Brilyant Dadaşova: "Seda Sayan görün nə qədər pul qazanıb ki?.."
 |
Bizimkilər isə az gəlirlə ayaq üstə güclə dayanırlar
Şənbə, 12.06.2010
|
|
İddia edilir ki, son illər Azərbaycan şou-biznesində irəliləyiş var. Avropa ilə, Türkiyə ilə ayaqlaşmasalar da, bir qədər yaxınlaşdıqlarını deyirlər. Xalq artisti Brilyant Dadaşova həm yerli, həm də Türkiyə şou-biznesində olduğundan onun müşahidələrini və bu iddianın nə dərəcədə gerçək olduğunu öyrənməyə çalışdıq.
- Mən yeniliyi sənət adamının geyimlərində, klip çəkdirməyində görmürəm. Yenilik musiqidə, ərsəyə gələn mahnının aranjimanında olmalıdır. Hərdən yeni adda mahnılar eşidirəm və bu mənə köhnə musiqiləri xatırladır. Bu təkrarçılıqları mən yenilik olaraq qəbul etmirəm.
- Neçə il öncə konsert rəqabətləri başlamışdı. Bir sənətçi 2 günlük konsert verəndə, başqa biri bu rəqəmi 3-ə, 4-ə qaldırırdı. Hətta 6-7 günlə sarayın səhnəsində konsert "rekord"ları vuranlar oldu. Son müşahidələrimizdə isə sükut var. Konsertlər tükənir, hətta süjetli yeni klipləri belə efirdə az-az görürük.
- Sənətə gələnlərin çoxu şou-biznesin nə olduğunu bilmədikləri üçün özlərini təkrarlamaqla təsdiqləmək istəyirlər. Vaxtilə biz sarayda konsert proqramları təqdim etməyə başladıq və bir müddət sonra konsertlər dəbə düşdü. Hətta belə bir fikir yaranmışdı ki, sənətçinin özünütəsdiqi konsertlərin sayına bağlıdır. Beləliklə, sənətçilər arasında konsert rekordçuluğu rəqabəti başladı. Biri dedi "lap 88 gün konsert verə bilərəm". Özlərini, qeyd etdiyim kimi, müğənni olaraq təsdiqləmək istəyirdilər.
Amma bir müddət sonra anladılar ki, bunun heç bir önəmi yoxdur. Sənətçinin karyerasında konsert gündəmi ən uzağı ay yarım təyin edə bilər. Yəni onun haqqında danışacaqlar, qəzetlər və saytlar yazacaq və s. Əslində isə sənətçiyə kütlə arasında tələbat varsa, konserti qonorar xatirinə verir. Onu sevən tamaşaçı istər-istəməz konsertə pul xərcləyir. Doğrudur, mən də konsert üçün pul xərcləmişəm ki, şəhərdə reklam lövhələri vurulsun və s. Amma xatırlaya bilmirəm ki, dəvətnamə ilə 2000 seyrçini saraya toplayım. Onsuz da televiziyalarda mənim musiqili çıxışlarım olur, xalq konsertlərində təmənnasız oxuyuram. Bilet almağa maddi imkanı olmayanlar məni belə də dinləyə bilirlər. Mən konsertlərimi heç vaxt rekord iddiası ilə təqdim etmədim. Tamaşaçı məni dinləmək üçün kassaya üz tutub, biləndə ki, konsertə hələ bir neçə gün qalmış bütün biletlər satılıb, onda məcbur olub yalnız bir gün artırmışıq.
Mən bütün konsertlərdən pul qazanmışam. Sizin bir az əvvəl dediyiniz konsertlərdə isə yalnız pul xərclənib. Çünki dinləyici konsertə gəlmək üçün bilet almır, ona dəvətnamə verilir, reklama, dekorasiyaya, zalın icarəsinə pul xərclənir. Buna böyük məbləğdə pul tələb olunur. Bu işi də sponsorlar həyata keçirir. Amma çoxgünlük konsertləri fonoqrama ilə 10 gün, lap bir ay da yola vermək olar. Canlı ifaya potensial bir və ya iki gün yetə bilər. Fonoqram ilə nə qədər istəyirsən konsert ver, atlan-düş... Dünya böhran dönəmini yaşadığı üçün indi "çoxgünlük" konsertlər müşkülə düşüb. Çox müğənnilər efirdə gizlətmir ki, konsertə külli miqdarda pulu gedib. Amma axı o, konsertindən pul qazanmalıdır. Bütün dünyada bu belədir.
- Onların əsas gəlir mənbəyi toylardır. Bir günlük toydan 10 min manat götürən sənətçilər var. Amma bu qonorarın qarşılığında maraqlı bir yaradıcılıq işi ortaya qoya bilmirlər.
- Yetimin Allahı yoxdur? Nə yaxşı ki, bizdə xalq məclisləri, yəni toylar var. Əslində isə müğənni pulu çəkildiyi reklamdan, televiziya proqramından, konsertlər, disklərin satışından qazanmalıdır...
|
|
|
Oxşar xəbərlər:
Ölkə dəmir yoluna milyardlar yatırılacaq
Ölkə dəmiryoluna milyardlar yatırılacaq
Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib
Könül Kərimova Brilyant Dadaşovadan keçə bilməyib
Milli komandada yeni baş məşqçi
|
|
|