Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Onda mən Aygün Kazımova olmaram..."
"Onda mən Aygün Kazımova olmaram..."
Müğənni özünün təkrarsız olduğuna əmindir
Şənbə, 19.06.2010

Z.Rəhimqızı mətn ölçüsü  

Son aylar mətbuatda və televiziyada nadir gallarda çıxış edən xalq artisti Aygün Kazımova "Ayna" qəzetinə maraqlı açıqlamalar etdi. Əvvəlcə söylədi ki, sənətdə hər addımını özəlləşdirmək məqsədi ilə atır. Yəni onun ayaqqabısını geyənlər çoxdur, lakin xalq artisti heç kimin yerişini yerimir:

"Xatırlayırsınızsa, plastik əməliyyatımı sənədli film şəklində çəkdirən ilk sənət adamı mən olmuşam. Əgər məndən əvvəl bunu edən olsaydı, ömründə onu təkrarlamazdım. Onda mən Aygün Kazımova olmaram. Onsuz da dünyada təkrarçılıq baş alıb gedir. Mən bizimkilərdən kimisə yamsılamıramsa, o demək deyil ki, mənim etdiklərimi məndən əvvəl dünyada heç kim etməyib. Ən azı özümüzünküləri yamsılamamağa çalışıram. Amma yuxarıda çəkdiyim misalın dünyada bənzəri yoxdur. Heç bir sənət adamı plastik əməliyyatını sənədli filmə çevirməyib".

Fərqli dünyagörüşü olan Aygün xanım bir müddət əvvəl özü haqqında kitab da yazıldığını eşidib. Lakin müəllifin ölüm xəbəri xanım sənətçinin arzusunu reallaşdıra bilməyib.

"Kitabı Elşad Quliyev yazmalı idi. Özü mənə təklif etmişdi. Lakin bu təklifdən bir neçə ay sonra dünyasını dəyişdi və bu ideya həllini tapmadı. Bu arzum gerçəkləşmədi. Amma ola bilsin hansısa yazar bu işi üzərinə götürdü.

REKLAM

Amma istəyirəm ki, kitabı əlimə alanda Aygün Kazımovanı görə bilim", - deyə sənətçi bildirdi.

Xalq artistindən son aylar az görünməyinin səbəbini soruşduqda, bunu özü tərəfindən seçilmiş istirahət proqramı kimi dəyərləndirdiyini bildirdi. Onun tez-tez depressiyaya düşdüyünü nəzərə alıb, bu barədə də soruşduq:

"Yox, depressiya üçün səbəb yoxdur. Bir neçə gün əvvəl Moskvadan qayıtmışam. Səfərim bir qədər çəkdi. Gələndən sonra eşitdim ki, Namiq Qaraçuxurlu özünə yeni binalardan mənzil alıb. Əslində, mənzil alacağını bilirdim. Birlikdə mənzilə baxdıq, çox xoşuma gəldi. Hazırda Daxili Qoşunların xətti ilə hərbi hissələrdə verəcəyim konsertlərə hazırlaşıram. Bu silsilə bir layihə olacaq və bu işə böyük məsuliyyətlə yanaşıram. Bunu söyləməkdə məqsədim odur ki, günlərimi sırf istirahət üçün ayırmamışam".

Aygün xanımla onunla küsülü olub, haqqında xoşagəlməz fikirlər danışanlar barədə də danışdıq. Bu məsələdə özünü xeyirxah tərəfdaş kimi görən Aygün Kazımova pis xislətli insanlara onsuz da təsir göstərə bilmədiyini söylədi:

"Hərdən düşünürəm ki, bəzi naqislər getdikcə bir-birinə oxşayır. Çalışıram ki, pis xislətli insanları dəyişdirim, onların vicdanlarını yumşaldım. Bəzən onlara təsir göstərə bilirəm. Amma çox hallarda bu alınmır. Yaxın dostlarım hərdən mənə deyirlər ki, "bu qədər haqsızlığa başqası olsaydı dözməzdi". Düşünürəm ki, mən Allahın sevimli bəndəsiyəm və o məni bütün pisliklərdən qoruyur".

Namiq Qaraçuxurlu ilə münasibətlərinə toxunan Aygün Kazımova bu birliyin hələ uzun zaman davam edəcəyini söylədi. Bunun üçün həm özünə, həm də partnyoruna inandığını bildirdi.

"Hər bir münasibətdə saf sevginin olması vacibdir. Bizim münasibətlərimizdə saxtalıq yoxdur. Əgər Namiq sənəti ilə vidalaşmayacaqsa, biz uzun zaman ayrılmayacayıq. Çünki bizim işimiz birdir, səhnədə bir görünürük. Səhnədən kənarda dərdlərimizi, sevincimizi bölüşürük. Mən Namiqə çox inanıram. Onu tanıyandan sonra həyata baxışlarım dəyişdi", - deyə Aygün Kazımova bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı

Namiq Abdullayevi yola salmaq lazımdır

Aygün Kazımovanın "şamplena şou-2"si

Hüsni Mübarək Əhmədinejadı təbrik edib

İlham Namiq Kamal: "Bəzən görürsən, bir filmi iki nəfər dublyaj edir"

Bölmənin digər xəbərləri
 
Ədalət Şükürovun qızı model olacaq
Müğənni övladını dəstəkləyir

Azəri qızı Günel: "Artıq sevirəm və sevilirəm"
Sevən şəxsin adını isə açıqlamadı

Kamilə Babayeva efirə qayıdır
Teleaparıcı "Zəif bənd"in bərpa olunacağını ehtimal edir

Manana: "Elizabet, deyəsən, musiqiçi olacaq"
O, azyaşlı qızında istedad qığılcımları sezir

Nuranın palitrası - qırmızı, qara, ağ
Bəs, bu tonlardan harada istifadə edir?

Azərbaycan teleməkanında fərqli "PopSTAR"
30 iştirakçının qalib olmaq şansı var

Rəqsanə KVN-çilərdən incikdir
O, bunun səbəbindən danışdı

Səfurə Əlizadə bu dəfə ikinci oldu
O, internet gözəllik müsabiqəsində seçilib

Nişanlısı ona sürpriz hazırlayır
Yeganə bu planlardan xəbərsizdir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər