Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Ali Məhkəmə adından dələduzluq
Ali Məhkəmə adından dələduzluq
Bu ölkədə məhkəmə qərarı da saxtalaşdırılır
Şənbə, 19.06.2010

Hacı mətn ölçüsü  

Ali Məhkəmənin qərarını saxtalaşdırmaqda ittiham olunan Füzuli Orucov, Kənan Şərifov və Kənan Qafarovun məhkəməsi başa çatdı.

İttihama görə, Gəncə Apellyasiya Məhkəməsinin 24 iyul 2008-ci il tarixli qərarı ilə Türkiyə vətəndaşı Hasan Tarım Yakupa Azərbaycan CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 il müəyyən olunub. Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 9 iyun 2009-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlayıb. Ali Məhkəmənin qeyd edilən qərarının surəti məhkumun cəza çəkdiyi müəssisəyə göndərilib.

Buna baxmayaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin Xüsusi Şöbəsindən 24 avqust 2009-cu il tarixdə Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası katibliyinə daxil olan şifahi məlumatla müəyyən olunub ki, məhkum Hasan Tarım Yakupun barəsində həmin kollegiyanın 9 iyun 2009-cu il tarixli qərarının olmasına baxmayaraq, hazırda müəssisəyə onun cəzasının Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 17 iyul 2009-cu il tarixli qərarı ilə dəyişdirilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi barədə əlavə qərar təqdim edilib.

Bununla əlaqədar dərhal cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verilib ki, Ali Məhkəmənin 09 iyun 2009-cu il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən məhkum Hasan Tarım Yakupa Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin olunmuş 8 il azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılıb, təqdim olunan 17 iyul 2009-cu il tarixli qərar saxtadır. Göstərilən məlumata müvafiq olaraq məhkum Hasan Tarım Yakup müəssisədən buraxılmayıb.

Həmin saxta sənəd Ali Məhkəmə tərəfindən araşdırılıb hüquqi qiymət verilməsi üçün 25 avqust 2009-cu il tarixdə Baş Prokurorluğa göndərilib.

İstintaq zamanı müəyyən edilmişdir ki, "AzPak Kompanen" şirkətində icraçı direktor vəzifəsində işləyən Kənan Şərifov tərəfindən Ali Məhkəmənin 9 iyun 2009-cu il tarixli qərarı saxtalaşdırılaraq, məzmununa məhkum Hasan Tarım Yakupun cəzasının yüngülləşdirilərək, guya, sonuncunun cəzasının 3 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunması barədə yalan məlumatlar daxil edilib. Törətdiyi cinayət əməlinə görə K. Şərifov, K. Qafarov və F. Orucov barəsində həbs-qətimkan tədbiri seçilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Füzuli Orucov 12 il, Kənan Şərifov 9 il və Kənan Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Terrorçu dəstənin şikayəti təmin edilmədi
Onlar İsrail səfirliyini və Qəbələ RLS-i havaya sovurmaq istəmişdilər

Qatilin cəzası olduğu kimi saxlandı
O, xüsusi amansızlıqla adam öldürüb

Arvad qatili cəzalandı
Onu 9 illiyə barmaqlıq arxasına göndərdilər

Artıq tamah daş yarar
Dəhşətli qətldə iki nəfər təqsirləndirildi

Narkotik alverçilərinə hökm oxundu
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alveri ilə məşğul olan dəstə üzvlərinə hökm oxunub.

İki qardaşın qatili
Məhkəmə Rusiyada ağır cinayət törədən şəxsə hökm oxudu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər