Hal-hazırda Ayna qəzetinin 19.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Dondurmaların keyfiyyəti hədəfdə
Dondurmaların keyfiyyəti hədəfdə
Odur ki, ehtiyatlı olun
Şənbə, 19.06.2010

A.Əhmədova mətn ölçüsü  

Dondurma, sərinləşdirici içkilər bazarı canlanıb. Yay mövsümünü dondurmasız təsəvvür etmək mümkün deyil. Yaşından asılı olmayaraq, dondurma hamı üçün xoşdur. Mağazalarda, küçələrdə soyuducu aparatlarda dondurma və sərinləşdirici içkilər satılır. İstənilən çeşiddə, çəkidə və təbii ki, qiymətdə dondurma istehlakçıların ixtiyarındadır. Ən ucuz dondurma 20 qəpikdir. Bahalısına gəldikdə, bu məsələ hər bir şəxsin maliyyə imkanlarına bağlıdır. Lap 10-15 manata da dondurma almaq olar. Sözsüz ki, dondurmaların qiymətləri ilə dadları arasında bir bağlılıq var.

Yeri gəlmişkən, satışda Türkiyə, Rusiya ilə yanaşı, Azərbaycan istehsalı olan dondurmalar da az deyil. Arayış: dondurma süd, qaymaq, meyvə-giləmeyvə, müxtəlif dad və ətir verən maddələr və sabitləşdiricilərin qarışdırılıb çalınması ilə hazırlanır. 50-dən çox çeşiddə dondurma istehsal edilir. Əsas dondurma növlərinə südlü, qaymaqlı, plombir və ətirli dondurmalar aiddir. Süd əsasında hazırlandığından tərkibində süd yağı (çeşidindən asılı olaraq 2,8 faizdən 15 faizə qədər), zülallar, şəkər (14 faizdən 16 faizə kimi, bəzi çeşidində isə 28 faizə qədər) mineral maddələr, vitaminlər var. Dondurma istehsalında əsasən süd və süd məhsullarından, şəkər və şəkərli maddələrdən, yumurta, kərə yağından, bal, sukat, kişmiş, dad və ətirverici maddələrdən - qəhvə, kakao, ədviyyalar və ətirli cövhərlər, yeyinti boyalarından istifadə edilir.

Gəldik əsas məsələyə - keyfiyyətə və bu məhsulun saxlanmasına. Keyfiyyət böyük əhəmiyyət kəsb edir.

REKLAM

Xamanın tərkibi ancaq qaymaq və mayadan ibarət olmalı olduğu halda, bəzi istehsalçılar ona soya yağı və nişasta da qatırlar. Əsasən süd məhsulundan hazırlanan bu dadlı nemətin isti havada tez xarab olaraq sağlamlığa təhlükə yaratması şübhəsizdir. Qeyd edək ki, dondurmalar 200 S-də 3 aya qədər saxlanılır. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə 120 S-dən yüksək olmayan temperaturda 5 gün saxlamaq olar.

Yeri gəlmişkən, İİN dondurmalarla bağlı monitorinqlərində keyfiyyətsiz məhsullar aşkarlayaraq satışdan çıxarıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yay mövsümündə istehlakçıların tələbatı artdıqca dondurma və sərinləşdirici içki istehsalının da artdığını dedi:

"Hər iki məhsul Nazirlər Kabinetinin qərarına əsasən, məcburi şəkildə sertifikatlaşdırılmalı olan məhsullar sırasına daxildir. İnsan sağlamlığı, ətraf mühitin qorunması məqsədi ilə həmin məhsulların təhlükəsizliyi ilk növbədə dövlət orqanlarını düşündürür".

Öyrəndik ki, komitə təkcə may ərzində Bakıda dondurma istehsal edən 7 sexdə yoxlama aparıb. Monitorinq nəticəsində fiziki şəxslərə məxsus 3 müəssisədə nöqsanlar aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün müəssisələrə iradnamə və tələbnamə verilərək, məhsulun istehsalı dayandırılıb.

Komitə rəsmisi nöqsanların əsasən sertifikatsız məhsul istehsalı ilə bağlı olduğunu dedi:

"Məhsullardan nümunələr götürülərək komitənin təcrübə-sınaq mərkəzinin laboratoriyasına təqdim edilib. Analizlər müsbət çıxıb, yəni keyfiyyətində, təhlükəsizliyində problem olan dondurma müəyyən edilməyib. Məhsul istehsalı müvəqqəti dayandırılan həmin müəssisələr uyğunluq sertifikatı əldə etmək üçün artıq komitəyə müraciət ediblər. Hazırda sənədlər üzərində yoxlama işləri aparılır.

Fazil Talıblının dediklərindən məlum oldu ki, istehlak bazarında sertifikatsız idxal olunan külli miqdarda dondurma məhsulları mövcuddur. Komitə yalnız Türkiyədən idxal olunan "Alqida" əmtəə nişanlı dondurmalara sertifikat verib. Digər idxal dondurmalarının isə Azərbaycanda satışı qadağandır. Amma sirr deyil ki, satışda Türkiyənin müxtəlif firmalarına aid dondurmalar satılır. Komitə bunu qeyri-qanuni sayır: "Vətəndaşlar bilməlidirlər ki, sertifikatsız məhsul alarkən öz həyatlarını təhlükə altına atmış olurlar".

SN Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma istehsalında sanitariya qaydalarına riayət olunub-olunmadığını araşdırır. Mərkəzin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirdi ki, satışda olan dondurmaların laborator tədqiqatlarına başlanılıb. Süd və yağ əsaslı dondurmalar əsasən daha tez xarab olurlar. İstehsal müəssisələrində də müəyyən nöqsanlar aşkar olunur. Kiçik sexlər əsasən açıq şəkildə dondurma istehsal edir. Bununla yanaşı, açıqda olan vafli stəkanlarda istehsal olunan dondurmalar da mövcuddur. Belə dondurmaların çirklənmə riski böyükdür. Amma plastik qablarda, germetik üsulla qablaşdırılma zamanı dondurmaların keyfiyyəti və çirklənmə riski yoxdur. 41 adda dondurma nümunəsindən götürülən yoxlamaların nəticəsində 17 nümunədə bakterioloji çirklənmə aşkarlanıb".

Dondurma kütləsi açıq halda satılırsa, onlar mütləq çirklənməyə məruz qalır. Səhiyyə Nazirliyi tərəfindən icazə verilən polietilen maddələrlə örtülü satış zamanı onların çirklənmə riski olmur. İ.Abdullayev: "Dondurmalar südlü, yağlı, qaymaqlı, eyni zamanda meyvə əsaslı olmalıdır. Burada müxtəlif meyvə aromatlarından da istifadə oluna bilər. Belə dondurmaların saxlanma müddəti də fərqlidir. Dondurmanın uzun müddət saxlanılması üçün mənfi 25 dərəcə tələb olunur. Amma qısa müddət saxlamaq üçün mənfi 10-12 dərəcə lazım gəlir. Lakin satışda belə dondurmalar ən aşağı - mənfi 4-5 dərəcədə az müddətdə saxlanılmalıdır. Ümumiyyətlə, növündən asılı olmayaraq, dondurmalar mənfi 25 dərəcə altında bir aydan çox saxlanılmamalıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov alıcılara dondurma alarkən diqqətli olmağı məsləhət görür:

"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ekspertizalar aparmır. İstehlakçılar hər il eyni problemlərlə üzləşir. Ona görə də vəziyyət hələ də acınacaqlı olaraq qalmaqdadır. Dondurmaları əridib mağazalara gətirdikdən sonra yenidən dondururlar. Bu azmış kimi, məhsulun tərkibinə müxtəlif qatqılar əlavə edilir ki, bu da acılıq hissi yaradır. Açıq dondurma satışına, ümumiyyətlə, icazə vermək olmaz. Çünki bu dondurmanın saxlanma şəraiti barədə istehlakçıda heç bir məlumat olmur. Dondurmanın tərkibi dəqiq yazılmalıdır. Orada istehsalçı şirkətin ünvanı, telefonu göstərilməlidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hədəfdə kolbasa, sosiska, duz, yumurta və çörək!

Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın

"AQO" monitorinq qrupu Bakıya gəlir

Bayram vaxtı diqqətli olun

Bölmənin digər xəbərləri
 
Elektron dərsliklər məsələsi aktuallaşır
TN bununla bağlı tenderi başa çatdırıb

Köhnəlmiş "İkarus"lara "dərin sevgi"
Ah, bu "antik" macar avtobusları...

Təhsil haqqı necə müəyyənləşdirilir?
İstər özəl, istər dövlət universitetlərində təhsil haqlarının müəyyənləşdirilməsi prosesi universitetlərin daxili qərarları əsasında həyata keçirilir.

Lənkəranda 469 işsiz var...
Dövlətdən maaş alanların 45 faizi müəllim işləyir

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq
Tələbə-Məzun elektron sistemi yaradılacaq

Xəzərdə çimmək olar?
Hələlik 3 çimərlik qorxuludur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər