Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitəsinin iclası keçirilib. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycanın AŞ PA-dakı heyətinin üzvü Rafael Hüseynov iştirak edib.
Mayın 27-də Parisdə keçirilmiş yığıncaqda Venesuelada demokratiyanın vəziyyəti, Aralıq dənizi hövzəsində ətraf mühitin mühafizəsi, meşələrin hazırkı durumu və gələcəyi, silahlı münaqişələrin, həmçinin hərbi tullantıların ətraf mühitə təsiri məsələləri müzakirə olunub. Təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin gündəliyinə isə Şimali Qafqazda insan haqlarının pozulması halları, bununla bağlı hüquqi müdafiə tədbirləri, ekstremizm əleyhinə mübarizə və digər məsələlər daxil edilib. Tədbirlərdə R. Hüseynov müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq. Səfər iyunun 1-də başa çatacaq.
|