Hal-hazırda Ayna qəzetinin 05.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
"Rosoboroneksport" sanksiyadan yaxa qurtardı
"Rosoboroneksport" sanksiyadan yaxa qurtardı
Ruslar İranın atom-nüvə proqramı ilə bunun əlaqəsi olmadığını deyirlər
Şənbə, 05.06.2010

S.Sədrəddin mətn ölçüsü  

Rusiyanın İranla hərbi məzmunlu əməkdaşlığı bu ölkənin Qərblə münasibətlərində çoxgedişli kombinasiyalara bənzəməkdədir. Bir müddət öncə Kreml elan etmişdi ki, İrana S-300 tipli raket qurğusu göndərməyəcək. Neçə illərdir Rusiya Buşəhr Atom Elektrik Stansiyasındakı işləri başa çatıdıra "bilmir", bu layihə ətrafında Moskvadan ziddiyyətli bəyanatlar bir-birini əvəz edir. Buşəhr AES-in ümumiyyətlə fəaliyyətə başlayacağı böyük bir şübhə altındadır. Və RF-nin bu davrınışı Qərb tərəfindən birdən-birə mükafatlandırılır...

Rusiyanın "Rosoboroneksport", Tulanın cihazqayırma zavodu, Moskva Aviasiya İnstitutu (MAİ), D.İ. Mendeleyev adına Rusiya Kimya-texnologiya Universitetinə ABŞ-ın qoyuduğu sanksiyanın birtərəfli qaydada ləğvi buna örnək göstərilir. Halbuki

Rusiyanın bu qurumlarına qarşı yasaqlar çeşidli dövrlərdə onların İran, Şimali Koreya və Suriya ilə əməkdaşlığına görə (onların kütləvi qırğın silahı proqramlarına yardıma görə) tətbiq olunmuşdu.

MAİ və Mendeleyev adına universitet isə yanvarın 8-i 1999-cu ildə, Tuladakı cihazqayırma zavodu aprelin 29-u 1999-cu ildə, "Rosoboroneksport" oktyabrın 23-ü 2008-ci ildə ABŞ-ın sanksiyası ilə üzləşmişdi.

Sanksiyanın ləğvi ilə bağlı Ağ Ev bu günlərdə verdiyi açıqlamada bildirib ki, bu qurumlarla əməkdaşlıq "ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti ilə bağlı maraqlarına cavab verir". Bu qərar isə mayın 21-dən etibarən qüvvəyə minib.

Ötən gün Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib ki, sanksiyanın götürülməsi Rusiya-ABŞ əlaqələrinin inkişafı buaxımından çox yaxşı haldır, ancaq federasiyanın İrana münasibəti ilə bunun heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, İran prezidenti Əhmədinejad Rusiyanı Tehran hakimiyyətinə sanksiya tətbiqi planını dəstəklədiyi üçün kəskin tənqid edərək bildirmişdi: "Mən Rusiya hakimiyyətinin yerinə olsa idim, bir az ehtiyatlı mövqe tutardım". Rıbakov bu məsələyə də münasibət bildirərək, deyib ki, ölkəsinin İranın atom-nüvə proqramına münasibəti dəyişməyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əhmədinijat uçan kəpənəyi tuta bilmədi

Tehran-Moskva raket bazarlığı

İrana qarşı sanksiya bazarlığı

Bölmənin digər xəbərləri
 
Boşluğu Braziliya doldurmaq istəyir
İranın bu ölkə ilə ticarət dövriyyəsi 10 dəfə artırılacaq

Gürcüstan-Rusiya: geriyə qayıdışmı?
Bu planın əsas tərkib hissəsi - mədəniyyət və iqtisadiyyatdır

Əbdülmalik Rigi edam edildi
İran etnik və məzhəb problemləri yaşayır

Millət vəkili Ziyad Səmədzadə: "Maaşlar onsuz da artırılacaq"
Günün əsas məsələsi isə - təbii fəlakətin vurduğu ziyandır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər