Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sabah magistraturaya qəbul imtahanlarıdır
Sabah magistraturaya qəbul imtahanlarıdır
Ən yaşlı bakalavrın 50, ən gəncin isə 19 yaşı var
Şənbə, 19.06.2010

Eldəniz mətn ölçüsü  

Bazar günü Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün ölkənin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsidir.

TQDK sədri Məleykə Abbaszadə həftənin bazar günü imtahanında 6613 bakalavrın iştirak edəcəyini qeyd edib. Onlardan 5752 nəfəri Azərbaycan bölməsinin, 861 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3051 nəfərini oğlanlar, 3562 nəfərini qızlar təşkil edir. 4072 nəfər ali təhsil müəssisələrinin builki, 2541 nəfər əvvəlki illərin məzunudur. Bakalavrlardan 40 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı bakalavr 1961-ci il, ən gənci isə 1991-ci il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 9, Naxçıvan şəhərində 1 binada keçirilir. İmtahanın idarə olunması üçün 45 imtahan rəhbəri, 410 nəzarətçi-müəllim cəlb olunub. Saat 11:00-da başlayacaq imtahanda sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair "məlumat vərəqi"ni internet vasitəsilə əldə edə bilər.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi aparırlar.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçünsə, bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün tələb olunan müsabiqə şərtləri ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək.

İxtisaslaşma seçimində hər bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (ixtisaslaşma seçimi cədvəli "Magistr" jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Cari ildə qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5252-dir (2009-cu ildə 5168). Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmalardır.

Rus bölməsinin abituriyentləri də iyun ayının 20-də "Azərbaycan dili" fənni üzrə imtahan verəcəklər. TQDK-nın məlumatına görə, imtahan Bakı və Naxçıvan şəhərlərində olacaq və 2819 abituriyentin iştirakı nəzərdə tutulur: Onlardan 6 nəfəri Naxçıvandadır. İmtahan saat 11:00-da başlanır.

İmtahanda iştirak edəcək abituriyentlərdən 1347 nəfəri qız, 1472 nəfəri isə oğlandır. Onlardan 1451 nəfəri cari ilin, 1368 nəfəri isə ötən illərin məzunlarıdır.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.

Bu il "Azərbaycan dili" fənni üzrə birinci imtahan mayın 23-də keçirilib. Həmin imtahanda 10828 abituriyent iştirak edib ki, onlardan 9324 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiyməti alıb. Qəbul qaydalarına əsasən, həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyunun 20-də keçiriləcək "Azərbaycan dili" imtahanında təkrarən iştirak imkanı verilir.

"Azərbaycan dili" fənnindən test imtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir. İmtahanın nəticəsinə görə "məqbul" alan abituriyentlər qəbul imtahanlarına buraxılırlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı

TQDK son xəbərdarlığını etdi...

Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı

Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr

102 gənc - prezident təqaüdçüsü

Bölmənin digər xəbərləri
 
Münaqişə dövründə 1397 azərbaycanlı əsirlikdən azad edilib
4090 Azərbaycan vətəndaşı isə itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib

"Evimizə getmək istəyirik"
500-dək tələbə dünyaya müraciət etdi

İyunun 28-i Azərbaycanda qeyri-iş günüdür
İyunun 28-i ölkədə qeyri-iş günü olacaq. Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.

Yağışlar davam edəcək, dolu düşəcək
Havalar müvəqqəti sərinləşəcək

Atışmada bir düşmən əsgəri öldürülüb
Bu həftə iki hərbi qulluqçumuz həlak olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər