Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq
 |
Tələbə-Məzun elektron sistemi yaradılacaq
Şənbə, 19.06.2010
|
|
Tezliklə Tələbə-Məzun elektron sistemi yaradılacaq. Bu, "Təhsil haqqında" qanunun tələblərindən biridir. Hər il ali məktəblərə qəbul olunan tələbələr barədə məlumatlar həmin sistemdə yerləşdiriləcək. 4 il sonra yalnız adı həmin sistemdə qeydiyyatda olan tələbələrə diplom veriləcək. Universitetlərin tələbə heyəti barədə Tələbə-Məzun elektron sisteminə məlumatları vaxtında daxil etməyən ali məktəblər və onların vəzifəli şəxsləri cərimələnəcəklər. Belə ki, bu məlumatları gecikdirən vəzifəli şəxslər 200-300 manat, hüquqi şəxslər 3000 manata qədər cərimələnəcək. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur.
Tələbə-Məzun elektron sisteminin əsas hədəflərindən biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarından kənar yollarla tələbə qəbulunun qarşısını almaqdır. Ötən illərin təcrübəsində belə hallara rast gəlindiyi bəlli məsələdir. Bir çox hallarda qanunsuz köçürmələrin müşahidə olunması sirr deyil. Bunun nəticəsində birinci kursa qəbul olan tələbələrin sayı ilə 4 ildən sonra 4-cü kursu bitirən tələbələrin sayı arasında fərq yaranır. Bunu aradan qaldırmaq üçün yeni elektron sistem yaradılacaq.
Testdənkənar yollarla ali məktəblərə qəbul olunan tələbələr ciddi problemlərlə üzləşir. Xüsusilə də Beynəlxalq Universitetə bu yolla qəbul olub, diplom ala bilməyən xeyli sayda tələbə var. Onlar 4 il müddətində təhsil alıb və təhsil haqqı ödəyiblər. Azərbaycan İslam Universitetində bənzər faktlar mövcuddur.
Sözsüz ki, Təhsil Nazirliyi testdənkənar yolla ali məktəblərə qəbul olan tələbələrə diplom verməməkdə haqlıdır. Amma müxtəlif yollarla tələbə adı qazanıb təhsil haqqı ödəyən və diplom ala bilməyən tələbələr və onların valideynləri aldanıblar. Mütəxəssislər deyir ki, Tələbə-Məzun elektron sistemi yaradıldıqdan və İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə Milli Məclis tərəfindən qəbul edildikdən sonra problemin həllində önəmli addım atılmış olacaq. Artıq tərəflərin hər biri məsuliyyətini hiss edəcək və aldanmayacaq. Sistem vasitəsilə tələbənin həqiqətən hansısa təhsil müəssisəsində oxuduğu və bitirdikdən sonra diplom alıb-almayacağı məlum olacaq.
|
|
|
Oxşar xəbərlər:
Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq
Mənsum İbrahimovun tələbələri konsert verəcək
Tarix müəllimi tarixi təhrif edib
Qumda "tələbələr" necə yetişdirilir
"Tələbə maklerləri"nin işi
|
|
|