Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Dağıstan-Azərbaycan münasibətləri yeni mərhələdə
Dağıstan-Azərbaycan münasibətləri yeni mərhələdə
Cümə, 28.05.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin ekspe
mətn ölçüsü  

  Mayın 24-25-də Dağıstanın yeni prezidenti, 46 yaşlı Məhəmmədsalam Məhəmmədov ilk xarici səfərini məhz Azərbaycana etdi. O, rəsmi səfərinə Şəhidlər Xiyabanından başladı. Azərbaycanın istiqlalı uğrunda canlarından keçmiş insanların məzarları qarşısında baş əydi. Məhəmmədsalam Məhəmmədov bu addımı atmaqla Rusiya Federasiyasını təmsil edən respublikaların içində ilk prezident kimi adını tarixə yazdırdı. O, ölkə prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla rəsmi görüşlərdə iki region arasında uzun illərdir həll olunmayan problemlərin ilk dəfə qarşılıqlı şəkildə birgə fəaliyyət təkliflərini qəbul etdi. Halbuki öncələr Azərbaycan tərəfindən edilən təkliflər diqqətlə dinlənilsə də, real həyatda isə bu təşəbbüslər diplomatik incəliklə dondurulmuş şəkildə gələcəyin ümidinə buraxılırdı. İndi bütün bunlar sübut edir ki, artıq Rusiyada modernləşmə siyasətinin tərəfdarları problemlərin ortaq anlaşma şəraitində həllini müdafiə edirlər.

Quzey Qafqaz liderlərinin çoxplanlı baxışları

Quzey Qafqazın Dağıstan, Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikalarında, etiraf etmək lazımdır ki, uzun illər Moskvanın yanlış siyasəti olaraq, iqtisadi, mədəni, sosial sahələrdə inkişafa qəti şəkildə mane olunubdur. Moskvanın "Qafqaz siyasəti"ni müəyyənləşdirən texnoloqlar ümid edirdilər ki, bu respublikaların əhalisi məcbur olaraq, Rusiyanın digər regionlarına miqrasiya etməklə onların çoxu assimilyasiya olunacaqlar.

Sovetlər Birliyi dağıldıqdan sonra, Rusiyanın tarixində yeni mərhələ başlananda bu prosesin qarşısını almaq üçün çökmüş imperiyanın qalıqları üzərində neoimperiya tərəfdarları ciddi səylər göstərdilər. On səkkiz il davam edən Boris Yeltsin və Vladimir Putin erası bu gün arxada qalıb. İndi Rusiyada faktiki olaraq hakimiyyətin idarə olunmasında nəsillərin dəyişməsi prosesi baş verir. Keçmiş kommunist partiyası və onun nomenklaturasını təmsil edənləri indi yeni kadrlar əvəz edir.

Quzey Qafqaz respublikalarında rəhbərlik edən Məhəmmədsalam Məhəmmədov, Yunusbəy Evkurov, Taymuraz Mansurov, Arsen Kanokov, Boris Ebzeyev və Aslanceriy Txakusinov kimi liderlər bunun təsdiqidir. Quzey Qafqaz respublikalarının liderləri Dmitri Medvedev Rusiya prezidenti seçildikdən sonra ilk dəfə olaraq, regional, federasiya və xarici subyektlərlə birlikdə yeni iqtisadi və sosial siyasət həyata keçirməyə başlayıblar. İndi dünyanın hər hansı bir dövlətinə aid olan maliyyə sektoru Quzey Qafqazda asanlıqla fəaliyyət göstərmək hüququna sahibdir. Mahaçqala, Maqas, Vladiqafqaz, Nalçik, Maykop, Pyatiqorsk, Minvod, Qroznı, Kislovodsk və digər şəhərlərin hava limanlarından dünyanın istənilən ölkəsinə rahatlıqla təyyarələr uçurlar. 2008-ci ildən bu günə qədər Quzey Qafqaz regionlarında beynəlxalq səviyyəli konfransların belə keçirilməsinə imkanlar yaradılıb.

Yeni fabrik və zavodların salınması, kredit siyasətinin gücləndirilməsi, yatırım qoyuluşunun həcminin artırılması məhz yeni liderlərin regionun inkişafı baxımından apardıqları siyasətin uğuru kimi qəbul edilir.

REKLAM

Bu sırada qonşu dövlətlərlə ortaq işbirliyinə gedilməsi modernləşmə və humanitar siyasət tərəfdarlarının mövqelərinin güclənməsinə səbəb olub. Türkiyə və Azərbaycana məxsus şirkətlərin, biznes ekiplərinin bu sırada aktiv rol oynaması xüsusilə diqqət mərkəzindədir. Bu gün Azərbaycana məxsus işadamlarının fəaliyyətinə regionda bürokratik əngəllərin törədilməsi halları da səngiyibdir. Quzey Qafqaz respublikaları arasında dini, mədəni, iqtisadi, maliyyə, humanitar, elmi və başqa sahələrdə ortaq işbirliyi prosesləri dərinləşməkdədir. İndi etnik və dini zəmində qarşıdurmalar da faktiki olaraq yox kimidir. Özünün ənənəvi komprador maraqları çərçivəsində bu proseslərin qarşısını almağa cəhd göstərənlər isə artıq mövcud reallıqları qəbul etmək zorunda qalıblar.

İki qonşu arasında süni ixtilafları kimlər yaradır?

Dağıstanın gənc və işgüzar prezidenti Məhəmmədsalam Məhəmmədov Bakı səfərində özünün intellektual səviyyəsini nümayiş etdirərək Azərbaycanla ticarət, iqtisadi, elmi, dini, texniki əlaqələrin inkişafına heç bir şərt irəli sürmədən sərgilədi. Onun bu təkliflərini ironik şəkildə qəbul edən bədxahlar müxtəlif informasiya şəbəkələrində bunu "köhnə problemlərin həllində yeni cəhd" kimi gündəmə gətirdilər. Əslində isə onun bu təklifləri yeni deyildi. Sadəcə, əvvəllər iki qədim qonşu regionun sərhədindəki Samur vadisində bir neçə kiçik kəndin problemlərini süni şəkildə qabardaraq onu az qala "qlobal problemə" çevirən güclər gizli niyyətlərinin reallaşdırılmasına cəhd edirdilər. Hətta Samur çayının suyundan kənd təsərrüfatı sahəsində istifadəni belə bəhanə gətirərək, regionda daim gərginlik yaratmağa səy göstərmişdilər. Guya bununla da regionda mövcud olmayan etnoloji problemlərin "həllinə" çalışırdılar. Hansısa qədim tarixin naməlum coğrafi sərhədlərini bərpa etmək istəyirdilər. Bu sırada süni şəkildə uydurulmuş "Dağıstandilli xalqların problemləri" layihələri əsasında Azərbaycana qarşı ərazi iddiası sərgiləyənlərin özləri belə zaman-zaman etiraf etmişdilər ki, bu problemlərin əsas müəllifi ermənilərə məxsus strateji araşdırma mərkəzləridir. Həmin güclər mümkün qədər regionda yaşayan topluluqlar arasında dini və milli müxtəlifliyin özəlliklərini qabartmaqla regionda böhran dalğasının qabarmasına çalışırlar. Halbuki dünyada monoetnik prinsiplərə dayanıqlı olan dövlətə rast gəlinməz.

"Milli azlıqların taleyi" proyektinə dayanıqlı olan siyasətin indi iflasa uğraması əslində regionda problemlərin həlli yönündə aktiv siyasətin aparılmasının təsdiqidir. Hələ də demaqoqcasına "etnik kimlik siyasəti siyəsində milli azlıqlara məxsus kadrlara iş verilmir", "milli azlıqlara məxsus məzhəb və təriqətlərin təqib edilməsi", "milli azlıqlara aid olan regionlarda onların torpaq və mülkiyyət hüquqları pozulur", "milli azlıqları təmsil edən işadamlarının heç bir hüququ yoxdur" və s. tipli təbliğatlar bu sırada yer alırdı.

Məhəmmədsalam Məhəmmədovun atası Məhəmmədli Məhəmmədov 1994-2006-cı illərdə Dağıstan Dövlət Şurasının sədri (prezident) vəzifəsində çalışıbdır. Bu ərəfədə Azərbaycan-Dağıstan münasibətlərinə kölgə salmaq, müxtəlif intriqalarla dolu süni gərginliklər yaratmaq istəyənlərə qarşı olduqca sərt siyasət göstərib. Məhəmmədsalam Məhəmmədov prezident seçilən gün "mən babalarımızın mirası olan tolerant siyasətin, xalqlararası qardaşlığın yanındayam və etnik kimlik zəminində deyil, Dağıstanın rifahı üçün çalışacağam" andını içdi.

Məhəmmədsalam Məhəmmədov Bakı səfərində Azərbaycan rəsmiləri tərəfindən "Dağlıq Qarabağ konflikti" və Azərbaycanın tarixi ərazilərinin ermənilər tərəfindən işğala məruz qalması barədə məlumatlandırıldı. Biz bildiyimizcə, rəsmi qonağa Ermənistan və dünya erməni lobbisinin Dağıstan üzərindən Azərbaycana qarşı yönəltmək istədiyi siyasətlərin bütün çalarları barədə ətraflı bilgi verilmişdir. Belə bir siyasətin iki qardaş regionun ümumi maraqlarının əleyhində olması, qarşılıqlı inteqrasiyanın inkişafına xələl gətirməsi barədə lazım olan bütün sənədlər ona təqdim olunmuşdur.

"Mən Dağıstan-Azərbaycan işbirliyinin tərəfdarıyam"

Prezident Məhəmmədsalam Məhəmmədov Xəzər dənizinin Dağıstana aid hövzəsində neft yataqlarının axtarışı, onların istismarı barədə Azərbaycanla ortaq işbirliyinin yaradılmasını təklif edibdir. Halbuki 1941-ci ilə qədər Dərbənd şəhəri ətrafında yüz ildən çox müddətə neft yataqları istismar olunmuşdu. Neft quyularının qapadılması əmrini o zaman "ellər atası" İosif Stalin vermişdi.

Bu gün Dağıstanda quruda və dənizdə neft yataqlarının işlədilməsi üçün yatırım qoyulması və mütəxəssislərə böyük ehtiyac var. Məhəmmədsalam Məhəmmədov Bakıda keçirdiyi rəsmi görüşlərdə bu yöndə Azərbaycan tərəfinin aktiv fəaliyyət göstərməsini təklif edib. Eyni zamanda sərhədyanı regionlarda Samur çayından birgə istifadənin yeni texnologiyaları gündəmə gətirilib. Bu, ilk sırada Dağıstan və Azərbaycanın birgə layihəsi olaraq, Samur çayı üzərində elektrik stansiyasının inşasıdır.

Bakıya gəlməzdən öncə Məhəmmədsalam Məhəmmədov bildirmişdi:

"Mən qarşıdurmalara səbəb olan bütün problemlərin arxada qalması üçün çalışacağam, intriqa və konfliktlərə səbəb olan maraqların yanında durmayacağam.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər

Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir

Kuklaların solmayan gözəlliyi

Bakı-Tümen dəmiryolu xəttində parlayış

Bölmənin digər xəbərləri
 
Ukrayna rəsmən NATO-dan imtina etdi
Xarici işlər naziri: "Bu məsələ bu gündən etibarən gündəlikdən çıxır"

Barrozo Sarqsyana yerini göstərib
Bildirib ki, Avropa Birliyi Qarabağda keçirilən seçkiləri legitim hesab etmir

Rusiya Azərbaycanın Türkiyəyə qaz ixracına etiraz etmir
Stratfor analitikləri bu fikirdədirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər