Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Səbinə Vahabzadə: "Bu, çox çətin, eyni zamanda maraqlı bir iş idi"
Səbinə Vahabzadə: "Bu, çox çətin, eyni zamanda maraqlı bir iş idi"
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktrisası, yeddi ildir bu sənət ocağında çalışan Səbinə Vahabzadə
Şənbə, 19.06.2010

Sevinc İsmayıl mətn ölçüsü  

- Teatrdakı karyeram "Arşın mal alan"dan başladı. Mən Asəf Zeynallı adına Musiqi Kollecinin aspiranturasını bitirən kimi konservatoriyaya daxil oldum. Aspiranturanı bitirən kimi Opera və Balet Teatrına gəldim. Konservatoriyada müəllimim Elmira Quliyeva olub. Mənə verdiyi təhsilə görə ona çox minnətdaram. Opera və Balet Teatrında isə peşəkarlığımın artmasında mənə əməkdar artist, konsertmeyster Məlahət İsmayılova kömək etdi. Onun musiqiyə peşəkar yanaşması mənə karyeramda çox yardımçı oldu. Və əlbəttə, mən bizim teatrın direktoru Arif Məlikova onun gənclərə göstərdiyi sonsuz səbrinə görə çox minnətdaram.

- Son rolunuz haqqında nə danışa bilərsiniz? Səhv etmirəmsə, bu yaxınlarda Heydər Əliyev Sarayında Nərgiz Paşayevanın "İntizar" librettosunun təqdimatı olmuşdu.

- "İntizar" operasını bəstəkar Firəngiz Əlizadə müasir janrda yazıb. Bu çox çətin, eyni zamanda maraqlı bir iş idi. Opera professor Nərgiz Paşayevanın librettosuna yazılıb. Nərgiz xanımın təşəbbüsü ilə Azərbaycana mütəxəssislər dəvət olunmuşdu: quruluşçu rejissor Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhefer, dirijor Vladimir Ponki, xoreoqraf Edvard Smirnov və başqaları. Bu operada iştirak edən bütün solistlər adından, bizə bu kimi peşəkarlarla işləmək imkanı yaratdığına görə Nərgiz xanım Paşayevaya dərin minnətdarlığımı bildirmək istəyirəm. Və əlbəttə ki, Məlahət xanım İsmayılovanın əməyini unuda bilmərik. O, peşəkarlıqda heç də xarici həmkarlarından geri qalmır.

- İlk çıxışınızı xatırlayırsınızmı? Yəqin, çox böyük həyəcan keçirirdiniz...

- Həmin günü unutmaq olarmı? Səhnənin pərdələri açılır və projektorların işıqları gözlərini qamaşdırır, qəlbin həyəcanla dolur. Lakin ilk kəlmələri səsləndirən kimi həyəcanım keçmişdi və hər səhnəyə çıxdıqca getdikcə azalırdı.

- Bu gün bir çox opera ifaçısı estrada müğənnisi qismində çıxış edir. Bəs sizin necə, belə tələbatınız varmı?

- Düşünürəm ki, bu hər ifaçının öz şəxsi işidir. Hələ ki, var gücümü operaya verirəm. Lakin fikirləşirəm ki, opera və estradanı bir araya gətirmək heç də pis fikir deyil. Beləliklə gənc nəsli opera musiqisini dinləməyə həvəsləndirmək olar. Çünki gənclər əsasən estrada musiqisini dinləyirlər. Mənə estrada müğənnisi ilə duet oxumaq maraqlı olardı. Məni daha çox muğam ifaçılarımızla iş birliyi cəlb edir.

- Hazırda nə üzərində çalışırsınız?

- Çox maraqlı opera olacaq. İndi mən "Aida" operasından Amneris obrazı, "Trubadur" operasından isə Azuçena obrazları üzərində çalışıram.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Vaqif Səmədoğlu - bütün zamanların şairi
O, sadəcə Vaqif Səmədoğlu deyil

Nazir çəkilən filmlərin keyfiyyətindən narazıdır
Film çəkilişlərinə dövlət ildə 6 milyon manat ayırır

Fransada "Kabusun gözüylə" filminin təqdimatı keçirilib
Ekran işi iki ölkənin müştərək layihəsidir

İki film bərpa edilib
Bu il Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin 90 illik yubileyidir.

Fatimə İstanbulda rəqs edəcək
İyunun 21-22-də İstanbulda Avropa Mədəniyyət Şirkəti tərəfindən möhtəşəm konsert proqramı təşkil ediləcək.

"Yatmış gözəl" premyeraya hazırlaşır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında B.Marvinin məşhur "Yatmış gözəl" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Çinarə Şirinova opera sənəti festivalında
TÜRKSOY xətti ilə Türkiyədə hər il Beynəlxalq opera sənəti festivalı keçirilir.

Zəlimxan Yaqubun kitabının audio versiyası
Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun "Əbədiyyət dastanı" kitabının audio versiyası hazırlanır.

Niyazinin fotoları aşkarlanıb
Onlar filmfonda hədiyyə edilib

Oqtay Mirqasımov: "Özəl filmlər zövqümə cavab vermir"
Amma kütləyə qarşı da çıxa bilmir

Dəryadan bir damla
Azərbaycan şairləri Pakistanda ingiliscə təqdim olunub

Bakının baş rəssamının Gəncə sərgisi
Paytaxtın baş rəssamı Cavanşir Əliyevin Gəncə şəhərində ilk sərgisi açılmışdır.

Möhsün Sənani - 110
Onu xatırlayanlar üçün

Üzeyir Hacıbəyli: açılmamış səhifələr
Tədqiqatçı-alim, professor Şirməmməd Hüseynov "Üzeyir Hacıbəyli: nəşrlərdən kənara qoyulmuş, ixtisar və redaktə edilmiş nəşrləri" adında bir kitab tərtib etmiş və bu kitabın təqdimat mərasimi keçirilmişdir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər