Hal-hazırda Ayna qəzetinin 05.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Doha forumu bizim heyət üçün səmərəli keçib
Doha forumu bizim heyət üçün səmərəli keçib
Forum beynəlxalq dialoqa həsr olunmuşdu
Şənbə, 05.06.2010

mətn ölçüsü  

Qətərin paytaxtı Dohada sayca 10-cu forum Azərbaycan heyəti üçün səmərəli və məhsuldar sayıla bilər. Heyətin üzvü, millət vəkili Qənirə Paşayevaya istinadən forum çərçivəsində bir sıra vacib görüşlər keçirilmiş, önəm daşıyan məsələlərə dair Azərbaycanın mövqeyi sərgilənmişdir.

Bildirildiyi kimi, forum bu ölkənin Xarici İşlər Nazirliyi, Qətər Universiteti və Qətərin İş Adamları Birliyinin təşkilatçılığı ilə keçirilirdi. Beynəlxalq dialoqa həsr olunmuş bu forumda siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlıq ruhunun perspektivinə dair fikir mübadiləsi aparılırdı. Alınan bilgilərə görə, bizim heyət Avropa Parlamentinin vitse-prezidenti Rodi Kratsia ilə görüşdə isə Dağlıq Qarabağ münaqişəsi, Avropa Parlamentinin bir neçə gün əvvəl bu istiqamətdə qəbul etdiyi qərar ətrafında müzakirələr aparılıb. Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına, öz evlərinə dönmələri istiqamətində təşkilatın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində səylərini daha da artıracağını gözləyirlər.

Macarıstanın baş naziri Qordon Baynai ilə görüşdə baş nazir öz ölkəsinin Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini və iki ölkə arasında əməkdaşlığın getdikcə daha da artmasının önəmindən danışıb.

Azərbaycan heyətinin ABŞ konqresmenləri Brayn Braid və Linkoln Davis ilə görüşdə də Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. Qənirə Paşayeva ATƏT Minsk Qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsində Birləşmiş Ştatların Ermənistana təzyiqlər göstərməsinin vacibliyini vurğulayıb və onlardan ədalətin dəstəklənməsində səylərini artırmaları xahiş olunmuşdur. Onlara Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlər barədə daha geniş məlumatlar verilib və materiallar təqdim edilib.

CAR sosial inkişaf naziri İh Meyer, Somalinin naziri Abdi Raşhid Mohamed Abdi ilə görüş zamanı onlara Azərbaycanla bağlı və Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması, işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktları ilə bağlı ətraflı məlumatlar verilib və beynəlxalq təşkilatlar çərçivəsində bu iki Afrika ölkəsindən dəstək umduqlarını söyləmişlər.

Kanada parlamentinin deputatı Pol Devar, Suriya parlamentinin üzvü Vaha Edin Hasan, Cənubi Koreya parlamentinin üzvü Sond Min-Soon ilə görüş zamanı da Azərbaycan heyəti onlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat vermişlər. Bizim heyət forum çərçivəsində YUNESKO-nun xoşməramlı səfiri xanım İvonne A-Baki, Türkiyə, İtaliya, Mərakeş, Oman, Misir, Qətər, İordaniya da daxil olmaqla bir neçə ölkədən forumda iştirak edən nümayəndələr, beynəlxlaq təşkilatların və media qurumlarının rəsmiləri ilə də görüşlər keçiriblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qarabağla bağlı forum keçirilib

Uşaqların I forumu keçiriləcək

Bakıda Azərbaycan-Rusiya humanitar forumu

ZolotoyVityaz,kinoforum,Azerbaycan

"Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"

Bölmənin digər xəbərləri
 
İsrail dostlarını pis vəziyyətdə qoydu
Və düşmənlərinin əlini gücləndirdi. Yaxın Şərqdə vəziyyət onun ziyanına dəyişdi

Stepan Dəmirçiyan: "Ermənistanda hər tərəf apatiya və depressiya içindədir"
"İqtisadiyyat və sosial sahə uçuruma yuvarlanmaqda davam edir, ölkəni tərk edənlərin sayı azalmaq bilmir"

Hər iki tərəf məmnun
Belarus Azərbaycanın önəmli ticari ortağına çevrilir

Ermənistana casus funksiyası ayrılıb
Amma onlar ikitərəfli casus ola bilirlər

Robert Geyts Bakıya gəlir
İki ölkə arasında saziş imzalanacağı gözlənir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər