Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək
Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək
İyul ayında layihə Koordinasiya Şurasının iclası keçiriləcək
Cümə, 28.05.2010

C.Məzahiroğlu mətn ölçüsü  

İyul ayının əvvəlində Bakıda Bakı- Tbilisi-Qars (BTQ) yeni dəmiryol bağlantısı layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclası keçiriləcək. Bu barədə APA-ya Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov məlumat verib.

S.Məmmədovun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə nazirlərinin rəhbərlik etdiyi heyətlərin iştirakı ilə keçiriləcək iclasda layihə üzrə görülmüş işlər, iş qrafikinin icrası və həyata keçiriləcək tədbirlər müzakirə olunacaq.

Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tbilisidə imzalanıb. Yeni dəmiryolun çəkiliş işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır. Yolun Gürcüstan hissəsinin çəkilişini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir.

Yolun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. Türkiyə ərazisində isə Gürcüstanla sərhəddən Qarsa qədər uzunluğu 76 km olan yeni dəmiryol xətti çəkilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ölkə dəmir yoluna milyardlar yatırılacaq

Ölkə dəmiryoluna milyardlar yatırılacaq

Dəmir yol gücləndirilmiş iş rejiminə keçdi

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb

Bölmənin digər xəbərləri
 
Ordumuz üçün hərbi texnika
Azərbaycan KADEX-2010-da hərbi texnika nümayiş etdirməsə də, təqdim olunanlarla maraqlanıb

BMT-nin Avropa bürosunun direktoru Bakıya gəlir
Kristof Buvye Bakı şəhərinin ekoloji durumu ilə maraqlanır

Daha bir əsgər həlak olub
Bu il itkilərin sayı 40-a yaxınlaşıb

Baş redaktorun iş otağından "böcək" çıxdı
Kustar üsulla hazırlanmış səsdinləyici qurğu dost hədiyyəsi imiş!

MTN narkotikə görə son bir ayda 24 nəfəri saxlayıb
Ümumilikdə 254 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb

Milli peyk ABŞ-da hazırlanacaq
2012-ci ildə isə orbitə çıxarılacaq

Kürdə suyun səviyyəsi 9 santimetr qalxıb
Əhməd Əhmədzadə: "Bu, Mingəçevir su anbarından çaya buraxılan su ilə bağlıdır"

Hacıqabul rayonunun Meyniman kəndində yarılmış bənd bağlanıb
Ərazidə suyun həcmi artdığından Talış kəndinin Bakı-Qazax magistral yoluna əsas çıxışı kəsilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər