Hal-hazırda Ayna qəzetinin 12.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Yuvenal ədliyyə məsələsi hələ də havadan asılı
Yuvenal ədliyyə məsələsi hələ də havadan asılı
Baxmayaraq ki, təcrübə var, komanda toplanıb
Şənbə, 12.06.2010

A.Əhmədova mətn ölçüsü  

Hüquq pozuntusuna yol verən uşaqlarla rəftar necə olsun? Bəziləri sərt cəza, digərləri bağışlanma tərəfdarıdır. Sərt cəza tərəfdarları uşaqların gələcəkdə bir daha belə hallara yol verməyəcəyi qənaətindədir. Uşaqların reabilitasiyaya ehtiyacı olduğunu irəli sürənlər onların hüquq pozuntusuna uşaq yaşlarında yol verdiyini əsas gətirərək, bunu düşünmədən və ehtiyatsızlıqdan etdikləri fikri üzərində dayanırlar.

Şübhəsiz, uşaqların kiçik yaşlardan ağır cəzalara məruz qalması onların sonrakı həyatında təsirsiz ötüşmür. Məhz bu baxımdan keçən yüzildən bəri uşaqlar üçün ayrıca məhkəmə sisteminin formalaşdırılma prosesinə başlanıb. On ildir bu məsələ ölkəmizdə də aktualdır.

2005-ci ildə Uşaq Hüquqları üzrə QHT Alyansı BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etdiyi alternativ hesabatında bu sahənin araşdırıldığını vurğulamışdı. Komitə öz növbəsində Azərbaycan hökumətinə bu sahəyə diqqət ayırmağı tövsiyə etmişdi.

Hökumət "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu istiqamətində addımlar atsa da, konkret işlərdən danışmaq hələ tezdir. Uşaq Hüquqları üzrə QHT Alyansı isə qanunun qəbulu üçün baza rolunu oynayacaq iki maraqlı layihəyə imza atıb.

Bu barədə Uşaq Hüquqları Klinikasının rəhbəri, Ədliyyə Nazirliyi yanında Penitensiar Müəssisələrə Nəzarət üzrə İctimai Komitənin üzvü Nazir Quliyevin şərhi:

- Pilot proqramların özəyi Uşaq Hüquqları Klinikası, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin yaradılmasıdır. 2007-ci ildən fəaliyyət göstərən mərkəzə icra hakimiyyətləri yanındakı müvafiq komissiyalar və məhkəmələrdən uşaqlar göndərilir. Yəni bu təşkilatlar dövlət orqanlarını tərəfdaş kimi qəbul edirlər. Çünki işimizin səmərəsi gözlə görünür. Biz təkcə uşağın özü ilə deyil, ailəsi ilə də iş aparırıq. Uşağı hüquq pozuntusuna aparan səbəblər araşdırılır. Hər bir uşaqla bağlı fərdi inkişaf proqramının hazırlanmasında hüquqşünas, psixoloq, sosial işçi və pedaqoq iştirak edir. Uşaq idman tədbirlərinə, musiqiyə, ingilis dili və kompüter kurslarına yönəldilir, mədəniyyət və istirahət mərkəzlərinə gəzintiləri təşkil edilir. Bir sözlə, onların asudə vaxtlarını səmərəli təşkil etməklə, yenidən hüquq pozuntusuna yol verməsinin qarşısı alınır.

REKLAM

Ən əsası uşaqlara elə münasibət göstəririk ki, onlar özlərini cinayətkar, qınaq obyekti kimi hiss etməsinlər.

Hüquq pozuntularına yol verən uşaqlara daha yüngül cəzalar təyin etmək olar. Uşaqları islah etməyin yeganə yolu ağır cəza deyil! Amma məsələ ondadır ki, Azərbaycanda hüquq pozuntusuna yol verən uşaqlar üçün sosial reabilitasiya mərkəzləri yox idi. Bu səbəbdən həmin uşaqların məhkəmədən kənar hansısa alternativ tədbirlərə istiqamətləndirilməsi də mümkünsüz idi. Məsələn, məhkəmə uşağa azadlıqdan mərhum edən cəza vermir və tərbiyəvi xarakterli tədbirlərdə iştiraka yönəldir. Ancaq tərbiyəvi xarakterli tədbirlərin harada icraolunma məsələsi açıqdır.

Fikrimcə, mərkəzin və klinikanın işi gələcəkdə "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu üçün əla baza yaradır. Məsələn, "Məişət zorakılığı haqqında" qanun qəbul edildi. Azərbaycanda cinsi və fiziki zorakılığa məruz qalan uşaqların reabilitasiya mərkəzi yoxdur. Sözügedən qanunun qəbulundan sonra bu işlərin görülməsi vaxt aparacaq. Ancaq 2007-ci ildən bəri fəaliyyət göstərən klinika və mərkəzdə artıq böyük təcrübə əldə edilib, komanda toplanıb. Yəni qanun qəbul edildikdən sonra nə etmək lazımdır? sualı ətrafında çox fikirləşmək lazım gəlməyəcək.

- Qanunun tezliklə qəbulu üçün zəmin varmı?

- Beynəlxalq və yerli səviyyədə aparılan müzakirələr, hökumət və Milli Məclisdəki görüşlər bizə bu qanunun tezliklə qəbuluna ümid yaradır. Qanun layihəsindəki bir sıra texniki məsələnin həll yolları üçün bir neçə variantlar təklif edilir. Məsələ ondadır ki, hər rayonda yuvenal məhkəmələrin yaradılmasında çətinlik ola bilər. Biz isə təklif edirik ki, hər rayonda deyil, 10-12 rayonu əhatə edəcək regional məhkəmələr yaradıla bilər. Digər variant da mövcuddur. Ayrıca yuvenal məhkəmələr deyil, yuvenal hakimlər hazırlansın. İxtisaslaşmış vəkillər həm xərcləri azaltmağa və həm də prosesləri sürətləndirməyə imkan verər. Beləliklə, daha az xərclə ölkədə yuvenal ədliyyənin başlanmasına nail olmaq mümkündür.

Günün problemlərindən biri də odur ki, hüquq pozuntusuna yol verən uşaqların hüquqları vəkillər tərəfindən lazımınca müdafiə olunmur. Vəkillərin sayı azdır, peşəkarlığı yüksək səviyyədə deyil. Ən əsası ixtisaslaşmış vəkillər yoxdur. Bu da hüquq pozuntusuna yol verən uşaqların məhkəmədə hüquqlarının etibarlı və səmərəli formada müdafiəsini əngəlləyir. Biz hüquq pozuntusuna yol verən uşaqlarla ünsiyyətdəyik. Mərkəz və klinikanın işində qazandığınız təcrübəyə əsaslanaraq qanunun tətbiqi ilə bağlı ortaya çıxacaq fəsadlarla bağlı təklif və tövsiyələr hazırlamışıq.

Qanunun qəbulundan danışırıqsa, müxtəlif normativ hüquqi aktlara dəyişikliklər edilməsini də nəzərə almalıyıq. Biz hazırda uşaqlarla bağlı qanun və məcəllələlərin üzərində iş aparırıq. 50-yə yaxın təklif və tövsiyə hazırlamışıq. "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu işin bir hissəsidir. Qanun qəbul ediləndən sonra orada durğunluq, prosesi ləngidən fəsadlar ümumi işlərə zərbə vura bilər. Klinika və mərkəzin təcrübəsinə əsasən hesab edirəm ki, qanunun qəbulundan sonra biz yalnız nəticələrlə mübarizə aparmamalıyıq. Eyni zamanda risk qrupları ilə iş aparılmalıdır. Onda hüquq pozuntusuna yol verən uşaqların sayı azalar. Bu zaman psixoloji iş böyük önəm kəsb edər. Hesab edirəm ki, ailələrdə və məktəblərdə psixoloji fəaliyyəti gücləndirməyə ehtiyac var. Hüquq pozuntusuna yol verən, intihar edən uşaqların sayında artım müşahidə edilməsi bu qənaətimdə haqlı olduğumu üzə çıxarır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Daşqın bölgəsində gözümüzlə gördüklərimiz
Hökumət sel basmış kəndlərdə işə başlamağa tələsmir

QHT-lər hökumətin maliyyə yükünü azalda bilər
Bunun üçün sosial sifariş kifayətdir

"Euro-2" standartı əlçatmaz olub
Avtomobillərin 68,4 faizi buna cavab vermir

Dondurma alarkən diqqətli olun
"Bakılı qız" plombirləri satışdan yığışdırılıb

Şimal bölgəsində çoxlu Rusiya vətəndaşı yaşayır
Onların problemi qanuni həllini tapacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər