Hal-hazırda Ayna qəzetinin 05.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Ölkənin "problemli kreditlər" problemi
Ölkənin "problemli kreditlər" problemi
Bunu hansı yolla qaytarmaq olar?
Şənbə, 05.06.2010

Aynurə Əhmədova mətn ölçüsü  

Apreldə ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 9,3 milyon manat artıb. Mərkəzi Bankın məlumatına görə, bu tarixdə problemli kreditlərin ümumi kreditlərdə payı 4,2% təşkil edir. Cari ilin aprelində vaxtı keçmiş kreditlərin həcmi 2,6% artaraq 365,2 milyon manata çatıb. Mart ayında belə kreditlər 355,9 milyon manat təşkil edirdi.

Açıqlanan rəqəmlərə görə, 2009-cu ilin aprel ayı ilə müqayisədə vaxtı ötmüş kreditlər 2 dəfəyədək artıb. 2010-cu ilin 4 ayı ərzində isə onların həcmi 20% artıb. 2009-cu ilin sonuna bu göstərici 303,5 milyon manata bərabər olub. Mütləq həcm etibarilə artıma baxmayaraq cəmi kreditlərdə payı sabit - 4,2% səviyyəsində qalıb. Problemli kreditlərin 63,5%-i və ya 231,9 milyon manatı milli, 36,5%-i və ya 133,4 milyon manatı xarici valyutaların payına düşüb. Problemli kreditlərdə qısamüddətli kreditlərin payı 47,8%, uzunmüddətli kreditlərin payı 52,2% olub. Bu kreditlərin həcmi müvafiq olaraq 174,7 milyon və 190,5 milyon manat təşkil edib.

Problemli kreditlərin artması bankların borclananlara qarşı sərt addımlar atmasına gətirib çıxarıb. Hazırda bankların pulunu vaxtında qaytarmayanlar bunun ziyanını azı 4-5 il hiss edirlər.

Mudi ekspertlərinin mülahizələri

Mudi beynəlxalq reytinq agentliyinin eksperti Lef Dorf "İnterfaks" agentliyinə müsahibəsində bildirib ki, 2011-ci ildə Azərbaycanın bank sistemində problemli kreditlərin azalması gözlənilir. Böhranın Azərbaycan iqtisadiyyatına təsiri özünü neftin kəskin ucuzlaşmasında göstərib. Ekspertin fikrincə, indi böhranın nəticələri tam aradan qaldırılmasa da, hökumətin antiböhran tədbirləri nəticəsində çətin dövr arxada qalıb.

Azərbaycan tək-tək ölkələrdəndir ki, böhran dövründə valyuta ehtiyatlarını artırmağa nail olub. Böhran ərəfəsində ölkənin ehtiyatları 18 milyard dollar olduğu halda, indi bu rəqəm 22 milyard dollara çatıb. Ancaq böhranın təsiri özünü bank sektorunda hələ bir müddət göstərəcək.

Mudi ekspertlərinin hesablamalarına görə, 2010-cu ilin sonunda Azərbaycanın bank sektorunda problemli borclar ən yüksək həddə çatacaq.

REKLAM

Yalnız 2011-ci ildə problemli borclar azalmağa başlayacaq. Ümumi sabitliyə baxmayaraq, kredit şərtləri ağır olaraq qalır və bu da bankların inkişafına təsir edir, aktivlərin keyfiyyətini pisləşdirir.

Azərbaycanda bankların sayına da toxunan Mudi ekspertlərinin sözlərinə görə, ölkədəki 46 bankdan 20-nin payına ölkənin bank sektorunun bütün aktivlərinin 90 faizi düşür. Buna görə də, bankların sayının azalacağı təqdirdə bank sisteminin strukturu dəyişməyəcək. Əksinə, zəif oyunçuların bazardan çıxması və qalan bankların böyüməsi nəticəsində bank xidmətlərinin keyfiyyəti arta bilər. Buna görə də bank sektorunda birləşmə prosesi normaldır və bu, başqa ölkələrdə də baş verir.

Mudi ekspertləri zəif cəhətləri də göstərirlər. Bunlardan ən əsası riskli sahələrin maliyyələşdirilməsi və kredit risklərinin iri layihələrdə cəmlənməsidir. Çox vaxt belə kreditləri banklara yaxın şirkətlər alır. Ölkədə kreditlərin faiz dərəcələrinə də toxunan Mudi vitse-prezidenti Yevgeni Tarzimanov bildirib ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olması bank kreditlərinin faiz dərəcələrinə ciddi təsir etməyəcək. Çünki kreditlərin faizləri bankların bu pulu hansı faizlə cəlb etməsindən asılıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin açıqlamasına görə, problemli kreditlərin yaranması və çoxalmasında bankların rolu kifayət qədər böyükdür. Bankların maliyyə böhranından əvvəlki dövrlərdə - 2006-2008-ci illərdə MDB ölkələri arasında ən yüksək faizlə kreditlər təklif etdiklərini söyləyən mərkəz ekspertləri deyir ki, bəzi dövrlərdə istehlak kreditlərinin faiz dərəcəsi 35 faizə qədər yüksəlib. Şübhəsiz ki, 35 faizlə verilən kreditlərin geri qaytarılma imkanları olduqca məhduddur. Banklar qısa müddətdə daha çox gəlir əldə etmək üçün yüksək faizlə kreditlər verirlər. Nəticədə bank müştəriləri aldıqları kreditləri geri qaytarmaqda çətinlik çəkirlər.

Təkcə borcalanmı təqsirkardır?

Mütəxəssislər düşünür ki, problemli kreditlərin çoxalmasını yalnız borclananların ayağına yazmaq düzgün deyil:

"İstehlak kreditlərinin qaytarılmasında müşahidə edilən problemlər və yubanmalar, sadəcə, bu kreditlərdən istifadə edən vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə deyil, eyni zamanda, kommersiya banklarının uzun müddət kifayət qədər bahalı kredit siyasəti həyata keçirməsi ilə bağlıdır. 2009-cu ilin ortalarından başlayaraq problemli kreditlərin həcmində artımlar müşahidə edilir. Ötən ilin ortalarında problemli kreditlərin payı bank aktivlərinin 2,7 faizini təşkil edirdisə, bu rəqəm artıq 5 faizə çatıb. Beynəlxalq standartlara görə, problemli kreditlərin payı bank aktivlərinin 3 faizindən çoxdursa, bu artıq kritik həddir. Kommersiya bankları üçün ciddi baş ağrısıdır". Ekspertlərin sözlərinə görə, məsələ yalnız problemli kreditlərin həcmi ilə bağlı deyil:

"Problemin bir tərəfi də kreditlərin məbləğində müşahidə edilən artımlardır. Problemli kreditlərin həll edilməsi üçün mexanizm yoxdur". Problemli kredit məsələsinin həll yollarına gəlincə, kommersiya banklarının bu istiqamətdə addımlar atmadığı vurğulanır:

"Bankların kreditlərin verilməsi ilə bağlı qiymətləndirmələri qısa müddəti əhatə edir. Onlar uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə və ya qaytarılma mexanizmini müəyyənləşdirə bilmirlər. Problemin digər tərəfi, bankların kreditlər qaytarıla bilməyəndə girov şəklində olan avtomobil və ya mənzili satacaqlarını güman etmələridir. Bununla dəyən ziyanın ödəniləcəyini düşünürlər. Amma böhrandan sonra həm əmlak, həm də avtomobil bazarında müşahidə edilən durğunluq banklara girovu sataraq dəyən ziyanı ödəməyə imkan vermir".

Yeri gəlmişkən, problemli kreditlər yalnız Azərbaycanda deyil, Ukrayna, Rusiya, Qazaxıstanda bank sektorunda müşahidə edilən ciddi problemlərdəndir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri problemli kreditlərin həlli istiqamətində addımlar atılmasına ehtiyac olduğunu düşünürlər:

"Təəssüf ki, banklar problemli kreditlər məsələsini inzibati yollarla həll etməyə çalışırlar ki, bu da effektli deyil".

Xatırladaq ki, Banklar Assosiasiyası kreditləri qaytarmayan vətəndaşların ölkəni tərk etməsinə qadağalar müəyyənləşdirmək yönündə parlamentə, Nazirlər Kabinetinə müraciət edib.

İSİM ekspertləri isə deyirlər ki, vətəndaşlara, kredit götürənlərə inzibati metodlar tətbiq etməklə problemli kreditlər məsələsini həll etmək mümkün deyil:

"Krediti qaytara bilməyən vətəndaşların ölkədən çıxmasına qadağalar qoyulsa belə, problemli kreditlərin həlli demək olmayacaq. Vətəndaşın ödəmə imkanı yoxdursa, onun ölkədə qalması krediti qaytarması anlamına gəlmir. Başqa tərəfdən, dünyanın hər hansı yerində kredit borcu olan vətəndaşın ölkəni tərk etməsi ilə bağlı qadağalar mövcud deyil. Problemin inzibati yolla həlli problemin dərinləşməsinə gətirib çıxara bilər".

Rusiyada problemli kreditlər məsələsinin aradan qaldırılması üçün dövlət səviyyəsində addımlar atılır: "RF Nazirlər Kabinetinin qərarı ilə krediti qaytarmaq imkanı olmayan, böhran nəticəsində sosial vəziyyəti ağırlaşan insanlar üçün kreditləri qaytarmaqla bağlı güzəşt müddəti müəyyən edilib. Güzəşt müddətində vətəndaşlar sosial vəziyyətlərini yaxşılaşdıraraq sonrakı müddətdə krediti qaytarmaq imkanı qazanırlar. Azərbaycanda problemli kreditlərin həlli üçün Rusiya variantı daha məqsədəuyğundur".

Ekspertlər bütün hallarda hökumətin müdaxiləsinə ehtiyac olduğunu deyirlər. Yəni kredit götürüb qaytara bilməyənlərə müəyyən güzəşt müddəti verilməlidir. Çünki bu müddətdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması mümkündür. Ondan sonra onlar borclarını qaytara bilərlər. Belə müddətin müəyyən edilməsi həm də bankların öz gəlir və xərclərini proqnozlaşdırmaq imkanına malik olmaları baxımından vacibdir. Virtual olsa da, banklar öz gəlirlərini proqnozlaşdıran zaman problemli kreditləri də gəlirlərinə daxil edirlər. Bu isə bankların gəlir və xərc təhlilinin düzgün aparılmasına imkan vermir.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İranın məhkəmə sistemində çat yaranıb

Bölmənin digər xəbərləri
 
Yunanıstan ARDNŞ-dan qaz almaqda maraqlıdır
DEPA prezidenti: "İki ildən sonra Azərbaycandan Yunanıstana qaz nəqlinin həcminin əhəmiyyətli dərəcədə artırılmasını gözləyirik"

Gürcüstanın Azərbaycana rüşvət iddiası
Konkret faktlar sadalanıb

Türk şirkəti pilotsuz aparatların birgə istehsalını təklif edib
Türkiyənin "Qlobal Teknik" şirkəti Azərbaycana mini pilotsuz aparatların birgə istehsalını təklif edib (APA).



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər