Hal-hazırda Ayna qəzetinin 12.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
QHT-lər hökumətin maliyyə yükünü azalda bilər
QHT-lər hökumətin maliyyə yükünü azalda bilər
Bunun üçün sosial sifariş kifayətdir
Şənbə, 12.06.2010

Aynurə Əhmədova mətn ölçüsü  

Sağlamlıq imkanları məhdud, küçələrə düşən, qanunla ziddiyyəti olan, çətin şəraitdə, problemli ailələrdə yaşayan uşaqların sayında artım müşahidə edilir. Ehtiyacı olanların hamısı dövlət müəssisələrinin xidmətlərindən yararlanma iqtidarında deyillər. Əsasən ona görə ki, bu xidmətlər onların yaşadıqları yerlərin yaxınlığında, icmalarda təklif edilmir. Bəlli olduğu kimi, dövlət qurumlarının bu tip mərkəzləri iri şəhərlərdə, əsasən Bakıda yerləşir. Bölgələrdə, kəndlərdə mərkəzlər yoxdur və yaxud məhdud saydadır. Bu da uşaqların lazımi xidmətlərlə əhatəsini çətinləşdirir.

"Ümidli gələcək" təşkilatının eksperti Dadaş Əhmədovun fikrincə, dövlətin uşaqlara xidmət göstərən mərkəzləri və xidmət sahələrini hər rayonda, bölgədə, ucqar kənddə yaratması maliyyə baxımından çətindir. Həmçinin bu halda belə uşaqlara keyfiyyətli və əhatəli xidmət göstəriləcəyi şübhə altındadır:

"Dövlət hər hansı müəssisə, tutalım, xəstəxana, reabilitasiya mərkəzi inşa edəndə onun regional funksiyasını əsas götürür. Mərkəzin inşası xeyli vəsait tələb etməklə, onun saxlanma xərcləri də böyük olur. Kənddə yaşayanlar hər gün müəyyən məsafə qət edib həmin mərkəzə gedib-gəlməlidirlər. Bu hal böyüyü də, uşağı da yorur. Vaxt və nəqliyyat baxımından əlverişsizdir. Keyfiyyətdə problemlər ortaya çıxır".

Avropa bu problemin həllini hələ ötən əsrin 70-ci illərindən tapıb. Həmin illərdən başlayaraq əhalinin, həmçinin uşaqların sosial xidmətlərlə təmin edilməsində dəyişikliklər olub. Böyük Britaniyada aparılan araşdırmalardan bəlli olub ki, dövlətin uşaqları xidmətlərlə təkbaşına təmin etməsi qeyri-mümkündür. Keyfiyyət aşağı düşür, xərclər də böyüyür.

REKLAM

Ona görə də hökumət öz siyasətində dəyişiklik edib. Beləliklə, hazırda dövlət tərəfindən uşaqlara göstərilən xidmətlər 49-50 faiz arasındadır. Qalan xidmətləri isə QHT-lər, ictimai qurumlar və bəzi hallarda özəl təşkilatlar göstərir. Nəticə isə belədir: dövlətin xərcləri azalıb, hətta əyalətdə yaşayan uşaqlar da müxtəlif xidmətlərlə əhatə olunurlar. Avropa dövlətləri sosial sifarişlərini QHT-lərə həvalə etməklə nailiyyətlər əldə ediblər. Beləliklə, dövlətin maliyyə yükü azalıb.

Neçə illərdir ölkəmizdə Açıq Cəmiyyət İnstitutu, YUNİSEF, ATƏT-in Bakı ofisi, "Uşaqların xilası", "Dünyaya baxış" təşkilatlarının xətti ilə bir çox bölgələrdə uşaqlar üçün reabilitasiya, sosial xidmət mərkəzləri açılıb. Dadaş Əhmədov deyir ki, müxtəlif bölgələrdə, icmalarda yaradılan mərkəzlər kiçik həcmlidir və xidmətlərin çeşidi də böyük deyil. Mərkəzlər əsasən konkret problemlər üzrə çalışırlar. Məsələn, əlilliyi olan, qanunla ziddiyyətdə olan uşaqlar üçün reabilitasiya mərkəzi, Bakıda küçə uşaqları üçün iki reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzlər kiçik olduğundan xərcləri azdır və uşaqları daha yaxşı əhatə etməyə imkan yaradır.

Dövlət sosial sifarişləri yerinə yetirərkən QHT-lərə niyə üstünlük verilməlidir? sualına Dadaş Əhmədov cavab verir:

"Məsələ ondadır ki, onsuz da yerli QHT-lər bir çox xidmətləri göstərirlər. Avadanlıqlarla təhciz edilmiş mərkəzlər və mütəxəssislərimiz var. Beynəlxalq və yerli donorlar həmin mütəxəssislərin hazırlanmasına külli miqdarda maliyyə vəsaiti xərcləyib. Ən əsası QHT-lərin fəaliyyət göstərdiyi ərazidə əhali, ailə və uşaqlarla sıx əlaqəsi mövcuddur. Onlar arasında işbirliyi yaranıb, əhali bu təşkilatlara, orada çalışanlara inanır. Onların xidmətlərindən bəhrələnir. Dövlət qurumları QHT-lərə üstünlük verərsə, büdcədə qənaət etmiş olar".

Ekspertin dediklərindən bəlli oldu ki, hökumət sosial sifarişləri özü icra etməyə çalışarsa, çox iş görməli və çox pul xərcləməli olacaq. Hər bir işə sıfırdan başlamaq lazım gələcək. Sözsüz, vaxt və keyfiyyət baxımından uduzmaq deməkdir. QHT-lər isə hazır məhsullarını ortaya qoyurlar. Sadəcə, dövlət tərəfindən dəstək olarsa, onların xidmətlərində keyfiyyəti daha da yüksəltmək mümkün olar. Dövlət öz büdcəsindən QHT-lərə müəyyən məbləğdə vəsait ayırır ki, sosial sifarişlər icra edilsin. QHT-lər də sosial sifarişləri yerinə yetirərkən dövlətlə yanaşı, digər yollarla maliyyə vəsaitləri cəlb edirlər ki, bu da dövlət büdcəsinə qənaətdir.

Dövlət Avropa ölkələrində olduğu kimi, nəzarət, monitorinq qiymətləndirmə funksiyası vasitəsilə xidmətlərin keyfiyyətlərinə nəzarət edə bilər. Nazirliklər bu alətlər vasitəsilə QHT-lər tərəfindən göstərilən xidmətlərin çeşidini və keyfiyyətini qiymətləndirə bilərlər. Məsələn, əlilliyi olan insanlara xidmət üçün 10-15 mərkəz ola bilər. Dövlət sosial sifarişlər verəndə onlar arasında rəqabət artacaq. Rəqabət mühiti isə keyfiyyətin yüksəlməsi üçün zəmin yaradacaq.

Ekspertin fikrincə, QHT-lər tərəfindən sosial və digər xidmətlərin göstərilməsi üçün hökumət müvafiq siyasətinə dəyişiklik etməlidir. Onun dediklərindən aydın oldu ki, bu istiqamətdə artıq bir sıra addımlar atılıb. Məsələn, QHT-lərə Dəstək Konsepsiyası var. QHT-lərə Yardım Şurası yaradılıb. Gənclər və idman və digər nazirliklərin xətti ilə müxtəlif problemlərin həllinə QHT-lərin cəlbedilmə halları vardır. Əlbəttə, bu işi daha da genişləndirmək lazımdır.

Deməli, QHT-lərin sosial xidmətlər təcrübəsi mövcuddur. Sadəcə, mexanizmlərin Azərbaycana uyğunlaşdırılması üçün iş aparılmalıdır. Öyrəndik ki, Uşaq Hüquqları üzrə QHT Alyansı bununla bağlı beynəlxalq təcrübəni öyrənib və təkliflər paketi hazırlayıb. Sosial sifariş mexanizmlərinin tərtibi, QHT - hökumət əməkdaşlığının qurulması üçün "Sosial sifariş haqqında" qanunun qəbulu və ya Ailə Məcəlləsində, "QHT-lər haqqında" qanuna müvafiq dəyişikliklər, təkmilləşdirmə zərurəti var. Dövlətin sosial sifarişi qanunla yanaşı, nazirliklərin daxili təlimatı vasitəsilə və digər sənədlərlə də tənzimlənə bilər.

Alyans öz tərəfdaşları və müxtəlif qurumların köməyi ilə iyunda "QHT-hökumət əməkdaşlığı - sosial sifarişə aparan yol" devizi ilə konfrans keçirməyi planlaşdırır. Dadaş Əhmədov deyir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT Forumu, YUNİSEF, "Uşaqların xilası" Təşkilatı, Açıq Cəmiyyət Yardım Fondu ilə sıx koalisiya quraraq dövlət QHT əməkdaşlığı, hökumət tərəfindən QHT-lərə sosial sifarişin təmini mexanizmlərinin hazırlanaraq qəbul edilməsi üçün ictimai vəkillik proqramlarının tərtib edilməsi görülməli işlər siyahısındadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ən yaxşı işləyən Azərbaycan hökumətidir

Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır

Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?

Hamının istəyi xoş qarşılanıb, bizdən başqa

Keçmiş AzTV-çilər qeyri-hökumət təşkilatı yaradıblar

Bölmənin digər xəbərləri
 
Daşqın bölgəsində gözümüzlə gördüklərimiz
Hökumət sel basmış kəndlərdə işə başlamağa tələsmir

Yuvenal ədliyyə məsələsi hələ də havadan asılı
Baxmayaraq ki, təcrübə var, komanda toplanıb

"Euro-2" standartı əlçatmaz olub
Avtomobillərin 68,4 faizi buna cavab vermir

Dondurma alarkən diqqətli olun
"Bakılı qız" plombirləri satışdan yığışdırılıb

Şimal bölgəsində çoxlu Rusiya vətəndaşı yaşayır
Onların problemi qanuni həllini tapacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər