Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Lənkəranda 469 işsiz var...
Lənkəranda 469 işsiz var...
Dövlətdən maaş alanların 45 faizi müəllim işləyir
Şənbə, 19.06.2010

Xaqani Səfəroğlu mətn ölçüsü  

Bu gün gənclər yaşadığı bölgəni tərk edərək iş dalınca paytaxt Bakıya üz tutur. Ekspertlərin fikrincə, paytaxtdakı sıxlıq gec-tez öz fəsadlarını verəcək. Çıxış yolu regionlarda əhalinin məşğulluq məsələsinin optimal həllindədir.

Lənkəranda son illərdəki quruculuq işləri əhalini iş yerləri ilə təmin etmək üçün zəmin yaratsa da, işsizlik problemi qalır. "Ayna"nın bu məqsədlə apardığı araşdırmada rayondakı işsizlik problemi və yeni iş yerlərinin yaradılması məsələsində maraqlı məqamları ortaya çıxardı.

Lənkəran Statistika İdarəsinin rəisi Vaqif Mustafayevin "Ayna"ya verdiyi rəqəmlərə görə, 2010-cu ilin birinci rübü ərzində Lənkəran rayonunda iqtisadi fəal əhalinin sayı 2000-ci illə müqayisədə 2955 nəfər artaraq 95250 nəfər olub. Onların da 94781 nəfərini məşğul olanlar, 469 nəfərini işsiz əhali təşkil edir. 2010-cu ilin birinci rübündə rayonda 292 yeni iş yeri açılıb. Bunlardan da 211-i daimidir. Daimi iş yerlərinin 200-ü və ya 94,8 faizi fiziki şəxslərdə açılıb.

Bu ilin birinci rübündə istehsal sahələrində 59679 nəfər və ya məşğul əhalinin 63 faizi qədər işçi çalışıb. Xidmət sahəsində çalışanlar məşğul əhalinin 37 faizini təşkil edib. Muzdla işləyən işçilərin 45 faizi təhsildə, 15,6 faizi səhiyyədə olub. Məşğulluq xidməti tərəfindən rəsmi işsiz statusu verilmiş şəxslərin sayı aprel ayının əvvəlinə 469 nəfər olub. Onların 21 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinət alanların sayı 44 nəfər olub.

Rayon Məşğulluq Mərkəzindən isə bildirdilər ki, hazırda ən çox tələb olunan peşə iqtisadçı peşəsidir. Bununla yanaşı, tələb olunan işçinin kompüteri bilmə bacarığının olması vacib tələbə çevrilib.

Rayonda iş axtaranlar arasında gənclər üstünlük təşkil edir. Amma "peşəniz?" sualı onların əksəriyyətində iş tapmaq cəhdində problemlər yaradır.

REKLAM

Qəribədir ki, ali təhsillilər arasında hüquqşünaslar "n" qədərdir.

"Bizə müraciət edən ali təhsillilərin əksəriyyəti humanitar fənləri bitirənlərdir. Onların arasında isə hüquq ixtisasını bitirənlər çoxluq təşkil edir. Son zamanlar isə yeni bir sahəni - gömrük işini bitirənlərin sayı artıb. Onlar bizə iş üçün müraciət etsələr də, biz onları işlə təmin edə bilmirik"- Məşğulluq Mərkəzi əməkdaşının fikrincə, hüquq ixtisası bitirmiş gənclərin bu qədər çox olması onlar üçün problem yaradır.

Digər tərəfdən, son illərin yeniliyi olan kompüter də iş axtaranlar üçün yeni problemə çevrilib. Belə ki, iş üçün müraciət edən gənclərin kompüter bacarıqları çox aşağıdır və yaxud yoxdur. Halbuki işçi axtaran şirkət və ya idarə kompüter bacarığını əsas şərt kimi qoyur.

Təklif olunan iş yerlərində əməkhaqları elə də yüksək deyil. Məşğulluq Mərkəzinə işçi üçün müraciət edən idarələrdə əməkhaqları müxtəlifdir.

Məsələn, təhsil işçiləri üçün təklif olunan əməkhaqqı 50-200 manat arası dəyişir. Xəstəxanalarda isə əməkhaqqı 70-100 manat civarında olur.

Əgər 11 gün ərzində müraciət edən vətəndaşa uyğun iş tapmaq olmursa, ona rəsmən işsiz statusu verilir.

Gənclər işləmək istəyirlər, amma...

Sonra yerli gənclərlə söhbət etmək fikrinə düşdük. Əksəriyyət işsizlikdən şikayətləndi.

Əli - neft mühəndisidir. İşsizdir. Onun sözlərinə görə, Neft Akademiyasını bitirib və hərbi xidmətdə olub. Qayıdandan sonra iş axtarsa da, ixtisasına uyğun iş tapa bilməyib.

Talıb isə uzaq Rusiyada ticarətlə məşğuldur. İqtisad Universitetini bitirən Talıb bir müddət özəl bankların birində çalışıb. Amma əməkhaqqının aşağı olması ucbatından işdən çıxıb.

"Mənim rus bazarında ayda qazandığım bu iş yerində aldığımdan on dəfə çoxdur. Burda işləmək sərf eləmir" - Talıbın fikrincə, indi yaxşı qazanclı yer ya polisdə, ya da neft sektorundadır.

Ramin isə əksinə, işə düzələ bilib. Amma Bakıda. Bankların birində kredit mütəxəssisi kimi çalışan Raminin sözlərinə görə, Lənkəranda bir qədər bank filiallarında işləsə də, maaşı yaxşı olmayıb. "Amma Bakıda işlərim pis getmir", - deyə bildirir.

Elnur isə Lənkəranda açılacaq turizm müəsissələrində xidmət sektorunda işə düzələcəyini gözləyir. O artıq icra hakimiyyətinin himayəsi altında açılmış kursu da bitirib. "Bizi istirahət mərkəzlərində işlə təmin edəcəklərinə söz veriblər. Gözləyirik".

Vidadi isə yeni açılmış süd zavodunda işə düzəlmək üçün sənədlərini hazırlayır. Onu işə götürəcəklərini vəd ediblər. Uzun illər Rusiyada ticarətlə məşğul olan ali təhsilli Camal da yeni açılmış aeroportda işə düzəlib.

Ali təhsilli müəllim olan İlham isə iş tapa bilmir. Ona təklif olunan yerlərdə isə əməkhaqqı aşağı olduğundan işdən imtina edib. "Dağ kəndlərinə niyə getmirsiniz?" sualına kinayəli şəkildə gülümsəyən İlham "oranın şəraiti ağırdır. Heç bir şərait yoxdur. Cavan vaxtımı orda çürüdən deyiləm ki", - deyə cavab verir.

Statistika İdarəsindən verilən rəqəmlərə görə, son on il ərzində (2000-2009) muzdla işləyənlərin orta aylıq əməkhaqqı 7,8 dəfə artaraq 189 manat təşkil edib. Bu isə 2009-cu illə müqayisədə 12,5 faiz artım deməkdir.

Ötən il isə rayonda 1181 yeni iş yeri açılıb ki, bunun 807-si daimi olub. Bu iş yerlərinin 87 faizi fiziki şəxslərdə açılıb.

Hər halda, bu cənub şəhərində yeni iş yerlərinin açılacağına və bunun yalnız kağız üzərində qalmayacağına inananlar çoxdur. Araşdırma bir məsələni də üzə çıxardı: texniki-peşə təhsili sisteminin dağılması gənclərin peşələrə yiyələnmə imkanlarını heçə endirmişdir.

...Bölgədə işsizlik özü ilə bərabər, sosial və ictimai bəlalar daşıyıb gətirir. Məsələn, narkomaniya fəsadı...


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Dondurmaların keyfiyyəti hədəfdə
Odur ki, ehtiyatlı olun

Elektron dərsliklər məsələsi aktuallaşır
TN bununla bağlı tenderi başa çatdırıb

Köhnəlmiş "İkarus"lara "dərin sevgi"
Ah, bu "antik" macar avtobusları...

Təhsil haqqı necə müəyyənləşdirilir?
İstər özəl, istər dövlət universitetlərində təhsil haqlarının müəyyənləşdirilməsi prosesi universitetlərin daxili qərarları əsasında həyata keçirilir.

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq
Tələbə-Məzun elektron sistemi yaradılacaq

Xəzərdə çimmək olar?
Hələlik 3 çimərlik qorxuludur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər