Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Elektron dərsliklər məsələsi aktuallaşır
Elektron dərsliklər məsələsi aktuallaşır
TN bununla bağlı tenderi başa çatdırıb
Şənbə, 19.06.2010

Aynurə mətn ölçüsü  

Yaxın vaxtlarda ölkədə elektron dərsliklərin tətbiqinə başlana bilər. Bu dərsliklərin əsas istifadəçiləri kompüteri olan şagird və müəllimlər olacaq. Orta məktəb şagirdləri dərslərini təkcə kitablardan deyil, həm də kompüter vasitəsi ilə oxuya biləcəklər. Kompüteri olan həm müəllim, həm də şagird elektron dərsliklərdən istifadə edəcək. Əvvəlcə disk formasında yayılacaq bu dərsliklər, gələcəkdə İnternetə də yerləşdiriləcək.

Təhsil Nazirliyində bununla bağlı tender başa çatıb. Beləliklə, növbəti dərs ilindən orta məktəblərdə elektron dərsliklərin tətbiqi gözlənir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, dərsliklər İntenetdə yerləşdirilə və ya elektron disk şəklində məktəblərə çatdırıla bilər. Yəni bunun müxtəlif formaları var: Amma mən hesab edirəm ki, hələlik tam olaraq İnternetdə yerləşdirilməsinə diqqət yetirilməsi düzgün olmazdı. Çünki bizdə bu İnternetin sürəti ilə bağlı müəyyən problemlər var, həm də bizdə məktəblərin çox az bir hissəsi İnternetə qoşulub".

Mütəxəssislər bildirir ki, bu vəsaitlərin istehsalı kitab çapından iqtisadi baxımdan daha səmərəlidir. Qeyd edək ki, Rusiya, Estoniya və Böyük Britaniyada müəllimlərin özü dərs kitablarını kompüterə köçürürlər. Osman Gündüz hesab edir ki, elektron dərsliklərdən pul qazanmaq da mümkündür. Yaxşı kompüter biliyi olan azərbaycanlı müəllimlər elektron dərs vəsaitləri hazırlamaqla əlavə pul qazana bilərlər.

Mütəxəssislər hesab edir ki, elektron dərsliklərin tətbiqi üçün əvvəlcə iki məsələ həll olunmalıdır. Əvvəla, bu dərsliklər standartlara uyğun gəlməli - yəni istifadə olunan məlumatların dəqiqliyi, təhsil proqramına uyğun gəlməsi, dizayn və texniki məsələlər həll edilməlidir. İkinci iş elektron dərslik bazarının yaranmasıdır. Yəni müəllim və peşəkarlar arasında rəqabət yaranmalı, nəticədə elektron kitablar daha ucuz və keyfiyyətli olmalıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İranın "mütəxəssis ovu"

Bələdiyyələr elektron xəritə istəyir

Köhnə qəzet və jurnalların elektron versiyası hazırlanır

Dubay - İran üçün ötürücü körpü

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq

Bölmənin digər xəbərləri
 
Dondurmaların keyfiyyəti hədəfdə
Odur ki, ehtiyatlı olun

Köhnəlmiş "İkarus"lara "dərin sevgi"
Ah, bu "antik" macar avtobusları...

Təhsil haqqı necə müəyyənləşdirilir?
İstər özəl, istər dövlət universitetlərində təhsil haqlarının müəyyənləşdirilməsi prosesi universitetlərin daxili qərarları əsasında həyata keçirilir.

Lənkəranda 469 işsiz var...
Dövlətdən maaş alanların 45 faizi müəllim işləyir

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq
Tələbə-Məzun elektron sistemi yaradılacaq

Xəzərdə çimmək olar?
Hələlik 3 çimərlik qorxuludur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər