Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Köhnəlmiş "İkarus"lara "dərin sevgi"
Köhnəlmiş "İkarus"lara "dərin sevgi"
Ah, bu "antik" macar avtobusları...
Şənbə, 19.06.2010

X.Səfərov mətn ölçüsü  

Lənkəranda şəhərlərarası avtobus xidmətinin yenidən təşkilinə ehtiyac var. Bakı-Lənkəran, Bakı-Astara marşrutları üzrə işləyən "İkarus" tipli avtobusların istismar müddəti çoxdan bitsə də, onlar yenə də xəttə buraxılır. Halbuki tam yararsızdırlar.

Sovetlər dönəmində rahat və müasir sayılan "İkarus" avtobuslarını sosialist Macarıstanı istehsal edirdi. Bu avtobuslar təkcə SSRİ-yə deyil, digər sosialist düşərgəsi ölkələrinə də göndərilirdi. "İkarus"lar Azərbaycana o vaxtlar gəlmişdi.

Şərqi Avropada "sosialist düşərgəsi" kimi "İkarus"lar çoxdan tarixin arxivinə təhvil verilib. Fəqət Azərbaycanda "İkarus"lara "məhəbbət" qalır. Ölkədaxili bəzi marşrut xətlərində qalmaqda olan "İkarus"larda sərnişinlərin rahatlığı üçün heç bir şərait yoxdur. Salonlarda kondisioner işləmir və avtobuslara sürücülər özbaşına "əlavələr" ediblər.

Məsələn, bu günlərdə Bakıdan qayıdan zaman əyləşdiyim avtobusun bütün pəncərələri bağlı idi. Salona isə yük vurmaq üçün uzun-uzun taxçalar bərkidilmiş, pəncərələri açmaq üçün heç bir şans qoymamışdılar. Salon istidən od tutub yanırdı. Oturacaqların əksəriyyətinin üzü cırılmış, onların karkası kobud qaynaq vasitəsilə yenidən birləşdirilmişdi.

Avtobusun niyə bu kökdə olması ilə maraqlandıqda sürücü "maşın köhnədir, maya qoyub təzədən yığdırmışam" cavabını verdi. Cənub bölgəsindən Bakı istiqamətinə hərəkət edən "İkarus"ların hamısı bu gündədir. Sərnişinlər məcbur qalıb bu avtobuslara əyləşməli olurlar.

Bakıya gedən Elşad bizimlə söhbətdə bildirdi ki, işi ilə əlaqədar tez-tez paytaxta getməli olur. Dəfələrlə "İkarus"ların yolda sınıb qaldığının şahidi olub. Digər həmsöhbətim İmrana isə köhnə "İkarus"a minmək baha başa gəlib.

REKLAM

Bakıdan qayıdarkən "İkarus"un mühərrikinin xarab olması ucbatından onlar bütün gecəni Salyanla Biləsuvar arasındakı boş çöllükdə keçirməli olublar.

"Ondan sonra bu avtobuslara minmirəm. Ən yaxşısı Bakıya "xaltura" edən minik avtomobilləridir. Üç saata Bakıya çatdırır", - deyə həmsöhbətim bildirir.

Maşınların köhnə olması səbəbindən sürücülər onu çox ehtiyatla sürməyə məcburdurlar. Nəticədə adamlar mənzil başına xeyli gec çatırlar.

Maraqlıdır ki, sərnişinlərin təhlükəsizliyinə heç bir təminat verməyən bu avtobuslar çox rahatlıqla Bakı Avtovağzalına reys üçün xəttə qəbul edilir. Bu zaman avtobusun texniki göstəriciləri, istismara yararlılıq müddəti qətiyyən nəzərə alınmır.

Lənkəran avtovağzalı rəsmilərindən olan Hicran müəllim "Ayna" ilə söhbətdə bildirdi ki, onların reysə çıxan köhnə "İkarus"ları xətdən çıxarmağa ixtiyarları yoxdur: "Maşınlar Bakıdan göndərilir və biz də onları geriyə göndərməliyik".

Lənkərandan Bakıya müasir tipli, kondisionerli avtobuslar da işləyir. Hicran müəllim deyir: "Amma əksəriyyəti köhnə "İkarus" avtobuslarıdır. Bu avtobuslarla reysləri biz ləğv edə bilmərik, bu, gərək Nəqliyyat Nazirliyi tərəfindən ləğv edilsin". Avtovağzal rəsmisi əlavə edir ki, bu avtobuslarda təhlükəsizliyə avtobus sürücüləri cavabdehlik daşıyır.

Maşın yiyələri yeni maşın almaq istəmirlər və buna onları vadar edən ciddi səbəblər var. Bizimlə söhbətdə adının çəkilməsini istəməyən şirkət rəhbərlərindən biri qeyd etdi ki, yeni maşın almaq indi sərfəli deyil.

"Mənim iki yeni, hər cür şəraiti olan xarici avtobusum var. Amma onları reysə çıxarmaq mənə sərf etmir. Çünki avtobuslara sərnişin minmir".

Bunun səbəbini o, avtovağzalda fəaliyyət göstərən kiçik tutumlu "Qazel" və "Ford" markalı mikroavtobuslarda görür. Sərnişinlər çox vaxt sürətli hərəkət edən bu mikroavtobuslara üstünlük verirlər. Həmsöhbətim bunu qəribə də olsa adamların hövsələsizliyi ilə bağlayır.

"Adamlar hövsələsiz olublar. Mənzil başına tez çatmaq istəyirlər. Böyük avtobuslar isə məsafəni qət etmək üçün vaxt tələb edir", - deyə o qeyd edir.

... Hər halda, köhnəlmiş avtobusları yığışdırmağın vaxtı çoxdan ötüb. Çünki nəqliyyat sektorunda sərnişinə xidmət mədəniyyətini yüksəltmək baxımından yeni və müasir avtobuslar gərəkdir.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var

Lənkəranda partiyaların bələdiyyə seçkilərinə marağı azalır

Cənub narkotrafikində hərəkətlilik

"Çay gətir, özü də xoruzquyruğu..."

Məhəlli KİV-lərin dərd-səri Lənkəranda müzakirə olunub

Bölmənin digər xəbərləri
 
Dondurmaların keyfiyyəti hədəfdə
Odur ki, ehtiyatlı olun

Elektron dərsliklər məsələsi aktuallaşır
TN bununla bağlı tenderi başa çatdırıb

Təhsil haqqı necə müəyyənləşdirilir?
İstər özəl, istər dövlət universitetlərində təhsil haqlarının müəyyənləşdirilməsi prosesi universitetlərin daxili qərarları əsasında həyata keçirilir.

Lənkəranda 469 işsiz var...
Dövlətdən maaş alanların 45 faizi müəllim işləyir

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq
Tələbə-Məzun elektron sistemi yaradılacaq

Xəzərdə çimmək olar?
Hələlik 3 çimərlik qorxuludur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər