Hal-hazırda Ayna qəzetinin 12.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Demokratikləşmə yolunda bəhanə gətirməyin
Demokratikləşmə yolunda bəhanə gətirməyin
Bilgə Cankorel: "Elə öhdəliklər var ki, onların icra edilmədiyi izah olunmalıdır"
Şənbə, 12.06.2010

İ.Telmanoğlu mətn ölçüsü  

ATƏT Bakı ofisinin rəhbəri Bilgə Cankorel dünən ölkə prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində ATƏT-in Azərbaycandakı fəaliyyətinə həsr olunmuş məsələlərlə bağlı çıxış edib. "Turan"ın məlumatına görə, təşkilatın tarixi və prioritetləri barədə danışan diplomat deyib ki, Bakıda missiyanın əsas məqsədi Azərbaycanın qəbul etdiyi bütün öhdəlikləri yerinə yetirməsinə, qanunun aliliyinin irəliləməsində, demokratik normaların möhkəmləndirilməsində hakimiyyətə və vətəndaş cəmiyyətinə yardım göstərməkdir.

Təşkilata üzvlük ölkənin siyasi iradəsinin ifadəsi və ATƏT-in prioritetlərinə riayət etməklə bağlı könüllü öhdəliklərin təzahürüdür, - deyə Cankorel deyib. O, Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın forma və metodlarından, təşkilatın prioritetlərinin irəliləməsinə yardım tədbirlərindən danışıb. Əsasən bu, monitorinq və məhkəmə proseslərinin qiymətləndirilməsidir.

Cankorel bütün səviyyələrdə - icra, qanunverici və məhkəmə səviyyələrində qanunun aliliyinin təminatının vacibliyini qeyd edib. Bunlar olmadan demokratik dəyərlərin təminatı mümkün deyil. Buna nail olmaq üçün ATƏT siyasi dialoqlar, treninqlər, dəyirmi masalar təşkil edir.

"Biz noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində bu işə xüsusi önəm veririk. Toplaşma və fikir azadlığının təminatı, seçki komissiyalarnın formalaşması və onların sədrlərinin təyinatı, şikayətlərə baxılması xüsusi önəm kəsb edir", - deyə diplomat vurğulayıb.

Söz və fikir azadlığının təminatı, informasiya və telekanallara çıxış xüsusi əhəmiyyət daşıyır. Bundan ötrü KİV, dövlət müəssisələrinin mətbuat xidmətləri ilə iş aparılır.

Azərbaycanda demokratiyanın vəziyyəti və beynəlxalq təşkilatların ədalətli tənqidi barədə sualın cavabında Cankorel deyib ki, bu cür qiymətlər ATƏT və Avropa Şurası üzvünə tələblərə uyğun olaraq verilir.

"Bu, Azərbaycanın könüllü seçimidir və bu, dövlət quruluşunun real modelidir ki, ona əməl etmək lazımdır. Əməldə isə bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları daxil olmaqla, mövcud norma və qərarların yerinə yetirilməsi ilə bağlı öhdəlik deməkdir", - deyə diplomat vurğulayıb.

"Biz başa düşürük ki, Azərbaycan gənc dövlətdir və müəyyən şeylərə nail olmaq üçün zaman lazımdır, lakin bəzi öhdəliklərin yerinə yetirilmədiyinin səbəblərini açıqlamaq çətindir. Siyasi sabitlik və iqtisadi inkişaf dövlət üçün vahid tələblər deyil. Beynəlxalq birlik hesab etmir ki, demokratiyanın pozulmasına və ya ölkənin öhdəliklərini yerinə yetirməməsinə bəraət qazandırmaq üçün Qarabağ münaqişəsindən istifadə oluna bilər",- deyə diplomat vurğulayıb.

Sonra əlavə edib ki, demokratik ölkə beynəlxalq arenada daha böyük nüfuza malikdir və onun mövqeyi Qarabağ da daxil olmaqla, münaqişələrin həllində daha cəlbedici olacaq.

Cankorel jurnalistlərlə söhbətində Yeni Azərbaycan Partiyasından olan deputatların Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanunvericilik təşəbbüsü ilə çıxış etmələrinə də münasibət bildirib. Sözügedən düzəlişlərin mahiyyəti seçki kampaniyasının 75 gündən 60 günə, seçkiqabağı təşviqat dövrünün isə 28 gündən 23 günə qədər azaldılmasından ibarətdir.

Daha bir düzəliş seçki kampaniyasının həyata keçirilməsi üçün deputatlığa namizədlərə dövlət büdcəsindən vəsait ayrılması qaydasının ləğvini nəzərdə tutur. Artıq qanun layihəsi parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təqdir edilib və baxılması üçün Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilib.

Cankorel bildirir ki, bu sənədi Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə müzakirə edəcək.

"Təklif edilən düzəlişlərin səbəbini başa düşmədim. Qarşıdakı günlərdə bu məsələ ilə bağlı müzakirələr aparacağıq. Biz namizədlər üçün böyük imkanlar yaradılmasının tərəfdarıyıq. Məhdudlaşdırıcı və narahatlığa səbəb olan yenilikləri dəstəkləmirik. Biz imkanların bütün maraqlı tərəfləri qane edəcək şəkildə genişləndirilməsinin tərəfdarıyıq", - deyə o bildirib.

ATƏT-in hakimiyyət və müxalifətlə sıx əməkdaşlığı ilə ədalətli seçkilər üçün daha ümidverici şərait yaradılacağına ümid etdiyini bildirib.

2008-ci ilin yayında Azərbaycan hakimiyyəti SM-də seçki kampaniyasının müddətini 120 gündən 75 günə qədər azaldıb. Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Dünya İran rəhbərliyinə qarşı
Əhmədinejad ölkəsini iflas və təcridə gətirib çıxardı

Geyts qayıtdı, Klintonu gözləyək
Müdafiə nazirinin Bakı səfərinə sözardı

Bolqarıstan Bakı - Ceyhan kəmərinin alternativindən imtina etdi
Bu qərar layihənin ekoloji təhlükəsizliyinə dair şübhələrlə əsaslandırılır

NATO ilə bağlı prioritetlər dəyişib?
Milli Təhlükəsizlik Konsepsiyasının Hərbi Doktrinaya salınmayan mühüm müddəaları

Eldar Sabiroğlu: "Sənədin üzərinə kölgə salmaq düzgün deyil"
MN Hərbi Doktrinanı müdafiə edir

Diplomatların futbol mərci
"Sem dayı"nın papağını kim başına qoyacaq?

"Şərq Tərəfdaşlığı" çərçivəsində texniki görüşlər başlanıb
İyunun 21-də alt komitənin növbəti iclası olacaq

Müxalifət icazəsiz mitinq keçirəcək
Hakim partiya isə aksiyanın qətiyyətlə dağıdılmasına çağırır

Fransalı senator Beyləqanda
Natali Quli xocavəndli məcburi köçkünlərlə görüşüb

Putin və Fiyon Qarabağdan danışıblar
Fransada səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin həmkarı Fransua Fiyonla görüşüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər