Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Urmiya gölünün xilası mümkündürmü?
Urmiya gölünün xilası mümkündürmü?
Səbəblər bəlli, təkliflər isə qurultayda verilib
Şənbə, 19.06.2010

S.Sədrəddin mətn ölçüsü  

Bir neçə il öncə Güney Azərbaycandan olan elm adamları və ictimaiyyət İranın atom-nüvə obyektlərindəki tullantıların Ərdəbil, Təbriz və Azərbaycanın başqa bölgələrində qazılmış quyularda basdırıldığı haqda həyəcanlı xəbərlər verirdilər. Həmin bölgələrdə xərçəngdən ölənlərin sayının artdığı bunun nəticəsi kimi göstərilirdi. O zaman bu məsələ dünyanın diqqətindən kənarda qaldı. Güney Azərbaycanda ekoloji vəziyyətin ağırlığı haqda ara-sıra məlumatlar veririk. Ötən gün Güney Azərbaycan İstiqlal Partiyası bununla bağlı yazı yayıb. Məqalədə bildirilib ki, Güney Azərbaycanın Məzrə adlı mis-mədən yatağının kimyəvi tullantılarından 15 il ərzində iri təpələr yaranıb.

Bu il mayın 6-da leysan yağışlar nəticəsində həmin təpələr şişmiş və oradakı kimyəvi tullantılar su vasitəsi ilə bir neçə kəndin ərazisindən keçərək Kiçik çaya tökülüb. Bu çay öz növbəsində töküldüyü Əhər çayının suyunu zəhərləyib. Əhər çayı isə axıb Araza tökülərək onu zəhərli sularla "təmin edir".

Beləliklə, Tehranın bu əməllərinin nəticəsində o taylı, bu taylı Azərbaycan torpaqları və insanları zəhərlənir.

Hakimiyyətə bağlı rəsmi informasiya agentlikləri həmin zəhərli maddələrin miqdarı barədə konkret məlumat vermirlər. Amma tərəfsiz mütəxəssislərin bildirdiyinə görə, 15 il ərzində bir yerə toplanmış reaktiv tullantıların miqdarı artdığından, o, geniş ərazidə suyu zəhərləyərək, ətraf mühitə və canlıların sağlamlığına çox böyük zərər vurub.

Müstəqil mütəxəssis Ələminin fikrincə, reaktiv tullantıların Əhər çayı vasitəsi ilə Araza tökülməsi böyük faciədir. Əlavə edib ki, bir müddət öncə, Arazın Ermənistana aid Məgri adlı hissəsində suyun rənginin dəyişdiyini müşahidə edib.

İstiqlar Partiyasının yaydığı məqalədə bildirilir:

"Araşdırmamıza əsasən, Ermənistan fabriklərindən zəhərli maddələr Araza tökülür. Bu zaman Tehran hakimiyyətinin çeşidli qurumlarının yüksək səviyyəli məmurları həmişəki kimi, "rahatsızlığa əsas yoxdur, zəhərlənmiş suyun qarşısı alınacaq" - deyərək məsələnin həllindən yayınıb. Faciənin baş verməsindən bir aydan artıq vaxt keçsə də, yerli sakinlər hakimiyyətin hadisə ilə bağlı yalan vədlər verdiyini söyləyiblər".

Güney azərbaycanlı müstəqil mütəxəssislərin gümanınca, Məzrə mis mədəninin zəhərli tullantısı bir milyon kubmetrdən artıqdır. Onun fəsadlarının aradan qalxması üçün yüz illərlə vaxt lazımdır.

Ekoloqlar Urmiya gölünün qurumasının məsuliyyətini də Tehranın boynuna yükləyirlər. Problem o qədər böyüyüb ki, yurdsevər gənclər məsələyə dair qurultay keçirmişlər.

"canaz.TV"nin məlumatında bildirilib ki, Tehranın Behişti Universitetinin azərbaycanlı tələbələrinin çalışmaları nəticəsində Urmiya gölünün qurumasının səbəblərinə həsr olunmuş elmi-nəzəri qurultay Beynəlxalq ətraf mühit gününə təsadüf edib. Qurultayda ekologiya üzrə doktorlar, ətraf mühitin qorunması uğrunda mübarizə aparan könüllülər, tələbələr, elm adamları, araşdırmaçılar iştirak ediblər. Çıxış edənlər Urmiya gölündəki son durumla bağlı fikirlərini bölüşərək bu su hövzəsinin qurumasının elmi səbəblərini söyləyiblər.

Araşdırmalara əsasən, göl plansız aparılan və elmi əsası olmayan işlər ucbatından quruyur. Səbəblər isə bunlardır:

- Gölü su ilə təmin edən 40-dan artıq çayda su bəndlərinin inşası;

- Gölün ortasından suyun təbii axınına əngəl olan körpünün tikilməsi;

- Minlərlə qanunsuz su quyuları və artezianların qazılması;

- Bölgədə son zamanlar baş verən ardıcıl quraqlıqlar və s.

Gölün böhrandan qurtulması üçün təkliflər irəli sürülür: başqa çay və göllərdən kanal vasitəsi ilə Urmiya gölünə xətt çəkmək; süni yağış yağdırma üsulundan faydalanmaq; ikiyə bölünən gölün bölmələri arasından su axınına imkan yaratmaq; gölün dibindəki duzun başqa yerə daşınması; ənənəvi suvarma üsullarını yeniləşdirmək və s.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Duzlu göl"də çimməyə qoyulan yasaq bu il də qüvvədədir

Tomas Qoltzun Azərbaycan muğamı haqqında sənədli filmi ABŞ-da mükafat alıb

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir

Quruyan göl, dağıdılan qala və titan yatağı...

"Göygöl"ün 40 yaşı qeyd edilib

Bölmənin digər xəbərləri
 
Məhəmməd Xiyabani hərəkatından 90 il ötdü
Azadlıq hələ də bir xəyal...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər