Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Artıq tamah daş yarar
Dəhşətli qətldə iki nəfər təqsirləndirildi
Şənbə, 19.06.2010

H.Zirəddinoğlu mətn ölçüsü  

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə məlumatı DİN mətbuat xidməti yayıb. Məlumata görə, 2 naməlum şəxs Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan İlqar Şeydabəyovun evinə girib, ona və səsə ayılmış həyat yoldaşı Bikəxanım Şeydabəyovaya bıçaq xəsarətləri yetiriblər. İlqar Şeydabəyov hadisə yerində ölüb, Bikəxanım Şeydabəyova isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bilgəh qəsəbə sakinləri Hatəm Cəlilov və Xalid Əliyev yaxalanıblar. İstintaqa verdikləri ilkin ifadələrində bildiriblər ki, təxminən 4-5 ay əvvəl dostlar İlqarın evində hörgü işi görüblər və ev sahibinin onların hər birinə 300 manat borcu olub. Öz borclarını tələb etdikdə, İlqar onları şantajla hədələyib.

...Yay mövsümü olduğundan İlqar gecələr evin qapısını açıq qoyurmuş. Cinayətkarlar açıq qapıdan keçərək mətbəxin işığını söndürüblər. Xalid yataq otağına girərək İlqara bıçaq zərbələri vurub və boğazını kəsib. Səsə ayılan Bikəxanıma da bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk ediblər. Cinayətdə istifadə etdikləri bıçağı isə qəsəbədəki məktəbin həyətinə atıblar.

Faktla bağlı CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon Prokurorluğunda cinayət işi başlayıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Terrorçu dəstənin şikayəti təmin edilmədi
Onlar İsrail səfirliyini və Qəbələ RLS-i havaya sovurmaq istəmişdilər

Qatilin cəzası olduğu kimi saxlandı
O, xüsusi amansızlıqla adam öldürüb

Arvad qatili cəzalandı
Onu 9 illiyə barmaqlıq arxasına göndərdilər

Ali Məhkəmə adından dələduzluq
Bu ölkədə məhkəmə qərarı da saxtalaşdırılır

Narkotik alverçilərinə hökm oxundu
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alveri ilə məşğul olan dəstə üzvlərinə hökm oxunub.

İki qardaşın qatili
Məhkəmə Rusiyada ağır cinayət törədən şəxsə hökm oxudu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər