moldovaya gəlib. Bir neçə gün Kişinyovda hazırlıq keçəcək "Xəzər-Lənkəran" dörd gündən sonra "Zimbru" stadionunda "Olimpiya" ilə qarşılaşacaq. Mərhələ adlayacağı halda, Ağasəlim Mircavadovun komandası Rumıniyanın məşhur "Dinamo" (Buxarest) klubu ilə üz-üzə gələcək.

"Qarabağ" isə ilk səddi adlasa, ikinci rəqibini də dayandıra bilər. Çünki "Portadaun" (Şimali İrlandiya) - "Skonto" cütünün qalibindən çəkinməyə dəyməz.

Avropa Liqasında ilk oyununa ikinci təsnifat mərhələsində çıxacaq "Bakı" da bəxtindən gileylənə bilməz. Futbolçularımız Çernoqoriyanın "Buduçnost" klubu ilə qüvvəsini sınayacaq. İlk oyun Bakıda iyulun 15-də, cavab matçı isə 22-də olacaqdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Mən nişanlı deyiləm"

Püşkatma kimə nə vəd edir?

"Bakı gecələri" II estrada müsabiqəsi başlayır

"Bakı" növbəti mərhələnin bir addımlığında

Bakıda Qızıl Qran-pri turniri

Bölmənin digər xəbərləri
 
Ya İngiltərə, ya Almaniya
Bu gün 1/4-ə çıxan ilk komandanı görəcəyik

Rəqiblər bəlli, qaldı oynamaq və...
Lüksemburqda voleybol üzrə kişi və qadınlar arasında CEV (Avropa Voleybol Konfederasiyası) kuboku və Çağırış kuboku yarışlarında iştirak edən komandaların püşkatma mərasimi keçirilib.

"Qırmızı tüstü" Lənkərana gəlir
Avropa Liqasının I təsnifat mərhələsində "Xəzər-Lənkəran"la görüşməli olan Moldovanın "Olimpiya" klubu ölkəmizdə keçiriləcək qarşılaşmada dəstəksiz qalmayacaq.

8 boksçumuz qitə çempionatının yarımfinalında
Ukraynanın Lvov şəhərində yeniyetmələr arasında Avropa boks birinciliyi davam edir.

Araz "Everton" yolunda
İngiltərənin "Everton" klubu öz heyətində görmək istədiyi "Neftçi" komandasının futbolçusu Araz Abdullayev səfərdən qayıdıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər