Fəxriyyə Xələfova: "İmkanlarımız ancaq festivallara çatır"
 |
Moda həftəsi bizim üçün böyük rəqəmdir
Şənbə, 05.06.2010
|
|
Modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın plastik əməliyyat olunması ilə bağlı söz-söhbətlər gəzir. Hər yaş dövründə zahiri təravətini itirməyən modelyer bizimlə söhbətində bunu plastik əməliyyat yolu ilə qazanıb-qazanmadığından söz açdı:
- Mənim 12 illik fəaliyyət yolum var. 2004-cü və 2005-ci ilə qədər çox rahat həyat tərzi keçirmişəm. Heç kimin nə şübhələri vardı, nə də sualları. Görün, indi mənim neçə yaşım var və bu şübhələrin hamısı indi peyda olub. Mən 1969-cu ildə doğulmuşam və bu söhbətlər indi ortaya çıxır. Mən plastik əməliyyatlar etdirməmişəm. Bu şübhələrin yaranmasına mənim üç cizgilərim səbəb ola bilər. Üz cizgilərimin də səbəbkarları mənim valideynlərimdir. İkisi də zahirən çox gözəl insanlardır. Atam rəhmətə gedib. Mənim çox gözəl nənə, babalarım olub. Bir dəfə təsadüfən Toğrul Nərimanbəyovla rastlaşdım. O uzun zamandır Parisdə yaşayır, buranın ictimaiyyəti ilə o qədər də tanış deyil. Toğrul Nərimanbəyovu verilişimə dəvət etmək üçün ona yaxınlaşdım.
Onun anası fransızdır və modelyer olub. O mənə baxanda birinci sözü o oldu ki, "sizin nə gözəl fakturanız var. Mən sizin mütləq portretinizi çəkməliyəm". O an onu heç bir şey maraqlandırmırdı, o sonradan bildi ki, mən Fəxriyyə Xələfovayam. Bu qədər peşəkar rəssamı plastik əməliyyatlı xanım cəlb edə bilməz. O hətta dedi ki, mən indiyə qədər çox üzlər görmüşəm, ancaq siz heç kimə bənzəmirsiniz.
- Azərbaycanda bir çox brendlər öz mağazalarını açırlar. Siz niyə Fəxriyyə Xələfova butiki açmırsınız?
- Mən də çox böyük məmnuniyyətlə butik açardım. Ancaq bunun iqtisadi tərəfi var. Bunun üçün sərmayə lazımdır. Mən sponsor anlayışından yox, investisiya anlayışından danışıram. Sponsor qısamüddətli bir maddi yardımdır. Amma investisiya uzunmüddətli kapital qoyuluşudur. Mən bu uzunmüddətli kapital qoyuluşunu gözləyirəm. İstəyirəm ki, bu mənim brendimə uzunmüddətli investisiya olsun. İnvestisiya olmalıdır ki, 15 çeşidi istehsala buraxa biləsən. Çox istərdim ki, qızıl əşyalarım, saatlarım da istehsal olunsun. Dünyanın hər yerində belədir. Bizim ictimaiyyətin əksəriyyəti heç bilmir ki, Valentino, Kuççi və İv Sen-Loran bir sahibin markasıdır. Onların rəhbəri nə Valentinodur, nə də mərhum İv Sen-Lorandır. Modelyer heç vaxt təkbaşına bu qədər biznes imkanlarını özünə yarada bilməz. Əslində mənim üçün butik açmağın vaxtı yetişib. Ancaq şəhərin mərkəzində bir yer almağa imkan hələlik yoxdur. Düşünürəm ki, Fəxriyyə Xələfovanın butiki şəhərin lap mərkəzində olmalıdır.
- Parisdə və Milanda modelyerin geyimlərinin nümayişi neçəyə başa gəlir?
- Mən bunların hamısını öyrənmişəm. Məsələn, moda həftələrində ən bahalı nümayişlər Paris və Milandır. Orada ən üst kateqoriyalı moda evləri təqdim edilir..
|
|
|
Oxşar xəbərlər:
Fəxriyyə Xələfova özü yaratdığı ətirə ad seçib
Kim zövqlü, kim zövqsüz?
Fəxriyyə Xələfova plastik əməliyyatlara ehtiyac duymur
Ermənistan ordusu real böhran içində
Özcan Dənizin Bakıda konserti gözlənir
|
|
|