Dünən Latviyanın paytaxtı Riqada NATO Parlament Assambleyasının növbəti sessiyası öz işinə başlayıb. Sessiyada Əfqanıstanda və İraqda mövcud vəziyyət, terrora qarşı mübarizə əsas müzakirə mövzuları olacaq.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun assambleya prezidenti ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi gözlənilir.
Assambleyanın sessiyasında NATO-nun üzvü və tərəfdaşı olan ölkələrdə qlobal iqlim dəyişikliyi ilə əlaqədar təbbi fəlakətlərin aradan qaldırılması və bu istiqamətdə əməkdaşlıq məsələləri də müzakirə ediləcək. Müzakirə olunacaq məsələlər arasında Azərbaycanda baş verən sel və daşqın hadisələrinin də olması nəzərdə tutulur.
İlham Əliyev AXC şərəfinə ucaldılmış abidəni ziyarət edibDünən Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Çin Azərbaycana 3 mln. dollar qrant ayıracaqDünən Azərbaycanda səfərdə olan Çin ticarət nazirinin müavini Fu Ziyingin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyində görüş keçirib.