Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Təhsil haqqı necə müəyyənləşdirilir?
Təhsil haqqı necə müəyyənləşdirilir?
Şənbə, 19.06.2010


Jalə QURBANOVA, Gəncə
mətn ölçüsü  

İstər özəl, istər dövlət universitetlərində təhsil haqlarının müəyyənləşdirilməsi prosesi universitetlərin daxili qərarları əsasında həyata keçirilir. Dövlət universitetlərində xüsusi tənzimləmə metodları olsa da, dövlət universitetlərinə təhsil haqlarının artırılması ilə bağlı tarif şurası qərar qəbul etmək səlahiyyətinə malikdir. Amma reallıq bundan ibarətdir ki, dövlət universitetlərində təhsil haqlarının artırılması ilə bağlı qərarı universitetlərin özləri müəyyənləşdirir.

Bizdə və Avropada

Azərbaycanda fəaliyyət göstərən və tələbələrin daha çox müraciət etdiyi özəl universitetlərdə illik təhsil haqqı 2 min manatdan artıqdır. Nəzərə alsaq ki, may ayı üçün orta aylıq əməkhaqqı 309 manat təşkil edir, onda bu məbləğ orta aylıq əməkhaqqından təxminən 7 dəfə çoxdur. Bu sözləri İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, təhsil haqqının müəyyənləşdirilən yüksək həddi heç də bütün abituriyentlər üçün təhsil almaq imkanı yaratmır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bir sıra Avropa ölkələrində bütövlükdə təhsil haqqı yoxdur. Məsələn, İsveçrədə hətta özəl universitetin fəaliyyət göstərməsi qadağandır. Böyük Britaniya və Fransada təhsil haqları simvolikdir. Birləşmiş Ştatların özəl universitetləri isə tələbələrdən təhsil haqqı almadan onların 3/1-nə, təxminən 30%-dən artığına təqaüd verir.

Vüqar Bayramov, iqtisadçı: "Bu gün Azərbaycan universitetlərinin problemi ondan ibarətdir ki, bizneslə işləyə bilmirlər. İşləyə bilmədiklərindən onlar bütün xərcləri məhz təhsil haqları ilə örtməyə çalışırlar. Bu da praktik olaraq mümkün deyil. Əgər özəl universitetlərdə təhsil alan tələbə bir təhsil ilində 3000 manat və ya 3000 avro təhsil haqqı ödəyirsə, bu, İsveçrənin aparıcı universitetlərinin təhsil haqlarından çoxdur. İsveçrə vətəndaşının orta əməkhaqqı Azərbaycan vətəndaşının orta aylıq əməkhaqqından 9 dəfə çoxdur. Bu da sosial baxımdan ədalətli deyil".

Təklif Tarif Şurasında təsdiqlənir

Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədovun izahına görə, tələbələrin təhsil haqları il ərzində 1 tələbə üçün çəkilən xərclər əsasında müəyyənləşir.

REKLAM

Eyni zamanda universiteti saxlamaq üçün sərf olunan xərclər də təhsil haqqının müəyyənləşməsində əsas rol oynayır. Bu baxımdan 1 tələbənin təhsil haqqı hesablanarkən nəzərə alınan amillər arasında bu ikisi əsas kimi götürülür.

Elman Məmmədov deyir: "Hər tələbə üçün təhsil xərci var. Tələbələrin də ödəniş haqqı Tarif Şurası tərəfindən müəyyən olunur. Təhsil haqqı ilə bağlı təhsil naziri bizə məktub göndərir. Orada ixtisasın nüfuzluğu və başqa göstəricilər nəzərə alınmaqla, öz təklifimizi hazırlamaq təklif olunur. Təkliflər də sonradan, belə hesab edirəm ki, Tarif Şurasında təsdiq olunur. Adətən biz təklifimizi veririk. Ola bilər bizim təklifimiz qəbul olunmasın".

Tələbələrin təhsil haqları ilə bağlı fikirləri, demək olar ki, eynidir. Fikrini öyrəndiyimiz tələbələr özəl universitetlərin bəzilərindəki yaxşı oxuyan tələbələrə xüsusi güzəştlərin dövlət universitetlərində də nəzərə alınmasını istəyirlər. Onlar hətta bu sistemin oxumaq üçün stimul olacağını da deyirlər.

Özəl universitet tələbəsi olan Fariz Əhmədov oxuduğu ali təhsil ocağına ödədiyi təhsil haqqı müqabilində yaxşı savad aldığını bildirdi. Aysel Səfərova isə dövlət universitetinin tələbəsi kimi fikrini bildirərək dedi ki, "yaxşı olardı universitetə ödədiyimiz pulların müqabilində heç olmasa oxuduqlarımızı əyani görmək üçün şərait yaradılsın. Oxuduğumuz yalnız nəzəri bilik alaraq qalır. Hazırda iş tapmağın çətin olmasının əsas səbəbi odur ki, hara gedilsə təcrübə istəyirlər. Təcrübəni harada öyrənək?".

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan universitetlərinin xarici universitetlərdən fərqi bizimkilərin birbaşa təhsil haqlarından asılı olmasıdır. Universitetdə təhsil haqları müəyyənləşdirilən zaman bütün xərclər nəzərə alınır. Vüqar Bayramov ali təhsil ocaqlarının təhsil haqlarını aşağı müəyyənləşdirməsi və savadlı tələbələrə təqaüd ayıra bilmələri üçün başqa gəlir mənbələrinə malik olmasının vacibliyini söyləyir:

"Digər mühüm problem budur ki, tələbə universitetə qəbul olunan zaman ödədiyi təhsil haqqı ilə onun yuxarı kurslarda ödədiyi təhsil haqqı arasında fərq olur. Halbuki tələbə universitetə daxil olduğu zaman ödədiyi təhsil haqqı heç bir halda artırıla bilməz. Tarif Şurası və digər dövlət qurumlarının bu məsələyə müdaxiləsinə ehtiyac var. Təəssüf ki, bu gün özəl və dövlət universitetlərində tətbiq edilən qaydalar tələbələrə imkan vermir ki, universitetə daxil olan zaman 4 il ərzində onun ödəyəcəyi təhsil haqqını müəyyən edə bilsin".

Müsahibimizin bildirdiyinə körə, Azərbaycanda fəaliyyət göstərən 2 özəl universitet tələbə ilə bağladığı müqavilədə tələbənin təhsil aldığı il ərzində təhsil haqqının 10-20% artacağını qeyd edir. Universitetlərin maliyyə durumu məhz onların müəyyənləşdirdiyi təhsil haqlarından asılıdır. Misal üçün, Amerika prezidentlərinin son 6-dan 4-nün məzun olduğu Yel Universitetində təhsil alan tələbələrin 45%-i təhsil haqqından azaddır. Bununla yanaşı, tələbələr həmin universitetdə təqaüd alır. Yel Universitetinin bütövlükdə gəlirlərinin 7% təhsil haqları ilə formalaşıb. Digər gəlirlər universitetin buraxdığı nəşrlərlə, eyni zamanda tibbi xidmət göstərməsi ilə əldə olunur.

Yeni qanunda məsələnin qoyuluşu

MM elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə deyir ki, ali təhsil haqqında hazırlanan yeni qanun layihəsində adıçəkilən məsələ ilə bağlı bənd var. Lakin ilkin variantı hazır olan layihə ətrafında hələ komitədə müzakirə aparılmayıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!

Bakı İslam Universiteti lisenziya aldı

İnternetə qoşulan məktəblərin sayı 500-ə çatacaq

Yarım milyon türk balası birinci sinfə gedir

Bölmənin digər xəbərləri
 
Dondurmaların keyfiyyəti hədəfdə
Odur ki, ehtiyatlı olun

Elektron dərsliklər məsələsi aktuallaşır
TN bununla bağlı tenderi başa çatdırıb

Köhnəlmiş "İkarus"lara "dərin sevgi"
Ah, bu "antik" macar avtobusları...

Lənkəranda 469 işsiz var...
Dövlətdən maaş alanların 45 faizi müəllim işləyir

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq
Tələbə-Məzun elektron sistemi yaradılacaq

Xəzərdə çimmək olar?
Hələlik 3 çimərlik qorxuludur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər