Narkotik alverçilərinə hökm oxundu
|
Şənbə, 19.06.2010
|
|
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alveri ilə məşğul olan dəstə üzvlərinə hökm oxunub. Məhkəmənin hökmü ilə Habil Əsgərov 8 il, Səfa Səlimov və Rövşən Mirzəyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cəlilabad rayon sakinləri Səfa Səlimov, Habil Əsgərov və Rövşən Mirzəyev rayon polis şöbəsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıblar. Tutulan zaman onlardan külli miqdarda narkotik vasitə olan heroin götürülüb.
|
|
|
|
|
|
|