Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ordumuz üçün hərbi texnika
Ordumuz üçün hərbi texnika
Azərbaycan KADEX-2010-da hərbi texnika nümayiş etdirməsə də, təqdim olunanlarla maraqlanıb
Cümə, 28.05.2010

C.Məmmədov mətn ölçüsü  

Dünən Qazaxıstanın paytaxtı Astanada birinci KADEX-2010 beynəlxalq hərbi texnika sərgisi işə başlayıb. Bu barədə "MilAz" İA-ya Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. "Astana-Exro" sərgi mərkəzində təşkil olunmuş hərbi sərginin açılışında Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdulla Gül də iştirak edib.

Qazaxıstanın müdafiə naziri Adilbek Cakaşbekov açılış mərasimində çıxış edərək bildirib ki, sərginin təşkilində məqsəd dünyanın müdafiə sektorunda fəaliyyət göstərən iri şirkətləri Qazaxıstana cəlb etmək, eyni zamanda SQ-nin tələbatını ən müasir avadanlıqlarla təmin etməkdir. Nazir sərgi çərçivəsində ikitərəfli görüşlərin keçiriləcəyini və müqavilələrin imzalanacağını da vurğulayıb.

Sərgi Qazaxıstanın Hərbi Hava Qüvvələrinin aviaşousu ilə başlayıb. Qazaxıstan MN-in Aeromobil Qoşunlarına məxsus desant qrupları sərgi keçirilən əraziyə endirilib.

Sərgiyə Çin, İran və Koreyanın müdafiə nazirləri, Rusiya, Ukrayna, Belarusdan müdafiə sənayesi üzrə dövlət strukturlarının və iri dövlət şirkətlərinin rəhbərləri qatılıb.

Qazaxıstan MN sərgidə Azərbaycanın istehsalı olan silah və texnikanın nümayiş olunmadığını, lakin Azərbaycan MN-in yüksəkrütbəli nümayəndələrinin ziyarətçi qismində tədbirə qatıldığını açıqlayıb. Əldə olunan məlumatlara görə, Azərbaycan tərəfi sərgidə təqdim olunan bir sıra silah və hərbi texnika, onların taktiki-texniki xarakteristikası, qiymətləri və istifadə qaydaları ilə maraqlanıb.

Qeyd edək ki, sərgi mərkəzində 4 pavilyonda dünyanın 20 ölkəsindən 200 şirkət öz məhsullarını nümayiş etdirir. Bu məhsullar arasında hərbi texnikalar, İT avadanlıqlar və rabitə vasitələri, hərbi tikinti və infrastruktur, mühəndis - texniki, arxa cəbhə və hərbi tibb avadanlıqları nümayiş etdirilir.





 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb

Kaliforniyada azərbaycanlı uşaqların sərgisi

Kitabların və yazarların sərgiləndiyi gün

"Texnikabank"da pul mənimsəyənlər hakim qarşısında

Naxçıvan payızı rəsmlərdə

Bölmənin digər xəbərləri
 
BMT-nin Avropa bürosunun direktoru Bakıya gəlir
Kristof Buvye Bakı şəhərinin ekoloji durumu ilə maraqlanır

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək
İyul ayında layihə Koordinasiya Şurasının iclası keçiriləcək

Daha bir əsgər həlak olub
Bu il itkilərin sayı 40-a yaxınlaşıb

Baş redaktorun iş otağından "böcək" çıxdı
Kustar üsulla hazırlanmış səsdinləyici qurğu dost hədiyyəsi imiş!

MTN narkotikə görə son bir ayda 24 nəfəri saxlayıb
Ümumilikdə 254 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb

Milli peyk ABŞ-da hazırlanacaq
2012-ci ildə isə orbitə çıxarılacaq

Kürdə suyun səviyyəsi 9 santimetr qalxıb
Əhməd Əhmədzadə: "Bu, Mingəçevir su anbarından çaya buraxılan su ilə bağlıdır"

Hacıqabul rayonunun Meyniman kəndində yarılmış bənd bağlanıb
Ərazidə suyun həcmi artdığından Talış kəndinin Bakı-Qazax magistral yoluna əsas çıxışı kəsilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər