Hal-hazırda Ayna qəzetinin 28.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 28.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
General yavərə etibar etmirmiş
General yavərə etibar etmirmiş
Rail Rzayevin qətlindən bəzi təfərrüatlar
Cümə, 28.05.2010

Hacı Zeynalov mətn ölçüsü  

Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi üzrə qapalı məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə davam edir.

Proses başlanan kimi hakim cinayət işi üzrə adları keçən şahidlər - Xəyal Əsgərov, Elmar Hüseynov və İlqar Hüseynovun məhkəməyə teleqram göndərdiklərini bildirdi. Hakim qeyd etdi ki, adıçəkilən şahidlər Kür çayı sahilindəki Sabirabad rayonunda yaşayırlar və təbii fəlakətlə bağlı bu gün məhkəmədə iştirak edə bilmirlər. Hakimin bildirdiyinə görə, prosesə gələ bilməyən şahidlər ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini qeyd ediblər. Müdafiə tərəfi adıçəkilən şahidlərin məhkəməyə gətirilməsinin vacib olduğunu bildirdi.

Aydın Rəfiyevin vəkili Bəylər Məmişov qeyd etdi ki, Elmar və İlqar Hüseynovlar istintaq dövründə bir neçə dəfə fərqli ifadələr veriblər. Onun sözlərinə görə, həmin şahidlərin istintaqa verdikləri ifadələrin hansını təsdiqləməsi müdafiə tərəfi üçün qaranlıq qalıb. Vəkil həmin şahidlərin, eyni zamanda adı cinayət işində zərərçəkmiş kimi keçən Rail Rzayevin oğlu Qurban Rzayevin məhkəmədə dindirilməsinin vacib olduğunu bildirdi. Prokuror Toğrul Babayev isə bildirdi ki, şahid Xəyal Əsgərovun ifadəsinin elan edilməsi, digər şahidlər - Elmar və İlqar Hüseynovların isə məhkəməyə gətirilməsi vacibdir. Yerində müşavirə edən hakimlər qərarı elan etdilər. Qərara görə, məhkəmə həmin şahidlərin təkrar məhkəməyə gətirilməsi üçün əlavə tədbirlər görəcək.

Daha sonra prosesdə çıxış edən Anar Rəfiyevin vəkili Fəxrəddin Səfərov vəsatət qaldıraraq, əməliyyat-axtarış zamanı Aydın Rəfiyevin evindən 1501 manat, Anar Rəfiyevin evindən götürülmüş 4500 manat dəyərində qızıl əşyaları, evlərinin sənədlərinin geri qaytarılmasını istədi. O bildirib ki, həmin əşyalar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində saxlanır və cinayət işi üzrə sübut kimi qəbul edilməyib:

"Biz istintaq dövründə də həmin əşyaları tələb etmişik. Amma bizə anormal cavab veriblər. Deyiblər ki, əmlakın üzərinə həbs qoyulmayıb, qaytarılacaq. Biz həmin əşyaların qaytarılmasını tələb edirik".

Vəkil Bəylər Məmişov bildirdi ki, həmin əşyalar bu cinayət işi üzrə saxlanılıb. Onun sözlərinə görə, əşyalar cinayət işində nə sübut-dəlil, nə də əmlak müsadirəsi kimi əlavə edilməyib. Vəkil deyir ki, həmin əşyaların prokurorluqda saxlanması qanunsuzdur.

REKLAM

Prokuror isə vəsatətin əsassız olduğunu bildirdi. Məhkəmə hazırkı mərhələdə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul etdi. Hakim bildirdi ki, sübutların araşdırılması mərhələsində vəsatətə yenidən baxılacaq.

Daha sonra prosesdə MN Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında mühasib işləyən Leyla Ağayeva ifadə verərək bildirib ki, Rail Rzayev öldürülən gün işə səhər saatlarında gəlib. Onun sözlərinə görə, işdə olandan bir saat sonra Rzayevin öldürülməsi xəbərini eşidib:

"Bundan sonra çayniki doldurmaq üçün su kranına tərəf getdim. Orada zibil yeşiyinin kənarında köhnə hərbi ayaqqabı gördüm. Ürəyimdə fikirləşdim ki, Rail Rzayev ölən kimi onun əşyalarını yığışdırıblar, ayaqqabısını da bura atıblar".

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında mütəxəssis vəzifəsində işləyən Davud Ələsgərov bildirib ki, Rzayevlə xidmətdən kənar münasibətləri olub. Onun sözlərinə görə, Aydın Rəfiyevi də xidmət dövründən tanıyıb:

"Son vaxtlar Aydın Rəfiyevlə generalın arasında soyuqluq yaranmışdı. Rail Rzayev mənə deyirdi ki, Aydına etibar etmək olmaz. Amma bunun səbəbini bilməmişəm. Söhbətdən başa düşmüşdüm ki, Aydınla generalın arasında soyuqluq yaranıb. Bunun səbəbini sonradan pul üstündə olmasını bilsəm də, dəqiq heç nə bilməmişəm. Bununla bağlı generaldan heç nə soruşmamışam".

Şahid qeyd edib ki, mərhum generalla xidmətdən kənar münasibətləri olub. Onun sözlərinə görə, Rail Rzayevin kiməsə seyfindən və yaxud şkafından pul verməsinin, xidməti otağında silah və məxfi sənədlərin saxlanmasının şahidi olmadığını qeyd etdi. Onun sözlərinə görə, son bir il ərzində Rail Rzayevin Aydın Rəfiyevlə münasibətləri korlanmışdı:

"Rail Rzayev hərbi hissəyə gedərkən həmişə Aydın Rəfiyevi də özü ilə aparırdı. Lakin son vaxtlar Aydın Rəfiyevi özü ilə aparmırdı. Bunun səbəbini soruşanda isə deyirdi ki, ondan xoşum gəlmir. Belə başa düşdüm ki, Rail Rzayev Aydın Rəfiyevə etibar etmirdi. Amma bu münasibətin səbəbini bilmirdim. Generaldan bunun səbəbini soruşa bilməzdim".

Hakim İslam Neymanov daha sonra qızına toy etməsi və bu toya hazırlıqla bağlı mərhum generaldan borc pul alması barədə soruşdu. Davud Ələsgərov bildirdi ki, 2008-ci ilin dekabrında kiçik qızı Elvinaya toy edib:

"Mən toy qabağı Rail Rzayevlə söhbət etdim və ondan toy hazırlığı görmək üçün 3 min manat istədim. O dedi ki, Aydın Rəfiyevi pul xırdalamağa göndərmişəm, gələndə sənə pul verərəm. Mən də bir saatdan sonra Rail Rzayevdən pul aldım. Həmin pulu da toyun səhəri qaytarmışam və mərhum generala heç bir borcum yoxdur".

Hakimin suallarını cavablandıran şahid qeyd etdi ki, iş yoldaşlarından heç kəsi toya çağırmayıb. Onun sözlərinə görə, generalı toya çağırsa da, toyda iştirak etməyib.

Aydın Rəfiyev isə bildirib ki, Rail Rzayev işlədiyi şəxslərin hamısının yanında belə danışıb: "Onun məqsədi olub ki, işlədiyi şəxslərin bir-biri ilə münasibət saxlamasını istəməyib. Məqsəd isə gördüyü işlərin yayılmaması olub".

Məhkəmə prosesi iyunun 3-nə kimi təxirə salındı.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ölkə dəmir yoluna milyardlar yatırılacaq

Ölkə dəmiryoluna milyardlar yatırılacaq

Maykl Ceksonun vida mərasiminə 1,4 milyon dollar xərclənib

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

Bölmənin digər xəbərləri
 
"ABU-Petrol"a basqın edənə hökm oxundu
Əliboş çıxan şəxs 9 il iş aldı

"Dəvəçi işi" Ali Məhkəmədən də keçdi
Tərəflərin iddiaları rədd olunub

Hamilə arvadını döyüb yandırdı
22 yaşlı qatil 11 il 3 aylığa barmaqlıq arxasına göndərildi

Məmur 160 min manatı cibişdana ötürüb
İş adamlarına dövlətin ayırdığı pulların ünvanı məhkəmədə açıldı

İşgüzar qadının qatilləri cəzalandırılacaq
Prokuror onlara üst-üstə 60 il cəza istədi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər