Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Siyasi partiyalar separatçıların seçki oyununu pislədilər
Siyasi partiyalar separatçıların seçki oyununu pislədilər
Etiraz bəyanatını müxalifət və iqtidar partiyaları imzalayıb
Cümə, 28.05.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Milli Məclisdə təmsil olunan siyasi partiyalar mayın 23-də Dağlıq Qarabağdakı erməni separatçı rejimi tərəfindən keçirilən "parlament seçkiləri"ni müşahidə etmiş ölkələrin müvafiq qurumlarına müraciət qəbul ediblər. Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə işğal olunmuş bir ərazidə heç kim tərəfindən tanınmayan separatçı qurumun seçki keçirməsinin beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana zidd olduğu, legitim sayılmasının mümkünsüzlüyü bildirilib.

Siyasi partiyaların müraciətində deyilir ki, dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan separatçı qurumun mövcudluğu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin birbaşa nəticəsidir:

"Təəssüf hissi ilə qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in müvafiq qərarlarına, Avropa Parlamentinin, Minsk Qrupunun səylərinə baxmayaraq, 20 ildən çoxdur ki, təcavüzkar Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Bu səbəbdən Azərbaycanın bir milyondan çox vətəndaşı uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayır və ümumiyyətlə, bölgəmiz böyük humanitar fəlakətlə üzləşib. Münaqişənin nizama salınması üçün ATƏT-in Minsk Qrupunun səylərinə, həmsədr dövlətlərin nizamasalma təkliflərinə məhəl qoymayan Ermənistanın birbaşa iştirakı ilə Dağlıq Qarabağın separatçı rejimi Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə və sülhə başlıca hədə olaraq ömrünü uzatmaqdadır. Belə bir şəraitdə Dağlıq Qarabağ separatçı rejiminin təşkil etdiyi "seçki kampaniyası" əslində beynəlxalq ictimaiyyətin nəzərində qondarma quruma legitimlik qazandırmaq cəhdindən başqa bir şey deyil".

Müraciətdə qeyd edilir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çevrilmiş bu hərəkət sülh danışıqlarına ciddi şəkildə mane olur və heç də xoşməramlı məqsədlərə xidmət göstərmir:

"Erməni tərəfinin bütün cəhdlərinə baxmayaraq, dünya birliyi - BMT, ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa Şurası, Avropa İttifaqı və bir çox dövlətlər separatçıların Dağlıq Qarabağda keçirdikləri qondarma "seçkilər"i tanımadıqları barədə bəyanatlar veriblər. Lakin təəssüflər olsun ki, bəzi ölkələrin nümayəndələri "müşahidə missiyası" adı ilə ölkəmizə qanunsuz daxil olaraq Dağlıq Qarabağdakı saxta "parlament seçkiləri"ni "müşahidə" etməklə əslində separatçıların qeyri-qanuni əməllərinin iştirakçıları olmuşlar. Separatçılıq və təcavüzkarlığın birbaşa dəstəklənməsinə yönəlmiş bu cür hərəkətlər dövlətlərin qondarma "DQR"də keçirilmiş "parlament seçkiləri"ni tanımamaq barədə yaydığı rəsmi mövqeyə və beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olmaqla, bu prosesə qatılmış müşahidə missiyasının nümayəndələrini Azərbaycan cəmiyyəti üçün arzuolunmaz şəxslərə çevirmişdir".

Müraciəti Yeni Azərbaycan, Demokratik İslahatlar, Sosial Rifah, Vətəndaş Birliyi, Ədalət, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Müsavat, Xalq, Vətəndaş Həmrəyliyi partiyaları imzalayıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

Yerevan yeni səfirini təyin etdi

Ermənistan dünyanı aldadır

Ermənistan ordusunun çağırışçı problemi

Ermənipərəst konqresmenlər Obamaya müraciət etdilər

Bölmənin digər xəbərləri
 
Sel daşqınları NATO-da müzakirə edilə bilər
Qurumun Parlament Assambleyasının sessiyası işinə başlayıb

"Qarabağ: dünən, bu gün və sabah"
AMEA-da bu mövzuda IX elmi-praktik konfrans

İlham Əliyev "AGRI" layihəsi üzrə imzalanmış memorandumu təsdiq edib
Ölkə başçısı XİN-ə Gürcüstan və Rumıniya tərəfini xəbərdar etmələri barədə göstəriş verib

AŞ PA-nın komitə iclası keçirilib
Rafael Hüseynov tədbirə qatılıb

İlham Əliyev AXC şərəfinə ucaldılmış abidəni ziyarət edib
Dünən Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Parlament üzvləri Rusiya Dumasına etiraz etdilər
Qarabağdakı "seçki"də iştiraka adekvat qiymət verilməsi gözlənilir

Gürcüstan və Rumıniya münasibət bildirdilər
Hər iki ölkə Dağlıq Qarabağda keçirilmiş "seçkilər"i tanımır

Çin Azərbaycana 3 mln. dollar qrant ayıracaq
Dünən Azərbaycanda səfərdə olan Çin ticarət nazirinin müavini Fu Ziyingin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyində görüş keçirib.

Milli Məclisin növbədənkənar sessiyası gözlənir
Bir sıra qanunlar müzakirəyə çıxarılacaq

"Şərq tərəfdaşlığı" Parlament Assambleyası yaradılacaq
Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramının Parlament Assambleyasının yaradılması ilə bağlı müzakirələr aparılacaq.

Azərbaycanın siyasi partiya liderləri ABŞ-a gedir
Azərbaycanın üç müxalifət partiyasının sədri Amerikaya gedir.

Strateji müttəfiq axtarışında
ABŞ-dan aralanma, Rusiyaya yaxınlaşma?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər