Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Vaqif Səmədoğlu - bütün zamanların şairi
Vaqif Səmədoğlu - bütün zamanların şairi
O, sadəcə Vaqif Səmədoğlu deyil
Şənbə, 19.06.2010

İsmayıl Umudlu mətn ölçüsü  

Zamanın sınağından çıxa biləcəyəmmi? Ayağımı zamanın cızığından kənara qoymağa cəsarətim çatacaqmı? Yoxsa zamanın sözəbaxan övladı olaraq qalıram? - şairəm deyə əlinə qələm götürüb meydana çıxan hər kəs özünə bu sualı verməlidir. Bunda bir fayda vardır. Çünki cavab verə bilmədikdə o kəs bəlkə başqa bir işin qulpundan yapışar və o sahədə daha müvəffəq olardı. Bir yaradıcı insana professional qiymət vermək istəyən kəs də onun ərsəyə gətirdiklərinə bir qayda olaraq bu rakursdan göz yetirir.

Vaqif Səmədoğlu yaradıcılığına müraciətən "Şair və Zaman" toplusunun qayəsi də bu suallara həm özü üçün, həm də Şairin əvəzinə onun üçün cavab tapmaqdır. Yenicə işıq üzü görmüş bu topluda sualları qoyan da, ona cavab tapmağa çalışan da bu bənzərsiz şairimizin yaradıcılığına daha yaxşı bələd olan şairin ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilovadır.

Nüşabə xanımın öz düşüncə süzgəcindən keçirərək tərtib etdiyi bu topluda Vaqif Səmədoğlu barədə məqalələr, onunla müsahibələr, haqqında deyilənlər, məktublar, fotolar, çap olunmuş əsərlərinin siyahısı bu suallara cavab tapmaqda müəllifə yol göstərir. Akademizmdən uzaq olan bu topluda yetmişi aşırmış şairimizin bu vaxtadək yaratmış olduğu məhsulların keyfiyyətini əyani şəkildə müəyyənləşdirmə cəhdi də var, köməkçi vasitə olan - kəmiyyət (deyək ki, əsərlərinin siyahısı) də var.

"Mən nə dünənin, nə bugünün, nə də sabahkı cəmiyyətin şairiyəm. Sadəcə Vaqif Səmədoğluyam. Yazılarımda dəyərli fikir varsa, maraqlı obraz yaratmışamsa, yəqin ki, hər zamanın Şairi olacağam" - Vaqif Samədoğlunun öz yaradıcılığına gerçəkçi qiyməti belədir.

Nüşabə xanım Vaqif Səmədoğlu şeirlərini ilk dəfə hələ gənclik illərində qəzet səhifələrində oxuyub. Sonra tale elə gətirib ki, ömür yolu ilə yanaşı addımlamalı olublar. Amma indi Vaqif öz uşaqlığından, gəncliyindən canlı, məzəli və kədərli söhbətlər edəndə özünü həmişə Orada görür. Nüşabə xanımın nəzərində Vaqif ömrü "həyat yoluyla yaradıcılıq yolunun bir-birinə calandığı, hörüldüyü" bir Şair ömrüdür.

Bu kitabı tərtib edərkən Vaqifin arxivini gözdən keçirməli olduqda, tanıdığı Vaqiflə "yenidən tanış olur" və anlayır ki, bütün bu materiallar yığını ilə Vaqif kimisini "tam" tanımaq mümkün deyil. Bunun səbəbini onda görüb ki, "Vaqif Səmədoğlu öz içinə ömürlük sürgün edilmiş Şair və İnsandır. ...Vaqif Səmədoğlu XX əsrin ikinci yarısında Azərbaycanın ictimai-fikir tarixini, mədəniyyətini yaradanlardan, sovet ideologiyasının hakim olduğu dövrdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə ədəbi yüksəkliyə qalxaraq, Azərbaycan oxucusunu başqa, onunçün özgə, yeni bir aləmə - Totalitar Şüuru alt-üst edən Poeziya Aləminə aparan və öz iç mübarizəsində İstiqlalını, müstəqilliyini qazanan birincilərdəndir".

Çox görmüşəm ki, Vaqif Səmədoğlu şeirini bəyənməyənləri "niyə?" - deyərək suala tutanda, onun Vaqifi heç vaxt bir əməlli-başlı mütaliə etmədiyi üzə çıxmışdır (amma nədənsə şeirdən-şairdən söz düşəndə hamı onun barəsində "nəsə" söyləmək istəyir). Vaqifin bir şeir toplusunu oxumağa imkan tapanların isə xoş bir heyrət içində olduqlarını, o gündən onun heyranına çevrildiklərini az görmədim. Bizlər kimi Nüşabə xanım da Vaqif Səmədoğlu şeirinin çox zamanlar üçün yaşarı qalacağına inanır. Nüşabə xanım hələ on il öncə yazmışdı:

"İllər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, zövqlər öz rəngarəngliyini saxlayacaq. İnsanların mənəvi tələbatı artacaq. O öz daxili aləmini zənginləşdirmək üçün bu və ya hansısa sənətkarın yaradıcılığına, onun yaratdığı aləmə müraciət edəcək. Və mən əminəm ki, gələcəyin insanının seçdiyi, sevdiyi aləmlər içərisində bütün zamanların tələblərinə cavab verən, həmişə müasir qalan Vaqif Səmədoğlu Dünyası əvəzsiz olacaq...".

Nüşabə xanımın gəldiyi və bizim də çoxdan bəri bölüşdüyümüz bu fikirlə yəqin hər kəs razılaşar ki, Vaqif Səmədoğlu tək öz zamanını yaratmadı, öz şeirləri ilə zamanı qabaqlamağı da bacardı. Onu fərqləndirən və hələ çox yaşadacaq özəllik də, bizcə, məhz bu idi. "Şair və Zaman" isə bunun hesabatıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İslam, yoxsa faşizm ölkəsi?

Bölmənin digər xəbərləri
 
Nazir çəkilən filmlərin keyfiyyətindən narazıdır
Film çəkilişlərinə dövlət ildə 6 milyon manat ayırır

Fransada "Kabusun gözüylə" filminin təqdimatı keçirilib
Ekran işi iki ölkənin müştərək layihəsidir

İki film bərpa edilib
Bu il Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin 90 illik yubileyidir.

Fatimə İstanbulda rəqs edəcək
İyunun 21-22-də İstanbulda Avropa Mədəniyyət Şirkəti tərəfindən möhtəşəm konsert proqramı təşkil ediləcək.

"Yatmış gözəl" premyeraya hazırlaşır
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında B.Marvinin məşhur "Yatmış gözəl" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Çinarə Şirinova opera sənəti festivalında
TÜRKSOY xətti ilə Türkiyədə hər il Beynəlxalq opera sənəti festivalı keçirilir.

Zəlimxan Yaqubun kitabının audio versiyası
Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun "Əbədiyyət dastanı" kitabının audio versiyası hazırlanır.

Niyazinin fotoları aşkarlanıb
Onlar filmfonda hədiyyə edilib

Oqtay Mirqasımov: "Özəl filmlər zövqümə cavab vermir"
Amma kütləyə qarşı da çıxa bilmir

Dəryadan bir damla
Azərbaycan şairləri Pakistanda ingiliscə təqdim olunub

Bakının baş rəssamının Gəncə sərgisi
Paytaxtın baş rəssamı Cavanşir Əliyevin Gəncə şəhərində ilk sərgisi açılmışdır.

Səbinə Vahabzadə: "Bu, çox çətin, eyni zamanda maraqlı bir iş idi"
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktrisası, yeddi ildir bu sənət ocağında çalışan Səbinə Vahabzadə

Möhsün Sənani - 110
Onu xatırlayanlar üçün

Üzeyir Hacıbəyli: açılmamış səhifələr
Tədqiqatçı-alim, professor Şirməmməd Hüseynov "Üzeyir Hacıbəyli: nəşrlərdən kənara qoyulmuş, ixtisar və redaktə edilmiş nəşrləri" adında bir kitab tərtib etmiş və bu kitabın təqdimat mərasimi keçirilmişdir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər