Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Məhəmməd Xiyabani hərəkatından 90 il ötdü
Məhəmməd Xiyabani hərəkatından 90 il ötdü
Azadlıq hələ də bir xəyal...
Şənbə, 19.06.2010

S.Soltan mətn ölçüsü  

  Hələ 1920-ci ildə Məhəmməd Xiyabani Təbrizdə çıxan "Təcəddüd" qəzetinin 24-cü sayında "Azərbaycan" başlıqlı məqaləsində Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladaraq, oxucularında vətənsevərlik duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə səsləyirdi: "Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!.. Zülm, işgəncə, əzab, müsibət, dar ağacları, zəncir və zindanlar möhkəm olsalar da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu...

...Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu Vətən dünya işığını səninlə hiss edir...".

Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Məhəmməd Xiyabani hərəkatının 90 illiyinə həsr olunmuş elmi-nəzəri konfransda onun bu sözləri də xatırlandı. İnstitutun direktoru Gövhər Baxşəliyeva giriş sözündə Məhəmməd Xiyabaninin mübarizəsindən, həyatından, arzu və amallarından danışdı.

İnstitutun Güney Azərbaycan şöbəsinin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli (Bije) "Məhəmməd Xiyabani və onun Güney Azərbaycanın azadlıq hərəkatında yeri" mövzusundakı məruzəsində xatırlatdı ki, 1905-1911-ci illər məşrutə hərəkatının məğlubiyyətindən sonra İranda, o cümlədən Güney Azərbaycanda irticanın şiddətlənməsi, ölüm, həbs və sürgünlərin həddən artıq çoxalması milli-demokratik qüvvələrin gizli fəaliyyətə keçməsinə və ya mühacirət etməsinə səbəb oldu.

Məhəmməd Xiyabani Qafqaza mühacirət edərək, burada irticadan həm qorunub, həm də gələcək mübarizəsi üçün yeni güc toplayıb, elmini və təcrübəsini artırıb. Əkrəm Rəhimli deyirdi:

"1920-ci ilin aprelində Xiyabaninin başçılıq etdiyi hərəkatın rejim əleyhinə ilk izdihamlı mitinqi olub və özü çıxış edib. Mayda onun çağırışı ilə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Təbrizdə əhalinin böyük bir mitinqi keçirilib... Onlar şahın baş naziri Vüsuqüddövlənin ingilislərlə imzaladığı gizli müqaviləyə etiraz və onun ləğvini tələb edirlər... Azərbaycanın bütün bölgələrində dövlət idarələri, poçt, polis, hərbi hissələr üsyançıların əlinə keçmişdi".

Bu hərəkat o vaxt məğlub oldu. Məhəmməd Xiyabani həlak oldu. Lakin onun ideallarını öldürmək mümkün olmadı. Azərbaycan Milli Hökuməti 1945-ci ildə Məhəmməd Xiyabaninin ideya və prinsiplərini əsas götürmüş, zamana görə ona əlavələr etmişdi.

Filologiya elmləri doktoru Vüqar Əhməd "Məhəmməd Xiyabaninin dini-fəlsəfi görüşləri", tarix elmləri doktoru Solmaz Rüstəmova "Məhəmməd Xiyabani və Komintern", filologiya üzrə fəlsəfə doktoru İslam Qəribli "Məhəmməd Xiyabani hərəkatı və Güney Azərbaycandakı ədəbi mühit", elmi işçi Cəmalə Mirzəyeva "Təcəddüd" qəzeti Məhəmməd Xiyabani hərəkatının ideoloji silahı kimi", elmi işçi Sübhan Talıblı "Məhəmməd Xiyabani hərəkatı Azərbaycan tarixşünaslığında" mövzularında çıxış edərək azərbaycanlıların bu hərəkatına ən fərqli rakurslardan işıq saldılar.

Əfsuslar olsun ki, bu hərəkat 1920-ci il sentyabrın 12-də boğuldu. Məhəmməd Xiyabaninin nəşi nərdivana bağlanılmış vəziyyətdə bütün Təbrizdə dolandırıldı. Şah hakimiyyəti bununla Azərbaycan türklərinin gözünü qorxutmaq niyyətində idi. Amma bu hərəkatdan sonra dünyaya gələn gənclər 1945-ci ildə Azərbaycan Milli Hökumətini qurub pəhləvilərə bir daha meydan oxudular. Arxalı köpəklər onu da qan içində boğdular. Onun liderlərinin çoxu da əhalinin gözü qarşısında dar ağaclarından asıldılar. Amma ideal ölmədi. Güney Azərbaycan türkü öz milli haqları uğrunda mücadiləsini başqa şərtlər altında davam etdirdi. 1979-cu ilin fevral inqilabı Təbrizdən alovlandı. Ölkənin mövcud Ana Yasasına dil, milli bərabərlik və s. bu sayaq müddəaların daxil edilməsi bunun məntiqi nəticəsi idi. Amma fars şovinizmi öz mahiyyətini bu dəfə teokratiya cildində aşkara çıxardı.

Savaş davam edir. Güneylilər bu gün öz istəklərini daha sərtləşdirib. 2006-cı ilin may olayları zamanı (həmin hadisələr zamanı Güney Azərbaycan türkləri milli heysiyyət və kimliklərini rəsmi "İran" qəzetinin təhqiqinə etiraz edirdi) teokratik hakimiyyətin cəbr aparatı 20 nəfərdən çox dinc etiraz aksiyası iştirakçısını qətlə yetirsə də, Güney Azərbaycan milli hərəkatı hədəflərinə doğru addımlamaqdadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Urmiya gölünün xilası mümkündürmü?
Səbəblər bəlli, təkliflər isə qurultayda verilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər