Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Qatilin cəzası olduğu kimi saxlandı
Qatilin cəzası olduğu kimi saxlandı
O, xüsusi amansızlıqla adam öldürüb
Şənbə, 19.06.2010

Hacı Zeynalov mətn ölçüsü  

Bakıda xüsusi amansızlıqla iki nəfəri qətlə yetirməkdə ittiham olunan Gürcüstan vətəndaşı Nazim Acalovun apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

İttihama görə, 2003-cü il aprelin 3-ü və 8-də Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılan kişi və qadın meyitlərinin kimliyi müəyyənləşib. Həmin tarixlərdə Xətai rayon Prokurorluğu tərəfindən CM-in 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılıb. Lakin meyitlərin şəxsiyyətləri və cinayəti törətmiş şəxslər müəyyən edilmədiyindən hər iki cinayət işi üzrə icraat həmin ilin oktyabrında dayandırılıb.

2009-cu il yanvarın 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən iş üzrə icraat təzələnərək intensiv istintaq-əməliyyat tədbirlərinin icrasına başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində həmin meyitlərin 1980-ci il doğumlu Gürcüstan vətəndaşı Askarov Ramin Nizamoviç və onun anası 1957-ci il doğumlu Gürcüstan vətəndaşı Askarova Göyçək Abdulla qızı olduğu müəyyənləşib.

Cinayətin Gürcüstan vətəndaşları Nazim Acalov və onun həyat yoldaşı Raina Əhmədova tərəfindən törədildiyi müəyyən olunub. İstintaq orqanı Raina Əhmədovanın barəsində axtarış elan edib və o, Türkiyə interpolu tərəfindən tutularaq, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda Raina Əhmədovanın istintaqı davam edir.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nazim Acalov 15 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə razı olmayan Acalov apellyasiya şikayəti verib. O, apellyasiya şikayətində günahsızlığını və baş vermiş cinayətdən xəbərsiz olduğunu qeyd edib. Buna görə də bərəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinə baxılaraq, təqsirləndirilən şəxsin bəraət istəməsi ilə bağlı şikayəti rədd edilmiş və birinci məhkəmə instansiyasının hökmü qüvvədə saxlanmışdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Terrorçu dəstənin şikayəti təmin edilmədi
Onlar İsrail səfirliyini və Qəbələ RLS-i havaya sovurmaq istəmişdilər

Arvad qatili cəzalandı
Onu 9 illiyə barmaqlıq arxasına göndərdilər

Artıq tamah daş yarar
Dəhşətli qətldə iki nəfər təqsirləndirildi

Ali Məhkəmə adından dələduzluq
Bu ölkədə məhkəmə qərarı da saxtalaşdırılır

Narkotik alverçilərinə hökm oxundu
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alveri ilə məşğul olan dəstə üzvlərinə hökm oxunub.

İki qardaşın qatili
Məhkəmə Rusiyada ağır cinayət törədən şəxsə hökm oxudu



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər