Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Xəzərdə çimmək olar?
Xəzərdə çimmək olar?
Hələlik 3 çimərlik qorxuludur
Şənbə, 19.06.2010

Aynurə mətn ölçüsü  

Xəzərin mavi suları yaxında olsa da, keçən il ölkə vətəndaşı çimərliklərə ayaq basmağa qorxurdu. Sularda bağırsaq çöplərinin normadan yüksək olması barədə danışılırdı. Bəs bu il?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dənizin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini keçirir. Nazirlik tərəfindən modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə çirklənmənin qarşısı mikrobioloji baxımdan alınıb. Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 16 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Bu qurğular ABŞ, Almaniya, Türkiyə, Fransa, İtaliya, Tayvandda istehsal olunsa da, Türkiyədə komplektləşdirilib.

Bu gün Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Lakin bu qurğuların olmadığı məntəqələrdə ötən il olduğu kimi, Səbail rayonunun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.

2010-cu il may-iyun aylarında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticəsini diqqətinizə təqdim edirik. Abşeron yarımadasında yerləşən çimərliklərin dəniz suyu üzərində aparılmış laboratoriya təhlillərinin orta göstəriciləri belədir:

1. Sumqayıt - Sumqayıt çimərliyi çirkli

2. Binəqədi - Novxanı çimərliyi normal

3. Sabunçu - Pirşağı çimərliyi normal 4. Sabunçu - Nardaran çimərliyi normal

5. Sabunçu - Bilgəh çimərliyi normal

6. Zaqulba - normal

7. Buzovna - normal

8. Mərdəkan - normal

9. Şüvəlan - normal

10.Suraxanı - Hövsan çimərliyi normal

11. Səbail - Şıx çimərliyi çirkli

12.Qaradağ - Sahil çimərliyi çirkli

Bakı şəhər Sanitar-Epidemiologiya və Gigiyena Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə də qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. ETSN və Bakı şəhər Sanitar-Epidemiologiya və Gigiyena Mərkəzi tərəfindən dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatmasını təsdiq edir. Göründüyü kimi, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.

Modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin "Sahil" və "Şıx" çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına inansaq, Azərbaycan Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Amma qəribədir ki, nazirlik daha hansı ölkələrin Xəzəri kanalizasiya suları ilə çirkləndirdiyi barədə məlumat vermir. Yalnız o bildirilir ki, bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi nəticəsində Xəzər akvatoriyasının daha da təmizlənməsinə və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından birdəfəlik çıxarılmasına nail olunacaqdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Çimərliklərimizin çoxu çimməklik deyil

"Yaprak dökümü"nün qəhrəmanı əvvəl imtahan verəcək, sonra evlənəcək

Azərbaycanla Türkiyə razılaşa bilmədi

Rahat çimin!

"Xəzər-Lənkəran" Avstriyaya getdi

Bölmənin digər xəbərləri
 
Dondurmaların keyfiyyəti hədəfdə
Odur ki, ehtiyatlı olun

Elektron dərsliklər məsələsi aktuallaşır
TN bununla bağlı tenderi başa çatdırıb

Köhnəlmiş "İkarus"lara "dərin sevgi"
Ah, bu "antik" macar avtobusları...

Təhsil haqqı necə müəyyənləşdirilir?
İstər özəl, istər dövlət universitetlərində təhsil haqlarının müəyyənləşdirilməsi prosesi universitetlərin daxili qərarları əsasında həyata keçirilir.

Lənkəranda 469 işsiz var...
Dövlətdən maaş alanların 45 faizi müəllim işləyir

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq
Tələbə-Məzun elektron sistemi yaradılacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər