Hal-hazırda Ayna qəzetinin 12.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Dondurma alarkən diqqətli olun
"Bakılı qız" plombirləri satışdan yığışdırılıb
Şənbə, 12.06.2010


İLKİN
mətn ölçüsü  

İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində dondurmaların keyfiyyətinə nəzarət məqsədilə monitorinqlər keçirir. Monitorinqlər zamanı etiketində AZS 228-2006 standartının tələblərinə uyğun istehsal edilmiş "İceland" əmtəə nişanlı "Bakılı qız" adlı plombir dondurmaların saxlama müddətinin bir il göstərildiyi aşkar edilib.

Dövlət Xidmətinin həmin dondurmaların istehsalçısı "Camal Ltd" şirkətində apardığı yoxlama zamanı AZS 228-2006-nın tələblərinə əsasən, reseptura olmadan istehsal edilən dondurmaların maksimal saxlanma müddətinin 1 ay olmasına baxmayaraq, müəssisənin "İceland" əmtəə nişanlı südlü, qaymaqlı və plombir dondurmalarının etiketlərində saxlama müddətinin 12 ay göstərildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, müəssisənin anbarında olan və yararlılıq müddəti normativ sənədlərlə müqayisədə artıq göstərilmiş 3,9 ton dondurmanın satışının dayandırılması və ticarət şəbəkələrinə paylanmış dondurmaların geri yığılması barədə müəssisəyə icrası məcburi göstəriş verilib, məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Bundan başqa, "Camal Ltd"də üzərində saxlama müddəti normativ sənədlərdə nəzərdə tutulmuş müddətlərdən artıq göstərilmiş 193 ədəd dondurma etiketi və 431 kq bükülmə materialları aşkar edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin materiallar istifadədən çıxarılıb, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb. Dövlət Xidməti araşdırmalarını davam etdirir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Daşqın bölgəsində gözümüzlə gördüklərimiz
Hökumət sel basmış kəndlərdə işə başlamağa tələsmir

QHT-lər hökumətin maliyyə yükünü azalda bilər
Bunun üçün sosial sifariş kifayətdir

Yuvenal ədliyyə məsələsi hələ də havadan asılı
Baxmayaraq ki, təcrübə var, komanda toplanıb

"Euro-2" standartı əlçatmaz olub
Avtomobillərin 68,4 faizi buna cavab vermir

Şimal bölgəsində çoxlu Rusiya vətəndaşı yaşayır
Onların problemi qanuni həllini tapacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər