Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Orta Asiya və Qırğızıstan sindromu
Orta Asiya və Qırğızıstan sindromu
Bundan itirən kim olacaq?
Şənbə, 19.06.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Tarixi özəlliyi Türküstan adı ilə bütün olan və indi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan dövlətlərinə bölünən bu region hazırda dünyanın güc mərkəzlərinin xüsusi diqqət mərkəzindədir. Faktik olaraq, Türküstanda hansı supergücün təsir vasitəsi kimi üstün mövqeyə çıxması proseslərin həmin maraqlar üzərində inkişaf edəcəyindən soraq verir.

Hazırda Rusiya, Çin, ABŞ, Səudiyyə Ərəbistanı və Avropa Birliyi bu yöndə öz maraq dairələrinə uyğun şəkildə strateji hədəflərini dərinləşdirməyə çalışırlar. 1924-cü ildə tarixdə ilk dəfə olaraq Türküstanın müxtəlif inzibati ərazilərə bölünməklə yanaşı, həm də fərqli etnos anlayışlarının da dərinləşdirilməsinə başlanıldı. Halbuki regiondakı toplumlar arasında dil, mədəniyyət, coğrafi məkan anlayışının fərqlilikləri yox idi. Sadəcə, inzibati vahid kimi müxtəlif bəyliklər və xanlıqlara bağlı olan ənənəvi dövlət idarəetmə strukturu yerli topluluqlar arasında uzlaşan bir siyasi məcrada mövcud olmuşdu.

Türküstan - dünyanın yeni güc mərkəzi

Qırğızıstan ərazisi 198 kv km, əhalisinin sayı isə 5 milyon 200 min nəfərdir. Regionun 94 faizi dağlıq ərazilərdən ibarətdir. Burada ilk dəfə olaraq qırğız dilinin dövlət dili statusuna 1989-cu ildə nail olunub. Qazaxıstan ərazisi 2 milyon 717 min 300 kv km və əhalisinin sayı isə 16 milyon nəfərdir. Özbəkistan ərazisi 447 min kv km olsa da, əhalisinin sayı 27 milyon 555 min 300 nəfərdən ibarətdir. Türkmənistanın əhalisinin sayı 4 milyon 775 min nəfər, ərazisi isə 488.1 min kv km-dir. Tacikistanda əhalinin sayı 6 milyon 920 min, ərazisi isə 143.1 min kv km-dir. Toplam şəkildə 3 milyon 993 min 500 kv km ərazidə və 60 milyon 295 min nəfər əhalinin məskunlaşdığı Türküstan özünün iqtisadi, təbii sərvətlərinin imkanları, iqtisadi yüksəlişlə dünyanın supergüclərinin diqqət mərkəzindədir. Belə ki, toplam bu beş dövlətin ümumi illik gəlirləri 150 milyard dollardan artıqdır. İqtisadi və maliyyə sektorunda yüksəlişin ildən-ilə artması regionda uzlaşdırılmış şəkildə yeni güc mərkəzinin yaranmasına səbəb ola bilər.

Dünyanın inkişaf etmiş dövlətlərində iqtisadi və maliyyə böhranlarının dərinləşdiyi bir məqamda Türküstan dövlətlərində idxal və ixracın həcminin yüksələn xətlə inkişaf etməsi təbii olaraq Rusiya, Çin, ABŞ, İsrail, eləcə də Ərəb Dövlətləri Liqası və Avropa Birliyinin qısqanclığına səbəb olan faktora çevrilib. Xüsusilə neft, təbii yanacaq qazı, qırmızı qızıl, filiz və kömür yataqlarının, elektrik stansiyalarının istismarı, istehsal vasitələrinin inkişafı Türküstan dövlətlərinin Çin, İran, Birləşmiş Qərb Əmirlikləri, Rusiya, Avropa, Yaponiya, Güney Koreya və digər maliyyə nəhənglərindən asılılığının azalmasına, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi maliyyə nəhənglərinə borclu olmamaq stratergiyasına gətirib çıxarıb.

REKLAM

Bu prosesə Azərbaycan və Türkiyənin də aktiv şəkildə qoşulmaq istəməsi artıq Türk Dünyası faktorunun yeni güc mərkəzi kimi formalaşmasına səbəb olan amil kimi qəbul edilir.

Bunu qəbul etmək istəməyən supergüclər mümkün olan bütün vasitələrlə onun qarşısını almaq üçün dərin siyasət aparırlar. İllik gəlirləri on milyardlarla ölçülən Türküstan dövlətlərində sosial-ictimai həyat tərzi qəsdən ağırlaşdırılır. Cəmiyyəti süni şəkildə radikallaşdıran amillər alovlandırılır. Bu sırada sosial ədalətsizlik, dini və fərqli etnoloji anlayışların qabardılması, onların arasında qarşıdurmaların yaradılması taktikasına önəm verilir. Bu strategiya əslində bir zamanlar Afrika, Güney Asiya və Güney Amerika regionlarında uzun müddət sınaqdan çıxarılmış bir metodologiyadır.

Qırğızlara qarşı ədalətsizlik

1924-cü ildə Türküstanın bir neçə dövlətə bölünməsi zamanı qırğızlara məxsus Fərqanə vadisi, Karakalpakıstan regionu qəsdən Özbəkistana birləşdirildi. Özbəklərə məxsus Cambul və Çimkənt vilayətləri Qazaxıstana, Kokand vilayəti isə Tacikistana birləşdirildi. Türkmənlərə məxsus olan Xivə vilayəti isə Özbəkistanın tərkibinə qatıldı. Bununla da indi həmin ərazilər eyni kökə, mədəniyyətə və dilə malik olan xalqlar arasında dərin ixtilafların yaranmasına səbəb olub. Keçmiş Sovetlər Birliyi zamanı bu yöndə mövcud olan problemlərin qarşısı müxtəlif təsir vasitələrilə alınırdısa, indi etnik və dini, ərazi iddiaları zəminində münaqişələr baş verməkdədir.

Qırğızıstanda ilk dəfə etnik münaqişə 1991-cü ildə baş versə də, o zaman Çingiz Aytmatov və Oljas Süleymenov kimi nüfuzlu ziyalılar "Bizlər hamımız Türk Atanın övladlarıyıq" fikrinə dayanaraq, alovlanmaqda olan etnik münaqişələrin qarşısını ala bildilər. Tarixi adı Karakırgız olan bu toplum qazax, karakalpak, sarı ozək (Çin) və xakas türkləri ilə etnoloji anlamda bir olublar. Bu topluluqları fərqli etnoslar adı altında böldükdən sonra, 1924-cü ildən 1989-cu ilə kimi paytaxt Bişkekdə əhalinin süni şəkildə böyük əksəriyyəti ruslardan ibarət olması siyasəti aparılıbdır. Digər tərəfdən, qırqız dili dövlət dili hesab olunmurdu.

Qırğızıstan özünün coğrafi şəraitinə görə Çin, Əfqanıstan, İran və Pakistan kimi ölkələri nəzarətə almaq üçün ən strateji region hesab olunur. Burada bütün Türküstanı və digər region dövlətlərini elektrik enerjisilə təchiz etmək üçün çox böyük imkanlar var. Mütəxəssislərin hesablamalarına görə, Qırğızıstanda çox uzuz qiymətə başa gələn və ildə 142 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək mümkündür.

Son illər Qırğızıstanda ardıcıl şəkildə baş verən hakimiyyət dəyişiklikləri zamanı əsas diqqətin məhz energetika nazirinə çevrilməsi də bunun təsdiqidir. Çünki Qırğızıstanda özəlləşmə prosesində xarici şirkətlər məhz elektrik enerjisi sektorunu ələ keçirməyi hədəf seçiblər. Sabiq baş nazir Əzim İsabayovun etiraf etdiyinə görə, Tereksay volfram yataqları, Taldı Bulak qızıl, kömür, mis, alüminium, tantal-niobat, kobalt, sirkonium, litium kimi əlvan metal yataqları, Mayli Say, Cirqircik, Canqıtas, Karaqaci, Tamsi, Bişkent Toqap, Tacravat və Caydan neft yataqları, İzbaşkent, Karacikum, Cuzak, Rusyan qaz yataqları, Sulcuk, Kızıl Kaya Besburxan, Absir, Almalık, Uzgen, Kok Yanqak, Kumbel, Taskumır, Kara Tut, Tegenek, Kavak, Kok Moynok, Kara Kece, Alay, Alabuka, Çatırkul, Minkus kömür mədənləri, Katranbaşı, Sandık, Karanqlı, Zardal, Cumqal, Cetəm, Bala Cickan və Alay filiz yataqları, Kuru Terek, Tuyuk Aalarca, Talaş, Taldıbulak, Sarıaygır, Andaş və Bulakas qızıl, mis, molbiden mədənləri uğrunda Çin, Rusiya, ABŞ, Avropa şirkətləri arasında qəddarcasına qanlı savaş mövcuddur.

Özbəkistanın Qırğızıstan üzərindən Çinə dəmiryolu çəkmək iddiası gündəmə gəldikdən sonra, Rusiya məxfi xidmət orqanları sayəsində regionda, xüsusilə Fərqanə vadisində qırğız-özbək münaqişəsi alovlanmağa başlayıb. Cəlalabad şəhərində tikilmiş neft emalı zavodunun regionda ən üstün iqtisadi gəlir mərkəzinə, özbək-qırğız birliyinə xidmət edən bir struktura çevrilməsi Rusiyanın diqqətindən yayınmayan proseslərdən biridir. İllik milli gəlirləri orta hesabla 25-30 milyard dollar civarında ola biləcək Qırğızıstanın təbii sərvətləri uğrunda mübarizə aparan güclər öz strateji niyyətlərini gizlətmək üçün ictimai mənada prosesləri yayındıran mövzuların qabardılması taktikasını seçiblər. Çünki Qırğızıstanın nə Nursultan Nazarbayev və nə də İslam Kərimov kimi güclü liderləri var.

ABŞ və Rusiyanın maraqlarının uzlaşdığı nöqtə

2002-ci ildə Türkiyədə hakimiyyətə gələn AKR dövləti Türk dünyası strategiyasını arxa plana keçirməklə bu güc heç nəyə yaramayan "Yeni Osmançılıq" hərəkatının siyasətinə üstünlük verməkdədir. Buna görə də türk dövlətləri arasında tələb olunan iqtisadi, maliyyə və ticarət əlaqələri xeyli dərəcədə zəifləyib. Buna alternativ kimi AKR hökuməti yanlış olaraq, ərəb dünyası ilə daha sıx iqtisadi əlaqələrə üstünlük verir. Digər tərəfdən isə Türk Dünyası məsələsində yaranmış boşluğa Çin, Rusiya, Yaponiya, Güney Koreya, ABŞ, Almaniya, Fransa, İngiltərə daxil olmaq istəyir. Bu sırada həmin dövlətlərin iqtisadi və maliyyə həyatında mühüm rol oynayan "transkontinental" şirkətlər aktiv rol oynamağa başlayıblar.

Qırğızıstanın BMT-dəki sabiq səfiri, xarici işlər naziri olmuş Roza Otunbayeva, Almazbek Atambayev, Osman Artıkbayev, Toktay Umetaliyev və digərlərinin liderliyində bu gün Kurmanbek Bakiyev iqtidarını devirənlər məhz həmin güclərin hal-hazırda pərdəarxası siyasi kuluarlarda öz dövlətlərinin iqtisadi maraqlarının təmin edilməsi uğrunda daha gərgin mübarizə aparırlar.

Yaranmış gərginlik ucbatından Qırğızıstanda 500 min nəfərdən artıq insan aclıq fəlakətilə üz-üzə durub. Qanuni hakimiyyəti transkontinental şirkətlərin vasitəsilə devirən müvəqqəti hökumət proseslərə sosial böhran donu geyindirmək və bunun qanuni əsaslarını hazırlamaq üçün yeni siyasi provokasiyalar hazırlamaqdadır. Çünki sosial problemlərin fövqündə onların bağlı olduqları supergüclər Qırğızıstana "ədalətli sosial rifah ixracı" adı altında daxil olmaqla, həm də öz dayaqlarını hüquqi cəhətdən qanuniləşdirməyi hədəf seçiblər. Beynəlxalq iqtisadi mafiyanın təsir imkanlarına hüquqi don geyindirilməsi üçün "müvəqqəti hökumət" Ana Yasadakı qanunları dəyişdirməyə üstünlük verdiyini heç gizlətmir də. Bunu ABŞ ordusundakı yüksəkrütbəli zabitlərdən birinin verdiyi açıqlamada da duymaq mümkündür:

"ABŞ Rusiya ilə birlikdə Qırğızıstanda uzlaşan nöqtələrdə birgə çalışacaqlar. Regionda vətəndaş müharibəsinin qarşısını almaq üçün birlikdə hərbi qüvvələrini sülhməramlı qüvvələr şəklində yerləşdirə bilər".

Prosesləri diqqətlə təqib edən Çinin "Jenmin Jibao" qəzeti açıq şəkildə rəsmi Pekinin maraqlarına uyğun olaraq belə qeyd edir:

"Pekin Bişkekdə amerikalı diplomatların və mütəxəssislərin sayının artmasından çox narahatdır. Rusiya prezidenti Dmitri Medvedyevin apardığı qeyri-ənənəvi siyasətin dərin qatlarını anlamağa çalışır".

Almaniyanın "Deutsche Welle" Strateji Araşdırma Mərkəzi isə "Çin şüşədən qurtula bildi" ironik şəkildə qanuni dövlət başçısı Kurmanbek Bakiyevin "qlobal oyunçular" tərəfindən devrildiyini etiraf edib.

İndi Qırğızıstanda müxtəlif düşərgələr görümündə yaşanılan proseslərin hansı sonluqla bitəcəyi məhz transkontinental şirkətlər arasında pərdəarxası anlaşmalara bağlıdır. Bunu London, Vaşinqton və Moskva arasında Türküstan siyasətinin yeni forması kimi dəyərləndirənlərin sayının artması da təsdiq edir. Qırğız böhranının eskalasiyadan çıxması həm də Türküstanın enerji resurslarına kimlərin hökm etməsi deməkdir. Bundan itirən isə bütövlükdə Türk Dünyası olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək

Azərbaycanlılar Orta Asiya Konqresində birləşir

Bölmənin digər xəbərləri
 
İranda yalnız qadınlar üçün banklar
Dünya heyrətlənməsin neyləsin?

İrana qarşı antidempinq tətbiq olunub
Daha başqasının bazarına təzə nırx qoya bilməyəcək

Fin iş adamı İranda təhlükəsizlik firması açıb
Can şirin şeydir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər