İranın Qərb dünyası ilə ticarətində yaranmış boşluğu digər böyük iqtisadiyyatlar tutmağa çalışırlar. İran KİV-in məlumatında bildirilib ki, İrana Braziliyadan 250 nəfərlik işgüzar heyət də gəlib. İran Ticarətinin İnkişafı Təşkilatı sədrinin müavini Keyamərs Fətulla Kirmanşahinin sözlərinə görə, hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edir, ancaq bu rəqəmi 10 milyard dollara çatdırmaq mümkündür.
F.Kirmanşahi İran prezidenti Mahmud Əhmədinejadın Braziliyaya ötənilki səfərini xatırladaraq deyib ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqəsi inkişaf etməkdədir. O, bu əməkdaşlığın daha da inkişafı və bu istiqamətdə əlaqələrin genişlənməsinə mane olan amillərin aradan qaldırılması məqsədi ilə təmsil etdiyi qurumda Braziliya bölməsinin yaranacağını deyir.
|