Hal-hazırda Ayna qəzetinin 12.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Şimal bölgəsində çoxlu Rusiya vətəndaşı yaşayır
Şimal bölgəsində çoxlu Rusiya vətəndaşı yaşayır
Onların problemi qanuni həllini tapacaq
Şənbə, 12.06.2010

Eldəniz mətn ölçüsü  

Dünən Dövlət Miqrasiya Xidmətinin (DMX) Xaçmaz Regional İdarəsi fəaliyyətə başlayıb. Xaçmaz şəhərində inşa edilən yeni inzibati binanın açılış mərasimində DMX rəisi Arzu Rəhimov, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev şimal bölgəsində Regional Miqrasiya İdarəsinin fəaliyyətə başlaması və burada əməkdaşlar üçün normal iş şəraitinin yaradılması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirib.

DMX-nin dörd regional idarəsinin - Bakı, Şirvan, Yevlax və Lənkəran regional idarələrinin artıq işə başladığını nəzərə çatdıran Arzu Rəhimov Xaçmazdan sonra digər regionlarda da idarə və qanunsuz miqrantların saxlanma mərkəzlərinin tikinti işlərinin intensiv davam etdiriləcəyini bildirib.

Arzu Rəhimov müraciət edənlərin rahatlığının təmin edilməsi, onların regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmət fəaliyyətinin genişləndirilməsi məqsədilə qurumun regional idarələrinin təşkilinin səmərə verdiyini vurğulayıb. Daha sonra mərasim iştirakçıları Xaçmaz Regional Miqrasiya İdarəsinin müasir avadanlıqlarla təchiz olunan yeni ikimərtəbəli binasına baxış keçirib.

Açılış mərasimi ərəfəsində jurnalistlərin suallarını cavablandıran A.Rəhimov Azərbaycanın şimal bölgəsində çoxlu sayda Rusiya vətəndaşının yaşadığını vurğulayıb:

"Uzun müddətdir, ölkənin şimal bölgəsində çoxlu sayda Rusiya vətəndaşı yaşayır. Onların bir qismi əmək fəaliyyəti, bir qismi isə yaşamaq üçün Azərbaycana gəlib".

Xidmət rəisi əsas məqsədin həmin insanların Azərbaycan Respublikasının qanunlarına riayət etməsini, ölkəmizdə fəaliyyət göstərmək üçün müvafiq icazə almasını təmin etmək olduğunu bildirib: "Xaçmaz Regional Miqrasiya İdarəsinin fəaliyyətə başlaması ilə bu məsələ qanuni həllini tapacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan - Rusiya sərhədində atışma

Nabranda yeni kurort mərkəzi inşa olunacaq

Bölmənin digər xəbərləri
 
Daşqın bölgəsində gözümüzlə gördüklərimiz
Hökumət sel basmış kəndlərdə işə başlamağa tələsmir

QHT-lər hökumətin maliyyə yükünü azalda bilər
Bunun üçün sosial sifariş kifayətdir

Yuvenal ədliyyə məsələsi hələ də havadan asılı
Baxmayaraq ki, təcrübə var, komanda toplanıb

"Euro-2" standartı əlçatmaz olub
Avtomobillərin 68,4 faizi buna cavab vermir

Dondurma alarkən diqqətli olun
"Bakılı qız" plombirləri satışdan yığışdırılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər