Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Barrozo Sarqsyana yerini göstərib
Barrozo Sarqsyana yerini göstərib
Bildirib ki, Avropa Birliyi Qarabağda keçirilən seçkiləri legitim hesab etmir
Cümə, 28.05.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Ermənistan prezidenti Serj Sarqsyanın Brüsseldə keçirdikləri birgə mətbuat konfransında tərəflər arasında fikir ayrılığı ortaya çıxıb(APA).

"Armenia today" portalının məlumatına görə, Barrozo Avropa Birliyinin ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə hazır olduğunu deyib. O bildirib ki, digər dövlətlər, o cümlədən Rusiya və Azərbaycan Dağlıq Qarabağı danışıqların tərəfi kimi görmürlər.

Ermənistan prezidenti isə DQ-nin tərəf kimi danışıqlara qatılmasının alternativinin olmadığını söyləyib:

"Dağlıq Qarabağda keçirilmiş parlament seçkiləri göstərdi ki, DQR xalqı müasir demokratik dövlət qura bilib. Əks halda Dağlıq Qarabağda səhra komandirləri və ya digər qüvvələr hökmranlıq edərdi. Biz bunun əleyhinəyik. Erməni tərəfinin mövqeyini nəzərə almaq vacibdir".

Barrozo isə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun bəyanatını xatırladıb. Eşton bəyan edib ki, AB Dağlıq Qarabağdakı parlament seçkilərinin hüquqi və konstitusion çərçivələrini tanımır. Avropa Komissiyasının sədri məcburi köçkünlərin qayıdışı, mülkiyyət hüququ, öz müqəddəratını təyinetmə hüququ, təhlükəsizlik və qüvvələrin çıxarılması əsasında münaqişənin həllinə dəstək verəcəklərini vurğulayıb.

S.Sarqsyan isə AB və digər beynəlxalq strukturların "DQR"də keçirilmiş seçkiləri tanımamasının qəribə olduğunu deyib: "Biz bunu çox qəribə hesab edirik və səbəblərini anlamağa çalışırıq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

Azərbaycan nağılları Avropa ölkələrində

Yeganə Avropaya səs salacaq

Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı

Bölmənin digər xəbərləri
 
Dağıstan-Azərbaycan münasibətləri yeni mərhələdə
Mayın 24-25-də Dağıstanın yeni prezidenti, 46 yaşlı Məhəmmədsalam Məhəmmədov ilk xarici səfərini məhz Azərbaycana etdi.

Ukrayna rəsmən NATO-dan imtina etdi
Xarici işlər naziri: "Bu məsələ bu gündən etibarən gündəlikdən çıxır"

Rusiya Azərbaycanın Türkiyəyə qaz ixracına etiraz etmir
Stratfor analitikləri bu fikirdədirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər