![]() |
çap et |
|
|||
İran hakimiyyəti "hicab" adı altında çeşidli qərarları ilə dünya ictimaiyyətini təəccübləndirməkdədir.
"canaz.TV"nin xəbərində bildirilib ki, İslam Respublikasında qadınla kişilərin ünsiyyətini kəsməkdən ötrü yeni bir tədbirlər barədə qərar verilib. Mənbənin xəbərinə əsasən, bir neçə gün öncə Məşhəd şəhərində yalnız qadınlar üçün bank açılıb. Bu maliyyə obyekti İran Mərkəzi Bankının filialı kimi fəaliyyət göstərəcək. Kişilərin iştirakı olmadan qadınlar özlərinin bütün maliyyə məsələlərini bu bank şəbəkəsi vasitəsi ilə həll edəcəklər. Bununla da rəsmilər İran qanunları ilə qadınların yad kişilərlə hər hansı ünsiyyətdən yarana biləcək problemləri həll etdiklərini düşünürlər. İranın bəzi şəhərlərində zərif cinsə xidmət etmək məqsədi ilə qadın sürücülərin idarə etdiyi taksi xidmətləri də yaradılır. |