Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Rusiya Azərbaycanın Türkiyəyə qaz ixracına etiraz etmir
Rusiya Azərbaycanın Türkiyəyə qaz ixracına etiraz etmir
Stratfor analitikləri bu fikirdədirlər
Cümə, 28.05.2010

S.Abbas mətn ölçüsü  

ABŞ-ın "Stratfor" analitik mərkəzi Azərbaycanla Türkiyə arasında təbii qaz sahəsində əldə olunmuş razılıqla bağlı APA üçün qısa təhlil hazırlayıb. "Azərbaycan və Türkiyə qaz müqaviləsi ilə bağlı konkret razılaşmaya gəliblər. Əvvəl hər iki tərəf yalnız ümumi razılaşmaların mövcud olduğunu söyləyirdi. Azərbaycan tərəfi Türkiyəyə ildə 8 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

"Nabucco" layihəsi işə düşərkən bu yeni borunu doldurmaq üçün əlavə 4 milyard kubmetr qaz ixrac oluna bilər. Lakin rəsmi Bakı müəyyən səbəblərə görə "Nabucco" layihəsinin reallaşacağına inanmır. Birincisi ona görə ki, Türkmənistan və İraqın əlavə qazının "Nabucco"ya ötürüləcəyi ilə bağlı heç bir konkret razılıq yoxdur. İkincisi, əksər avropalılar layihədən üz döndərirlər. Misal kimi Avstriyanı göstərmək olar.

Əvəzində Türkiyə ilə imzalanacaq müqavilə ilə Azərbaycan qazı Yunanıstan və İtaliyaya uzanan boru kəmərləri ilə (İnterconnector pipelines) bu ölkələrə ötürülə bilər. Bu boru kəmərlərinin "Nabucco"dan daha az həcmli olması sayəsində Azərbaycan interkonnektor kəmərləri üçün yeganə qaz təminatçısına çevrilə bilər.

Maraqlıdır ki, Rusiya Azərbaycan-Türkiyə qaz müqaviləsinə müsbət reaksiya verib. Əvvəla, rəsmi Moskva hesab edir ki, "Nabucco"nun reallaşma şansı, demək olar, sıfıra bərabərdir. İkincisi, Rusiya hər iki ölkəyə xoş niyyət bəsləyən ölkə kimi tanınmaq istəyir. Üçüncüsü, interkonnektor vasitəsilə Avropaya çıxacaq qazın həcmi o qədər azdır ki, Rusiya üçün ciddi rəqabət yaratmayacaq. Digər tərəfdən, Kreml mövcud olan interkonnektor qaz kəmərləri üzrə konsorsiumların üzvü olmaq niyyətindədir. Bu ya İtaliya, ya da Yunanıstanın idarə etdiyi konsorsiumlardan biri ola bilər.

"Stratfor"un məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, onlar hər min kubmetr qaza 220-270 dollar arası pul verməyə hazırdırlar. Bu, Rusiyanın təklif etdiyi 300 dollardan azdır. Rəsmi Bakı "Şahdəniz"in ikinci mərhələsi ilə bağlı Ankara ilə razılığa gəlibsə, böyük ehtimalla bu, Rusiyanın da razılığı sayəsində baş tutub.

Azərbaycan hökuməti qaz satışı sayəsində Türkiyə hökumətinin Dağlıq Qarabağ məsələsində Azərbaycanın maraqlarını təmin etməsinə nail olmaq istəyir. Ehtimal olunur ki, Türkiyə belə bir təminat vermək üçün diplomatik imkanlara malikdir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

"Azəriqaz"da dəyişikliklər aparılacaq

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Arif Qaziyev: "Muğam Teatrının dünyada bənzəri yox"

Qərb səfəri

Bölmənin digər xəbərləri
 
Dağıstan-Azərbaycan münasibətləri yeni mərhələdə
Mayın 24-25-də Dağıstanın yeni prezidenti, 46 yaşlı Məhəmmədsalam Məhəmmədov ilk xarici səfərini məhz Azərbaycana etdi.

Ukrayna rəsmən NATO-dan imtina etdi
Xarici işlər naziri: "Bu məsələ bu gündən etibarən gündəlikdən çıxır"

Barrozo Sarqsyana yerini göstərib
Bildirib ki, Avropa Birliyi Qarabağda keçirilən seçkiləri legitim hesab etmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər