Hal-hazırda Ayna qəzetinin 05.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Musiqiçilər ailəsi
Musiqiçilər ailəsi
Bu ailədən bir vaxt film də çəkilmişdi
Şənbə, 05.06.2010

Sevinc İsmayıl mətn ölçüsü  

Xalq artisti Kamil Vəzirovla söhbətimizin əvvəlində öz ailəsinin musiqi bioqrafiyasından başladı. Elə danışırdı ki, müdaxilə etməyə lüzum görmürdüm. O deyirdi:

- Atam Səfərəli Vəzirov o vaxt Azərbaycanda üç qarmonçalan var ilisə, onlardan biri idi. Məni əvvəl musiqi məktəbinin tar sinfinə yazdırmışdı. İndi də tar çalıram, intahası ki, bizim ailədə beş qardaş beşimiz də qarmonda çalırdıq. Qarmon bizim ailəmiz üçün musiqi yolunda bir körpü oldu. Məndən kiçik qardaşım - Ədalət Vəzirov kamança ustası idi. Ramiz qardaşım gözəl pianoçu idi. O da mənim kimi Mahnı Teatrında çalışırdı. Rəşid müəllimin dəvəti ilə gəlmişdi bu kollektivə. Babək qardaşım klarnet ifaçısı olub. Ailədə altı uşaq olmuşuq - beş qardaş, bir bacı. Bacım Məsumə Vəzirova da pianoda çalırdı. Amma şərqşünaslığı bitirib tərcüməçi oldu.

Maestro Niyazinin təklifi ilə 1967-ci ildə ailəmiz haqqında film çəkilmişdi. Bir dəfə Niyazi müəllim qəzet oxuyurmuş və onun diqqətini bir məqalə çox cəlb etmişdi.

REKLAM

Həmin məqalənin müəllifi, bizim beş qardaşın oxuduğu musiqi məktəbinin açıq konsertinə gəlmişdi və konsertdə beş qardaşın səhnədə bir yerdə çıxış etməsini görüb atamıza yaxınlaşıb demişdi: "Mən belə bir ailədən yazmaq istəyirəm". Həmin "Bakı" qəzeti Niyazi müəllimin əlinə düşən kimi, bizim qəzetdəki şəklimizə baxıb, kinostudiyaya zəng vurur və deyir ki, Azərbaycanda belə bir ailə ola-ola siz nəyə görə bir film çəkib yadigar saxlamırsız? Ata-anamızın bizə böyük zəhməti oldu.

- Bəs siz necə, övladlarınıza bu zəhməti çəkdinizmi? Onlardan sənətinizi davam edirən varmı?

- Mən övladlarımdan çox razıyam. Onları özüm tərbiyə etmişəm və onlar mənim sənət yolumu davam etdirirlər. Bir çox ailələrdə valideyn bir yolu seçir övladı üçün, övladsa başqa yol tutur.

Dörd övladım var - üç qızım, bir oğlum. Böyük oğlum Rəşad Milli Konservatoriyanı bitirib. Xalq artisti Ramiz Quliyevin tələbəsi olub. İstəmişəm ki, övladlarıma mən yox, başqa müəllimlər dərs keçsinlər. İki oğlumdan biri balaban, digəri kamançada çalır. Buna baxmayaraq, idman sahəsini seçiblər. Qızım pianoçudur, amma ailə qurandan sonra başı övladlarına qarışdı və bu sənəti davam etdirə bilmədi.

- Siz, ümumiyyətlə, qadının musiqi sənətində olmasına necə baxırsınız?

- Çox gözəl. Mənim bir balaca qız nəvəm var, ona həmişə deyirəm ki, bir az böyü, baba sənə oxumaq öyrədəcək. Səhnəyə babanla bir yerdə çıxıb oxuyarsan. Bir də görürsən, sənətçilərdən kimsə deyir ki, istəmirəm övladım bu sənət yolunu seçsin, səhnəyə çıxıb oxusun. Bu düzgün fikir deyil. Deməli, sən özün doğru yolda deyilsən ki, övladını bu yolda görmürsən.

Bizim böyük sənətçilərdən tanıdıqlarım var ki, istəyiblər övladları bu sənət yolunu davam etsinlər. Bəlkə övladları bunu istəməyib, o artıq başqa mövzudur. - Bəzən valideynlər 6-7 yaşlı uşaqlarını musiqi məktəbinə yazdırmağa aparanda müəllimlərə belə deyirlər: "Uşağımızla ciddi məşğul olun, biz istəyirik ki, övladımız bu sənətdə parlasın". Adətən belə hallarda uşaqlarda təzyiq və məcburiyyət üzündən musiqiyə qarşı nifrət yaranır, bu isə, məncə, artıq faciədir. Sizcə, valideyn belə ciddi qərarı uşağın yerinə verə bilərmi? Uşağın buna meyli yoxsa, onu zorla musiqiyə calaşdırmaq nə dərəcədə düzgündür?

- Mənə görə, mütləq uşağa 12 yaşınacan sərt üslub olmalıdır, onu dərs oxumağa, musiqi ilə məşğul olmağa məcbur etmək lazımdır. Sonra özü özünü dərk edəcək və yolunu seçəcək. Mən Milli Dram Teatrının yaxınlığında olan 6 nömrəli musiqi məktəbinin tar sinfində oxuyurdum. Təsəvvür edin ki, evdən çıxan kimi dərsə tar çala-çala gedirdim, Dərsdən evə qayıdanda da elə. Yəni bu qədər bağlı idim musiqiyə.

- Bugünkü toylardan razı və narazı qaldığınız məqamlar hansılardır?

- Toy ənənəvi mərasimdir. Yaxşı ki, çox yerdə qədim və zəngin adətlərimiz qalır. Bir vaxt şəhərimizdə bu qədər şadlıq sarayı yox idi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Fəxriyyə Xələfova: "İmkanlarımız ancaq festivallara çatır"
Moda həftəsi bizim üçün böyük rəqəmdir

Bakı Bulvarında yeni kinoteatr olacaq
Bakı Bulvarında yeni kinoteatr açılır.

Ələsgər Məmmədov: "Mənə verilən rolları heç kim oynamaq istəməyib"
Aktyor rejissorları serial çəkməyə səslədi

"Fred Asif" romanının təqdimatı keçirilib
Ötən gün Yazıçılar Birliyində yazıçı-publisist Mustafa Çəmənlinin "Fred Asif" sənədli romanının təqdimat mərasimi keçirilib.

"Mənim ağ çiçəklərim"
İmruzə Hüseynovanın yaradıcılıq gecəsi keçiriləcək

Azərbaycanlı rəssamın Moskva sərgisi
Moskvada fəaliyyət göstərən Beynəlxalq Bədii Fondda həmvətənimiz, istedadlı rəssam Qüdrət Qurbanovun əsərlərindən ibarət sərgi açılıb.

"Tərsinə çevrilmiş dünya"
Tanınmış aktyor, xalq artisti Fuad Poladov yeni rola çəkilir.

Alim Qasımov və Fərqanə İstanbulda
Xalq artisti Alim Qasımov və qızı xanəndə Fərqanə Qasımova ötən gün İstanbula yola düşüblər.

"Məndən bir də olmayacaq"
İyunun 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçiriləcək.

Sumqayıtda Üzeyir Hacıbəyli abidə kompleksi
Sumqayıtda dahi bəstəkar Üzeyir Hacıbəylinin şəhərdə adını daşıyan küçədəki abidə kompleksində işlər yekunlaşıb.

Səmərqənddə elmi konfrans keçiriləcək
Qədim Səmərqənd şəhərindəki Mərkəzi Asiya Tədqiqatlar İnstitutu (YUNESKO İnstitutu) "Nizami və Nəvai: tarixi və mədəni əlaqələr" mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər